Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Əxlaqlı xəlq olunub, hamı ilə əxlaqlı rəftar edənlər, həqiqətən, ilahi əxlaq cilvəsidirlər.
Rəvayət edirlər ki, bir gün Əhmədin evinə girmiş oğru dəyərli bir şey tapmayıb evdən çıxmaq istəyir. Onu gizlindən müşahidə edən Əhməd deyir: - "Sənin əliboş getməyinə razı deyiləm. Quyudan su çək, tövbə qüslü ver, dəstəmaz al, namaz qıl, bəlkə əlinə bir şey gəldi.” Oğru özündən ixtiyarsız Şeyxin əmrinə tabe olur. Hava işıqlanar-işıqlanmaz qapı döyülür, bir varlı şəxsin xidmətçisi Şeyxə yüz əşrəfi hədiyyə gətirir. Şeyx yüz əşrəfini oğruya verib deyir: - "Bu sənin bir gecə ixlaslı ibadətinin zahiri mükafatıdır.” Oğru bu işlərdən tə`sirlənib birdəfəlik doğru yola qədəm qoyur.
Yıxıldı torpağa, keçdi adından,
Tövbəylə qurtuldu günah odundan.
Ərz elədi Şeyxə "dönmüşəm daha”,
Çətin bir də yolum düşə günaha.
Bu günkü sevgini yaşayan andan
Ötən günlər üçün könül pərişan.
Nə yaxşı ki, səcdə oldu qismətim,
Pərdə altda qaldı çox cinayətim.
Gecə-gündüz gedəm mə`şuqa doğru
Çətin ki, ruhumda duyula ağrı.
Səadət axtarsan iki dünyada
Sal gerçək mə`budu hər zaman yada.
"Vəc`əl lisani bizikrikə ləhicən, və qəlbibihubbikə mutəyyəmən, və munnə ələyyəbihusni icabətikə və əqilni əsrəti, vəğfirzəlləti, fəinnəkə qəzəytə əla ibadikəbiibadətikə və əmərtəhum biduaikə vəzəmintə ləhumul-icabətə fəiləykə yaRəbbi nəsəbtu vəchi, və iləykə ya Rəbbimədədtu yədi, fəbiizzətikəstəcib li duai,və bəlliğni munayə və la təqtə` min fəzlikərəcai, vəkfini şərrəl-cinni vəl-insi min ə`dai”
("Pərvərdigara! Dilimi zikrinlə danışdır, qəlbimi məhəbbətinlə doldur, mənə dualarımın qəbulu ilə minnət qoy, büdrəmələrimə göz yum, günahlarımı bağışla. Çünki Sən bəndələrinə ibadəti əmr etmiş, duaya çağırmış, duaların qəbuluna zəmanət vermisən. Ey Rəbbim, üzümü yalnız Sənə tutdum, ehtiyac əlimi yalnız Sənə uzatdım, Səni izzətinə and verirəm, duamı qəbul et, məni arzuma çatdır, ehsanından ümidimi kəsmə’ cin və insanlardan olan düşmənlərimin şərrini sona çatdır.”)
Xacənin həyatından danışan tarix kitablarında rəvayət olunur ki, bir gün o, təqvalı bir kişi ilə rastlaşır. Xacə deyir: "Sən ehtiyaclı, mən isə varlıyam. Məndən bir şey istə.” Kişi deyir: "Mən Allahdan Onun Özündən başqa bir şey istəmərəm. Çünki Allahdan başqa bir şey istəmək layiq deyil. Belə olan halda səndən nə istəyim?!” Xacə deyir: "Sən məndən bir şey istəmədin, icazə ver mən səndən bir şey istəyim. Allahı yad etdiyin vaxt məni də xatırlayasan.” Kişi deyir: "Mən Allahı yad edəndə özümü unuduramsa, səni necə yada salım?!”
Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |