
Allahdan utanan uşaq
Mömin şəxs öz səxavəti ilə tanınırdı. Bir dəfə evdən çıxdıqda bir bağın yanından keçərkən, o hasarın yanında oturan bir uşaq gördü. Uşaq əlindəki çörəyi qıraraq gah yanındakı itə verir, gah da öz ağzına aparırıdı.
Bunu görən mömin şəxs uşaqdan soruşur: "Bu sənin itindir?”
Uşaq "xeyir” cavab verir.
Mömin şəxs təəccüblə soruşur "Bəs niyə onu yedizdirirsən?”
Uşaq cavab verir: "Mənim yanımda kimsə ac oturarkən mən utanıram”
Bu uşaq momun wexsin xoşuna gəlir və o, soruşur: "Sən qulsan? Sahibin kimdir?”
Uşaq deyir "Mən bu bağın sahibinin quluyam”.
Mömin şəxs gedir və bir müddət sonra qayıdaraq deyir: "Sevin, Allahın rəhmi ilə sən artıq azadsan, və bu bağ artıq sənindir.”
Uşaq sevinərək qışqırır: "Şahid ol ki, bu bağın bütün meyvələrini şəhərin yoxsullarına verirəm.”
Mömin şəxs təəccüblənərək deyir: "Axı, sən özün də yoxsulsan, sənin də bu meyvələrə ehtiyacın var.”
Uşaq isə qərarlı səslə cavab verir: "Allah məni belə mükafatlandırdıqdan sonra mən necə paxıllıq edim? Mən Allahdan utanıram..”