![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Nə edirəm cənnəti mən... Mənim cənnətim – sənsən!
Növbəti Məhərrəm gəldi ...
Yenidən ömrümüzə eşqin təcəllisi olan bir dönəm gəldi...
O dönəm ki, bütün valığı ilə eşqin özü idi...
O dönəm ki, eşq deyilən hər nə varsa, özündə cəmləmişdi...
O dönəm ki, eşqə yeni bir görkəm verdi...
O dönəm ki, eşq adilikdən çıxıb, ilahiləşdi...
O dönəm ki, eşq İlahi rəngə boyandı...
O dönəm ki, necə sevmənin əyani sübutu oldu...
O dönəm ki, eşqdə aşiq və Məşuq anlayışını yox etdi...
O dönəm ki, yalnız Məşuq oldu...
O dönəm ki, yalnız O oldu!
Onun qarşısında hər şey yox oldu...
Qohum da qurban getdi...
Qardaş da qurban getdi...
Övlad da qurban getdi...
Mal da qurban getdi...
Can da qurban getdi...
“Mənimkidir” də qurban getdi...
“MƏN” də qurban getdi...
Heç nə əsirgənmədi...
Nə istənildi – verildi...
“Bunu yox!” demədi...
“Bunu olmaz!” demədi...
“Bu qalsın...” demədi...
“Verə bilmərəm!” demədi...
“Çətindir!” demədi...
“Yetər ki, Sən istə...” dedi...
“Gözüm üstə!” dedi...
“Sevə-sevə!” dedi...
Varmı cahanda ikinci bir belə insan – göstərin mənə!
Əl çəkim Əbə Əbdillahın (ə) ətəyindən...
Göstərin ikinci belə adamı...
Mümkün deyil, əsla! Yoxdur belə aşiq...
Məbudunda fəna olmuş aşiq...
Sənin məqamının mərifətindən sonra cənnət kiçildi gözümdə ...
Səninlə cənnəti müqayisə etdim, sənin müqabilində yüngül gəldi çəkidə cənnət...
Mənə cənnət verməyin, nə edirəm cənnəti mən?!
Mənim cənnətim sənsən...
Müəllif:Xəyalə Quliyeva
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









