Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Can onun ahı ilə eşqi-həyat tapmışdır.
Ona aşiq olan, əcrin ikiqat tapmışdır.
Kim Hüseyn aşiqi olmuş, o, nicat tapmışdır.
Sən Hüseyn ibni Əli eşqinə etsən marağı.
Tanıyarsan ki, nədir dəhrdə eşqin sınağı.
***
Oxunan mahu-məhərrəmdə vəfa nəğməsidir.
Soyuyan qəlbimizi eyni hərarət isidir.
Nökərin həddi nədir ki, ağanın məclisidir?!
Gəl o Xaqana əza saxlayaq aşiqsayağı,
Qapısın aç, kədər olsun qoy ürəyinin qonağı.
***
Qara pərçəm ələ al, niyyətim aşkardı mənim.
Qara pərçəmdə yazılsın bir ağam vardı mənim.
De qulam mən, nökərəm, şahım Ələmdardı mənim.
Desələr kimdir Ələmdar, denən haqqın dayağı?
Sanki, səhrada ağacdır qırılıb qol-budağı.
***
Susuz ölmək elə bir dərddi, sığışmaz cahana.
Sanki səslər Əli Əsğər, mənə su ver, ay ana...
Hüseyn yadigarın bir ox alıbdır nişana.
Çalışır Hərmələ vursun boğazından uşağı.
Vurma! İnsaf elə, onsuz quruyub dil-dodağı.
***
Əli övladı ilə rəftar edirlər nə sayaq?
Görməyir göz-gözü heç, hər tərəf olmuş tozanaq.
Kərbəla çölləri qan, Hüseyn gözlərindən iraq
Bir çadır yanmadadır, haqqa-qatırlar nahağı,
O çadırdan da gəlir Zeynəbinin səs-sorağı.
***
Şəriət bayrağı Mövla, sənə xatir ucalıb.
Səni kim anlamayıbsa, əqilin şeytan alıb.
Nə səbəb bəzi adamlar sənə biganə qalıb?
Axı sülh insanı, sən qurmamış idin nifaqı.
Bir amalın var idi, zülmün alınsın qabağı.
***
Hüseyn aşiqi aşiqdi ki, danəndə deyil.
Bunu sən anlamayırsansa, günah məndə deyil.
Sözümün qiymətini Tanrı verə, bəndə deyil.
Əlinizdən nə gələr, alqış edərsiz uzağı.
Mən çalışdım şeirim tərpədə qəlblərdə dağı.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |