Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Uşaq tərbiyəsində məsul şəxslərin vəzifəsi
Uşaqları qorumaqda ümumi vəzifə
Uşaq hər bir cəmiyyət üçün dəyərli ehtiyatdır. Cəmiyyətin bu ehtiyata əhəmiyyətsiz yanaşması ağıllı iş deyil. Odur ki, bir ailədə ata və anadan uşaqlarla daha artıq maraqlanmaq gözlənildiyi kimi, cəmiyyət səviyyəsində də məsul şəxslər, müdir və məmurlar bu dəyərli xəzinəni qorumalı, sağlam saxlamalıdırlar.
Ailənin təlimatlandırılması
Uşaqlıq, yeniyetməlik və gənclik dövründə tərbiyənin təsiri daha dərin və uzunömürlü olur. İslam uşaqlıq və yeniyetməlik dövrü üçün bir neçə tərbiyə amili müəyyən etmişdir. Onların biri valideynlərin təlimləri və ailə mühitinin təsirləridir. Bu, geniş bir mövzudur.
Tərbiyə dövrünün əvvəlində uşağın şəxsiyyətinin möhkəmlənməsi üçün ata-anaya, ailəyə tapşırıqlar verilmiş, şərait nəzərdə tutulmuşdur. Onları təmin etməsək, uşağın tərbiyəsinin bir vacib şərti axsayar.
İslam etiqadı və əməli
Mənim fikrimcə, bu gün bizim orta məktəblərimizdə hər şeydən vacib məsələ şagirdlərdə İslam etiqadını və İslam əməlini dirçəltməkdir. Əgər İslam əməlinə və etiqadına qarşı laqeyd bir ailədən, yaxud İslam fikirlərinə və əməlinə inamı və diqqəti az olmayan, lakin valideynləri savadsız, düşüncə və psixoloji cəhətdən qüsurlu olduğuna görə uşaqda müsbət təsir buraxa bilməyən bir ailədən bir uşaq məktəbə getsə, həmin çatışmazlıqlar orada düzəlməli, bu uşaq həm elm, həm əməl, həm etiqad baxımından dindar insana çevrilməlidir. Əlbəttə, hamımız bilirik ki, bir İslam adamı təkcə İslam etiqadına malik olan və əməllərini yerinə yetirən deyil, İslam əxlaqı da əsas şərtdir. Əgər düzgün İslam etiqadlarına sahib olsa, namaz, oruc və bu kimi əməlləri yerinə yetirsə, lakin paxıl, xəsis, qorxaq, bədxah, passiv və iradəsiz olsa, əsl müsəlman deyil. Müsəlman hər üç cəhətdə - həm tərbiyədə, həm elmdə, həm əməldə işləməlidir. Əlbəttə, bir baxımdan bunların hər üçü əməldir. Etiqad da bir növ əməldir, qəlb əməlidir. Hər halda, məqsəd aydındır. Məktəblərdə uşaqlarımızı dini baxımdan – həm etiqadda, həm tərbiyə və əxlaqda, həm də əməli bəndəlikdə əsl müsəlman kimi yetişdirməyə çalışmalıyıq.
İslamçı yetişdirmək
Hər yerdə özümüzü hazırlamalıyıq. Bunun ən mühüm tədbirlərindən biri budur ki, biz ölkənin gənc, yeniyetmə və uşaqlarını islamçı yetişdirək.[40]
Uşaqları müsəlman yetişdirmək
Məncə, dərs vəsaiti hazırlamaqda, müəllim yetişdirməkdə, təlim-tərbiyə qurumlarının müxtəlif sahələrinə və məktəblər daxilində digər işlərə nəzarətdə başlıca proqram İslam təfəkkürünün aşılanması olmalıdır. Görək məktəblərdə əsl müsəlman yetişdirmək işi baş tutur, yoxsa yox.[41]
Təhsil mühitinin sağlamlığı
Əgər biz uşağın əxlaqi və tərbiyəvi cəhətdən pis təlimlərə bulaşmaması üçün məktəblərdə sağlam mühiti qoruya bilsək, inqilab ab-havasının özü onu inkişaf etdirər.
Ailə tərbiyəsində boşluq
Siz ailə tərbiyəsindəki boşluğu aradan qaldırın. Uşağa psixoloji və şəxsiyyət baxımından çox təqsirli olan geriqalmış ailələr, şəxsiyyətsiz uşaqlar yetişdirən şəxsiyyətsiz ata-analar var. Siz bu boşluqları doldurmalısınız. Uşaqda dözüm və səbir, müxtəlif hadisələrlə üzləşmə bacarığı və güclü dindarlıq yaradın.
Qanunda uşaq məsələlərinə diqqət
Qanunverici orqanlar, ictimai və mədəni qaydaları tərtib edənlər müxtəlif yaşlarda olan uşaqların özəl emosional, psixoloji və təhsil məsələlərini nəzərə almalıdırlar ki, istedadların çiçəklənməsi üçün yolları açmaqla yanaşı, bu geniş və pak sahəni ələ keçirmək istəyən mənfəətpərəstlərə imkan yaranmasın.
Kitab və nəşriyyələrin və uşaqlara məxsus proqramların dəyərləndirilməsi
Uşaqlara məxsus kitab və nəşriyyələr, eləcə də kütləvi informasiya vasitələrində uşaq proqramları böyük əhəmiyyətə malikdir. Bu sahədə tərbiyəvi işlər üzrə mütəxəssislər elmi diqqətlə və lazımi hövsələ ilə onların hamısını araşdırmaları, mənfi və müsbət cəhətlərini dəyərləndirməli, yanlış məqamları tapıb
düzəltməlidirlər.
Uşaq tərbiyəsinə dair
proqramlara yenidən universal baxış
Uşaqların tərbiyə və sağlamlıq işinə məsuliyyətli şəxslər bu bir neçə il boyunca ölkədə görülmüş işlərə hərtərəfli baxış keçirməli, inqilabdan sonra uşaqların tərbiyəsində və inkişafında İslam məqsədləri istiqamətində nə qədər irəlilədiyimizi bəlli etməlidirlər.
Qlobal hegemonizm bizim yeni nəslimizi, əsasən də yeniyetmələri cəlb etmək üçün uzunmüddətli planlar cızır və xüsusi layihələr hazırlayır. İslam Respublikasında aidiyyətli qurumlar onların planlarına qarşı hansı işlər gördüklərini və hansı nəticələr əldə etdiklərini müəyyən etməlidirlər.
Ailə ocağına diqqət
Uşağın inkişafında ailənin sağlam təməllərinin önəmli olmasından irəli gələrək, ailənin daha da möhkəmlənməsi və uşaqların başsız qalmasına səbəb olan talağın qarşısını almaq üçün ictimai və hüquqi sahələrdə hər növ anlaşmalar təmin edilməlidir. Xüsusən tərbiyəvi məsələlərlə məşğul olanlar uşağın tərbiyə üsulu, onun əhəmiyyəti və birinciliyi barədə ailələri daim təlimatlandırmalıdırlar.
Radio və televiziyanın uşağa təsiri
Radio və televiziya, KİV və digər qurumlar uşağın zərif hissi, beyni və qəlbi ilə nə iş gördüklərini bilməlidirlər. Televiziyanın uşağa təsiri bu gün-sabah görünmür, rəğbət və nifrətlərdə, duyğularda, allahçılıqda, Allahı istəməkdə və ya istəməməkdə görünəcək.
Uşaq tərbiyəsində müəllimin rolu
Siyasi və mədəni inkişafın əsasını müəllim qoyur. Siz öz məktəblərinizdə uşağı 7 yaşında təhvil alır, 18-19 yaşında universitetə təhvil verirsiniz. Onun ömrünün ən əhəmiyyətli dövrü siz müəllimlərlə keçir. Dövlət və cəmiyyət bu məsələnin əhəmiyyətini nəzərə almalıdır. Uşağa yaxşı əxlaq, yaxşı bilgilər, düşünmək və fikir müstəqilliyi öyrədən, batil qarşısında və haqq yolunda mübarizə ruhu aşılayan şəxs müəllimdir.
Tərbiyəvi işlərlə məşğul olmaq
Bu dəyərli və nəfis varlığın valideynlərin və nəhayət, təlatümlü cəmiyyətin əlində zəif və müdafiəsiz əmanət olduğuna görə, xüsusən həyatın ilk illərində uşaqların tərbiyəsi, psixoloji və fiziki sağlamlıqları ilə məşğul olmaq İslam Respublikası quruluşunda humanitar məsələlərin başında durmalıdır.
Proqramların tənqidi
KİV-də uşaqlara məxsus proqramların, uşaq nəşriyyə və kitablarının böyük əhəmiyyətini nəzərə alaraq, onların tənqidinə çox diqqət ayrılmalıdır. Bununla səmərəli inqilabi proqram və əsərlərə həvəsləndirilməli, onların istehsalı artırılmalıdır.
Dəyərləndirmə
Təkcə şüarçılıqla və danışmaqla uşaqların problemləri həll olunmur. Bundan ötrü çalışmaq lazımdır. Bu sahədə icraçıların iradəsi, səmimiyyəti və qayğıkeşliyi əsasında ümumi plan hazırlanmalı və dəyərləndirildikdən sonra gələcək işlərin gücləndirilməsi üçün ondan istifadə edilməlidir.
Din böyüklərinin davranışı
Tövsiyə edirəm ki, bu barədə yeni elmi və səmərəli tədqiqat və araşdırmadan əlavə, zəngin İslam və Quran mədəniyyətinə və bu mədəniyyətin dahi nümayəndələrinin davranışlarına daha artıq diqqət yetirilsin. Görün İslamın əziz Peyğəmbəri və onun davamçıları necə ən kiçik tərbiyə cəhətlərini nəzərdən qaçırmamış və ən böyük ictimai vəzifələrlə yanaşı, uşaqlarla səmimi söhbətləri yaddan çıxarmamışlar.
Nağlın təsiri
Nağıl və hekayə çox yaxşı sənət növüdür. Yaxşı nağıllar uşağın şəxsiyyətini formalaşdırır. Çalışın nağılda, sənət əsərlərində uşaqda yaratdığınız ilk şey iman olsun. Heç bir şey imanı əvəzləmir.
Ölkə məsələlərinə dair məlumat vermək
Ölkənin cari məsələləri haqda uşaq və yeniyetmələrə lazımi məlumatlar verilməlidir ki, zehinləri boşluqda qalmasın.
Kitabın adı : Uşaq,yeniyetmə və gənc
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |