Bəla
İmam Sadiq(ə) buyurur: Bəla- möminin zinətidir və əqli olan kəsə edilən kəramətdir, çünki onunla məşğul olduqda səbr etmək lazım gəlir.
Rəsuli-Əkrəm(s) buyurub: "Biz peyğəmbərlər zümrəsi, insanların ən şiddətli bəlalara məruz qalan dəstəsiyik, möminlər də bir-birinə nizbətən bu misaldadır".
Hər kəs bəlanın dadınl gizli surətdə duyubsa, Allah-təala onun ləzzətini o kəs üçün nemətdən aldığı ləzzətdən daha çox artırar və onu itirdikdə ona olan şövqünü daha da artıq edər. Çünki bəla və möhnət mizanı (tərəzisi) altında nemət nurları, nemət nurları altında isə bəla və möhnət odları var. Bəladan nicat tapanlar və nemət içində həlak olanlar da çox olub.
Allah-təala Adəmdən (ə) Həzrəti Muhamməd(s.ə.s) cənablarına qədər bəlalara mübtəla olmuş bəndələri öz bəndəlik haqqını yerinə yetirdikdən sonra tərifləyir. Bu da Allah-təalanın kəramətlərindəndir.
Həqiqətdə isə başlanğıcların nəhayəti bəla və nəhayətlərin başlanğıcı bəladır. Hər kəs bəlalar sikkəsindən çıxsa möminlərin çırağına çevrilər, müqərrəb kəslərin munisi və qasidlərin dəlili olar.
Həzrət Əli(ə) buyurub: Baş bədəndən olduğu kimi, səbr də imandandır. Səbrin də başı imandır. Bunu alimlərdən başqa bilən yoxdur.
Kitabın adı: Şəriət çırağı
Tərcüməçi və tərtibatı: Əhmədağa Əhmədov
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.