» » » “Bəqərə” surəsi (177-178)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    “Bəqərə” surəsi (177-178)
    0
    Müəllif: Huseynci Medine | 11-07-2017, 16:00 | Baxılıb: 1 818
    “Bəqərə” surəsi (177-178)
    177. لَّيْسَ الْبِرَّ أَن تُوَلُّواْ وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَلَـكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَالْمَلآئِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ وَآتَى الْمَالَ عَلَى حُبِّهِ ذَوِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينَ وَابْنَ السَّبِيلِ وَالسَّآئِلِينَ وَفِي الرِّقَابِ وَأَقَامَ الصَّلاةَ وَآتَى الزَّكَاةَ وَالْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَاهَدُواْ وَالصَّابِرِينَ فِي الْبَأْسَاء والضَّرَّاء وَحِينَ الْبَأْسِ أُولَـئِكَ الَّذِينَ صَدَقُوا وَأُولَـئِكَ هُمُ الْمُتَّقُونَ
    "Yaxşı iş o deyil ki, (namaz zamanı) üzünüzü şərqə və ya qərbə tutasınız. Yaxşı əməl sahibi o kəsdir ki, Allaha, qiyamət gününə, mələklərə, səmavi kitaba və peyğəmbərlərə iman gətirib, malına əlaqəsi olduğu halda onu qohumlara, yetimlərə, biçarələrə, yolda qalmışlara, dilənçilərə versin və qulların azad olunmasında xərcləsin, namaz qılıb zəkat versin. Onlar o kəslərdir ki, peyman bağladıqda əhdlərinə vəfa edər, o kəslərdir ki, çətinliklər, məhrumiyyətlər, xəstəliklər qarşısında, döyüş meydanında sabitqədəm olar və o kəslərdir ki, doğru danışarlar. Və onlar həmin təqvalılardırlar.”
    Nöqtələr
    "Birr” sözü yaxşılıq mənasındadır. Yüksək həddə xeyir əməl sahibi olanlara "birr” deyilir. "Birr” o insanlardır ki, bütün vücudları yaxşılıqdır.
    "Bəsa”nın kökü "bus” olub fəqirlik, çətinlik mənasını verir. Bu çətinlik insana xaricdən gələn çətinlikdir. "Zərra” xəstəlik mənasındadır. Bu isə insana daxildən sıxıntı gətirir. "Hiynəl-bəs” savaş və cihad zamanı deməkdir.
    144-cü ayədə oxuduğumuz qiblənin dəyişmə macərasından sonra söz qiblə və onun dəyişməsi haqındadır. Ayədə buyurulur: "Nə üçün Allaha və qiyamətə iman, xeyir işlərin görülməsindən ibarət olan dini dəyərləri qoyub mübahisəli mövzular ardınca gəzirsiniz?
    Bu ayə Quranın ən ümumi ayəsidir. Çünki bu ayədə mühüm etiqadi, əməli və əxlaqi üsul bəyan olunmuşdur. "Təfsiri-əl-mizan”da həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: "Bu ayəyə əməl edən kəsin imanı kamildir.”
    Bu ayə üç hissədə – iman, əməl və əxlaqda on beş bəyənilmiş sifət bəyan etmişdir. İman hissəsində Allaha, mələklərə, peyğəmbərlərə, qiyamətə və səmavi kitaba iman məsələsinə işarə olunmuşdur. Əməl hissəsində namaz kimi ibadi, zəkat kimi iqtisadi, qul azad olunması kimi ictimai, savaş meydanında səbir kimi hərbi, çətinliklərə səbir kimi ruhi məsələlər qeyd olunmuşdur. Əxlaqi hissədə əhdə vəfa, qəlbi maddiyyata təslim etməmək, fəqirlərə rəhm kimi məsələlərə toxunulmuşdur.
    Allaha iman haqq qarşısında xüzu və tağut qarşısında təslim olmamaq səbəbidir. Qiyamətə iman insanın baxışını dərinləşdirir, səyini artırır. Mələklərin vücuduna iman mücərrəd nizama inamın nişanəsidir. Peyğəmbərlərə iman vəhyə, tarix boyu hidayət cərəyanına imandır. Bu həm də insanın dünyada proqramsız olmamasına dəlildir. İnfaq qarşılıqlı yardım, bir növ dostluq, namaz Allahla birbaşa bağlılıq, zəkat məhrumların çətinliklərinin həlli proqramı, əhdə vəfa əlaqələrin möhkəmləndirilməsi, səbir insanların sınaqdan keçməsi amilidir.("Rə`d”, 24. )
    "Atəl-malə əla hubbihi” cümləsi üç cür mənalandırılmışdır:
    a) Sevdiyi halda həmin malı başqalarına vermək;
    b) Allah sevgisi əsasında mal vermək;
    v) Fəqirə sevgi əsasında mal vermək.
    Səbir bütün kamilliklərin anasıdır. Quran behiştə çatmaq yolu kimi səbiri tanıtdırır. Onlara göstərdikləri səbir müqabilində uca məqam verilər.”("Səcdə”, 24. )Mələklər behişt əhlinə deyərlər: Salam olsun sizə ki, səbir göstərdiniz.”("Bihar",c . 78, s. 6.  )İlahi rəhbərlər haqqında isə belə buyurulur: Onları səbirlərinə xatir rəhbər qərar verdik. Onlar bizim əmrimizlə hidayət edərlər.”("Bihar",c . 1, s. 225. )
    Dini maarifi tanıtdırmaq məqsədi ilə bu ayədəki təbirlərə oxşar təbirlər rəvayətlərdə də nəql olunmuşdur:
    –Ağıllı o kəs deyil ki, xeyiri şərdən ayırsın. Ağıllı o kəsdir ki, iki şər arasında xeyiri seçsin.”("Bihar",c . 1, s. 106. )
    –Elm çox oxumaqla əldə olunmur. Həqiqi elm qəlblərə şölələnmiş ilahi nurdur.("Bihar",c . 71, s. 352. )
    –Böyüklük zahiri bərbəzəkdə yox, aramlıq və vüqardadır.”("Bihar",c . 71, s. 325. )
    –Səxavətli o kəs deyil ki, yeri gəldi-gəlmədi infaq etsin. Səxavətli o kəsdir ki, harada Allahın razılığı varsa, orada infaq etsin.”("Bihar",c . 108, s. 171. )
    –İbadət çox namaz qılmaq və çox oruc tutmaqla ölçülmür. İbadət Allah və onun əsərləri haqqında düşünməkdir.”("Təfsiri-Qurtubi”. )
    –Haqq rəhbərdən məhrum olan kəs ata-anasını itirmiş yetim kimidir.”("Kafi”, c. 2, s. 665. )
    Təqva kamilliyinə çatmaq üçün həm vacib, həm də vacib olmayan infaq lazımdır. Bəziləri imkansızlara kömək etdikləri halda vacib haqları ödəmirlər. Bəziləri isə xüms və zəkat ödəyir, amma fəqirlərə biganə yanaşırlar. Bu ayədə o şəxs həqiqi mömin sayılır ki, həm vacib, həm də müstəhəb haqları yerinə yetirsin.
    Rəvayətdə oxuyuruq: "Varlıların mülkündə zəkatdan əlavə də məhrumların haqqı var.”("Rum”, 50. )Başqa bir rəvayətdə oxuyuruq: "Qonşusu ac olduğu halda özü tox yatan kəs Allaha və qiyamətə inanmır.”("Ənfal”, 24. )
    Bildirişlər
    1. Dinin mahiyyəti əvəzində zahir ardınca getməyin. Əsl hədəflərdən uzaq düşməyin.
    2. Peyğəmbərlərin və səmavi kitabların vəzifələrindən biri xalqların (pis) mədəniyyətini dəyişməkdir.
    3. Məfhumları anlamaq yox, onlara əməl etmək mühümdür. "Birr” kəlməsi yaxşılığı bildirir. Amma bu kəlməni bilmək yox, onu həyata keçirmək dəyərlidir.
    4. İman əməldən öndə gəlir.
    5. İman bütün peyğəmbərlər və mələklərə lazımdır.
    6. Xalqla əlaqə ilə yanaşı, Allahla bağlılıq, çətinliklər zamanı ictimai həmrəylik mühümdür.
    7. Bütün yaxşı işlər Allaha iman sayəsində formalaşır.
    8. İnfaqda İslamın məqsədi yalnız acları doyurmaq yox, həm də mal sahiblərinin qəlbindən dünya sevgisini çıxarmaqdır.
    9. Xeyir əməl sahibləri öz var-dövlətlərini Allah yolunda həvəslə infaq edirlər.
    10. Fəqirlərə, yetimlərə və yaxınlarınıza öz əlinizlə infaq edin.
    11. İnfaqda insana yaxın ehtiyaclılar başqalarından irəlidir.
    12. Fəqir, miskin, yolda qalmış və qohum olmasa da, əl açanı rədd etməyin. Ayədə "sailin” sözü müstəqil formada bəyan olunmuşdur.
    13. Cihadda iştirak etmədən iman, namaz və zəkat kamilləşmir.
    14. İmanlı olduğunu iddia edənlər çoxdur, amma həqiqi möminlər dinin bütün göstərişlərinə əməl edirlər və onlar çox azdırlar.
    15. Dini vəzifələrə əməl, ictimai məsuliyyətlərin yerinə yetirilməsi sədaqət nişanəsidir.
    16. Əməli əqidəsini təsdiq edən kəs təqvalıdır.
    178. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُتِبَ عَلَيْكُمُ الْقِصَاصُ فِي الْقَتْلَى الْحُرُّ بِالْحُرِّ وَالْعَبْدُ بِالْعَبْدِ وَالأُنثَى بِالأُنثَى فَمَنْ عُفِيَ لَهُ مِنْ أَخِيهِ شَيْءٌ فَاتِّبَاعٌ بِالْمَعْرُوفِ وَأَدَاء إِلَيْهِ بِإِحْسَانٍ ذَلِكَ تَخْفِيفٌ مِّن رَّبِّكُمْ وَرَحْمَةٌ فَمَنِ اعْتَدَى بَعْدَ ذَلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ
    "Ey iman gətirənlər! Qətlə yetirilənlər haqqında sizin üçün qisas (qanunu) müəyyənləşdirildi: Azad müqabilində azad, qul müqabilində qul, qadın müqabilində qadın. Əgər bir şəxsi (din) qardaşı əfv etsə (və ya qisas qanbahası ilə ödəsə) bəyənilmiş bir yol seçməlisiniz. (Qətlə yetirilənin sahibinə diyə) yaxşılıqla ödənməlidir. Bu hökm Allahınız tərəfindən yüngülləşdirmə və mərhəmətdir. Belə ki, bundan sonra təcavüz edən kəs üçün dərdli əzab vardır.”
    Nöqtələr
    "Qisas” davam mənası verən "qəss” sözündəndir. Ona görə də davamlı və ardıcıl əhvalata qissə deyilir. Qatil cəzalanadək qətlin ardınca getmək qisas adlanır.
    Bütün cəmiyyətlərdə bilərəkdən və ya bilməyərəkdən qətllər baş verir. İslam kimi kamil bir din belə hadisələr müqabilində ədalətli və məntiqi proqrama malik olmalıdır. Yalnız dəqiq münasibətlə bu hadisələrin təkrarlanmasının, eləcə də, yersiz intiqamların, sui-istifadələrin qarşısını almaq olar. Düzgün münasibət göstərildikdə qatillər cürətlənməz, məzlumun qanı hədərə getməz. İslamdan qabaq cahiliyyət dövründə bir nəfərin qətli səbəbindən bütöv bir qəbilə qana bələşər, uzun-uzadı savaşlar gedərdi. İslam bu ayədə bəyan olunmuş göstərişlə həm xalqın qanının qorunmasını, həm tərəflərin razılığını, həm də hədlərə riayəti nəzərdə tutur. Əlbəttə ki, qisas qanunu bağışlanmaya yer qoymadan ilahi hökm deyil. Bu qanun mal sahiblərinin haqqını təmin edir və onlar diyə almaqla və ya diyəsiz haqlarından keçə bilərlər.
    Sual: Nə üçün qisas qanununda cinslər nəzərə alınır? Nə üçün qatil kişi, qətlə yetirilən qadın olduqda kişidən qisas alınmır?
    Cavab: Qadın və kişinin qətlə yetirilməsi ilahi, insani və axirət cəzası baxımından eynidir. Fərq isə dünyəvi cəzalardadır. Bu fərqi doğuran səbəb kişilərin, adətən, ailə başçısı olmasıdır. Onların qətli bütün ailəyə iqtisadi zərbədir. Qanun qadının ailə təminatçısı olması kimi nadir hallara yox, ümumi vəziyyətə əsaslanır.
    Bildirişlər
    1.Dini hökmlərin gerçəkləşməsi üçün dini hökumət lazımdır. Qüdrət və hakimiyyət olmadan qisas qanununun icrası mümkünsüzdür.
    2. Qisas qanununda bərabərlik və ədalət üsulu diqqət mərkəzindədir.
    3. Qətiyyət və ülfət (mərhəmət) birlikdə zəruridir.
    4. İslami hüquqlar islami əxlaqdan təcrid olunmamışdır.
    5. İslam yəhudilər kimi qisası yeganə çıxış yolu bilmir, məsihilər kimi ən yaxşı yol bağışlamaqı saymır. İslam bu məsələni daha dərindən və əhatəli nəzərdən keçirir, qisas, qan bahası və bağışlama kimi tədbirləri bəyan edir.
    6. Qatilin bağışlanmasının, qisasın qan bahası ilə əvəz olunmasının caizliyi sizin tərbiyəniz üçündür.
    7. İlahi hədlərə təcavüz və onlardan sui-istifadə qadağandır.
    8. Qanunu yüngülləşdirdikdə sui-istifadənin qarşısını alın.

    Kitabın adı: Nur təfsiri (birinci cild)

    Müəllif: Möhsin Qəraəti

     

     
     
    Bölmə: Quran / Qurana aid
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.