![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
Sən ey, bütün ayların əzəmətlisi
Yenidən ömrümə gəlirsən mənim.
Ayların gözəli, fəzilətlisi
Nurunu üstümə sərirsən mənim.
Səni gözlədiyim il oldu, keçdi
Sən getdin, yerində boşluq yarandı.
Nə sənin oxşarın bir zaman oldu
Nə sənə bənzəyən tarix yarandı.
Sən aylar içində ətirli bir gül
Sən bütün tarixə nur saçan aysan.
Sənin gəlişinlə sevinir könül
Nə yaxşı gəlirsən, nə yaxşı varsan!
Sənin hər gəlişin bir bayram olur
Solğun könüllərə nur gətirirsən.
Sən hər il gələndə ömür bağında
Əbədi ətirli gül bitirirsən.
Sənin hər gəlişin bahar gətirir
Ömürdə çiçəklər açılır o gün.
Şaxtalı bir qışın izin itirir
Ətrafa xoş qoxu saçılır o gün.
Sənin hər gəlişin vallah, nemətdir
Hər il bax beləcə gəlirsən bizə.
Biz layiq deyilik, bir inayətdir
Rəbbimiz lütf edir, bəxş edir bizə.
Sənin hər gəlişin Rəbbimin lütfü
Sənin hər gəlişin sonsuz nemətdir.
Hər gələn mübarək Ramazan ayı
Dünyada verilən bir əmanətdir.
Sənin hər gəlişin nur gəlişidir
Gəlir, ömrümüzü nura qərq edir.
Gələndə bir rəhmət qapısı açır
Gedəndə bizləri günahsız edir.
Gələndə gətirir bütün neməti
Gedəndə aparır cəmi günahı.
Gəlir xilas etsin bəşəriyyəti
Dağ boyda olsa da, silir günahı.
Gəlir bir qurtuluş qapısı açsın
Rəbbə yaxın etsın bəndələrini.
Gəlir ki, günəş tək aləmdə saçsın
Bükülmüş dizlərin tutsun əlini.
Gəlir ki, gözlərin yaşını silsin
Şəfasın gətirir hər məriz qəlbə.
Qaranlıq günləri, zülmət gecəni
Çevirir şəfəqli yeni bir sübhə.
Ömür xəttimizi dəyişdirir o
Əyriyə gedəni düzə çevirir.
Hər il yenidən gəlişi ilə
Həyatı çiçəkli düzə çevirir.
Hər il gəlişinə qurban olduğum
Gəlir ömrümüzə yenidən bu il.
Gəlsin, əziz ayım, Mübarək ayım
İlk dəfə gələcək bu il elə bil.
Həyəcan, həyəscan, sevinc anları
Yayılır hər yerə bu qəlbimizdən
Səni gozləyirik Ramazan ayı
Bütün çirkabları sil ömrümüzdən
Gəl ey əziz ay, ey mübarək ay
Bir ildir yolunu gözləyirik biz
Sənə qurban olaq, biz fəda olaq
Səni həqiqətən istəyirik biz !
Sən də bizi istə, bizə yoldaş ol
Aqibət yükümüz bir az çox olsun
Qəlblər titrəyən də bizə qardaş ol
Qorxumuz əbədi itib, yox olsun
Siratdan keçəndə bizə dayaq ol
Qoy nə yıxılaq biz, nə də büdrəyək
Möminin əbədi evi sayılan
Behişt qapısına biz irəliləyək!
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |