» » Allaha yaxınlaşmağa nail olmağın yolları


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Allaha yaxınlaşmağa nail olmağın yolları
    +5
    Müəllif: Elya | 23-05-2017, 12:00 | Baxılıb: 1 930

     

     

    Allaha yaxınlaşmağa nail olmağın yolları

     

    İmanın təkmilləşdirilməsi, zikr, liqa və şühud məqamına çatmaq üçün aşağıdakı yollardan istifadə etmək olar:

    1.Təfəkkür və qəti dəlillər. Allahın varlığını və tövhidi isbat etmək üçün gətirilən dəlil və sübutlar bu yolda tə’sirli ola bilər. Hikmət, kəlam və irfan kitablarında qeyd olunan dəlillərlə isbat olunur ki, bütün dünya varlıqları sırf ehtiyaclıdırlar. Hətta, ehtiyacın özüdür. Onlar vücuda gəlməkdə və həyatlarını davam etdirməkdə, bütün əməl və rəftarlarında hər şeydən ehtiyacsız olan bir varlığa ehtiyac duyurlar. Özləri də ki, sırf şəkildə əlaqənin özündən - vücudi-rəbtdən ibarətdir. Hamısı məhdud və möhtacdır. Onlar zatən qəni və ehtiyacsız olan, heç bir cəhətdən məhdudlanmayan, mütləq kamala sahib olan bir vücud sayəsində yaşayırlar. Vacibul-vücud bir zatdır ki, onda bir nöqsan, məhdudiyyət, ehtiyacın olmağı mümkün deyildir. Bütün kamal sifətlərinə malikdir. Onun müqəddəs zatında elm, qüdrət, həyat və s. kimi kamalların heç bir həddi-hüdudu yoxdur. Hər bir yerdə hazır və nəzarətçidir. Heç bir şey Ondan pünhan və gizli deyildir. Bütün varlıqlara yaxındır. İnsana, hətta, onun damarından belə yaxındır. Ayə və rəvayətlərdə Allah belə vəsf edilir:

    Qur’anda buyurulur: “ Şərq də , qərb də Allaha məxsusdur , hər tərəfə üz çevirsəniz , Allah elə oradadır .”

    Yenə buyurulur: “ Siz harada olsanız Allah sizinlədir . O , sizin etdiklərinizi bilir və görür .”

    “ Biz insana onun şah damarından da yaxınıq .”

    “ Allah hər bir şeyi görür və hər yerdə hazırdır .”

    İlahi mə’rifət barəsində olan əqli dəlillər haqda dərindən təfəkkür etmək insanı küfr zülmətlərindən çıxararaq iman sərhəddinə tərəf çəkir, təkamül yolunu onun üzünə açır və imanın tələbi olan əmələ doğru də’vət edir.

    2. Allahın ayələrində təfəkkür etmək . Qur’ani-Kərim bu dünya varlıqlarının hər birini dünyanı yaradanın vücuduna dair bir ayə və nişanə hesab edir. Çoxlu ayələrdə tə’kid olunur ki, Allahın ayələrində təfəkkür edib dərindən fikirləşin ki, dünyada mövcud olan bütün gözəlliklər, qəribəliklər, nizam-intizam və ona hakim olan uyğunluqdan elm, qüdrət və hikmət sahibi olan Pərvərdigarı dərk edəsiniz. İnsanlardan istənilmişdir ki, öz varlığında, eləcə də başdan-ayağa sirlər xəzinəsi olan ruhun və bədənin mürəkkəb quruluşunda dərindən fikirləşsinlər, dillərin, rənglərin, zahiri formaların müxtəlif olmasında, cütlərin varlığı barəsində dərindən düşünsünlər. Həmçinin, onlardan istənilmişdir ki, günəşin və ulduzların yaradılışında, onların gözəl və nizamlı hərəkətində, eləcə də yer, dağlar, təpələr, ağaclar, bitkilər, suda və quruda yaşayan müxtəlif canılalar barəsində təfəkkür etsinlər. Qur’anda bunların çoxuna işarələr edilmişdir.

    Doğrudan da, başdan-ayağa gözəlliklərlə, qəribəliklərlə dolu olan dünyada hər bir varlıqda yüzlərlə sirlər, qəribəliklər, incəliklər gizlənmişdir; Günəş sistemi, ulduzlar, kəhkəşanlar, buludlardan tutmuş atom kimi heyrətləndirici bir aləm, yer, dağlar, təpələr, mə’dənlərdən tutmuş okeanlara, dəryalara, göllər və çaylara qədər, böyük meşələrdən tutmuş müxtəlif bitkilərə, kiçikli-böyüklü ağaclara qədər, böyük heyvanlardan fil və dəvədən tutmuş qarışqa və milçəyə kimi, hətta, mikroskopik canlılar, o cümlədən, müxtəlif viruslar, mikroblar və s. İnsan bunlarda mövcud olan gözəllikləri zəriflikləri və qəribəlikləri, dünya varlıqlarındakı nizam-intizamı, dəqiq qanunauyğunluqları müşahidə etməklə onların yaradanının sonsuz əzəmət və qüdrətini elm və hikmətini dərk edərək heyrətə dalır və səmimi qəlbdən deyir: “ Pərvərdigara ! Sən bunları boş - boşuna , əbəs yerə yaratmamısan ! Ulduzlarla bəzənmiş asimana nəzər sal və onda yaxşı fikirləş . Meşənin kənarında oturaraq Allahın əzəmət və qüdrətinə tamaşa et , necə də gözəl dünyadır !”

    3. İbadət . İman və mə’rifət hasil olduqdan sonra insan saleh (yaxşı) əməllər görməyə, şər’i vəzifələrini yerinə yetirməyə ciddiyyət göstərməlidir. Çünki saleh əməl yalnız iman və mə’rifətlə kamilləşir, nəhayət, insan ilahi qürb məqamına çatır. Düzdür ki, iman mə’rifət və tövhid kəlməsi ilə yüksəlir, lakin saleh əməl onun köməyinə gəlir. Allah-Təala Qur’anda buyurur: “ Hər kəs izzət istəyirsə ( bilməlidir ki ,) izzət bütünlüklə Allaha məxsusdur . Pak söz ( la ilahə illəllah ) Allaha doğru yüksəlir , saleh əməl onu daha da ucaldır .”

    Saleh əməlin iman və mə’rifət ilə müqayisədəki rolu bir növ benzinin təyyarədən ötrü ifa etdiyi rola bənzəyir. Benzin olmasa təyyarə havaya qalxıb hərəkətini davam etdirə bilmədiyi və yanacaq qurtaran zaman süqut etdiyi kimi, iman və mə’rifət də saleh əməllə yanaşı olmazsa, insanı yüksək məqamalara çatdırmaz. Əgər saleh əməl ona kömək etməsə süqut edər.

    Allah Qur’anda buyurur: “ Pərvərdigarına ibadət et ki , yəqin ( məqamı ) sənin üçün hasil olsun .”

    Nəfsin kamala çatmasının, düzgün tərbiyələndirilməsinin və yəqin məqamına çatmasının yeganə yolu şər’i vəzifələrin dəqiq və düzgün yerinə yetirilməsində, ibadət və bəndəliyə ciddi yanaşmaqdadır. Əgər bir şəxs ibadətdən başqa yolla yüksək mə’nəvi məqamlara çata biləcəyini güman edirsə, doğrudan da yanılmışdır. Allahın köməyi ilə saleh əməlin barəsində sonralar söhbət aparacağıq.

    4- Zikr və dua . İslam dini zikr deməyə və onu davam etdirməyə xüsusi diqqət yetirmişdir. Peyğəmbəri-Əkrəmdən (s.ə.v.v) və mə’sum imamlardan (ə) çoxlu dualar və zikrlər gəlib çatmışdır. Onu oxuyanlar üçün çoxlu savablar nəzərdə tutulmuşdur. Zikr həqiqətdə nəfsin kamala yetməsinə, insanın Allah dərgahına yaxınlaşmasına səbəb olan mühüm bir ibadət hesab olunur.

    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “ Beş şey insanın əməl tərəzisini ağırlaşdırır : Subhanəllah , vəl - həmdu lillah , və la ilahə illəllahu , vəllahu əkbər ( zikrləri ) və saleh övladın ölümünə səbr etmək .”

    Yenə buyurur: “ Məni me ’ raca apardıqları zaman behiştə daxil oldum . Bu vaxt qızıl və gümüşdən bir qəsr tikməyə məşğul olan mələkləri gördüm . Lakin bə ’ zən onlar işlərini dayandırırdılar . Onlara dedim : “ Nə üçün bə ’ zən işləyir , bə ’ zən də işinizi dayandırırsınız ?” Dedilər : “ Tikinti üçün lazım olan vəsait olan zaman işləyirik , tamam olduqda dayanırıq .” Dedim : “ Sizin tikinti materiallarınız nədir ?” Dedilər : “«Subhanəllahi , vəlhəmdu lillahi , və la ilahə illəllahu , vəllahu əkbər » zikri . Mö ’ min dünyada bu zikrləri deməyə məşğul olanda bu vəsait bizə çatır və qəsri tikirik , amma onlar zikrdən qafil olduqları zaman biz də işdən dayanırıq .”

    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “ Hər kəs “ subhanəllah ”, desə behiştdə onun üçün bir ağac əkilər . Hər kəs “ əlhəmdu lillah ” desə , Allah Özü cənnətdə onun üçün bir ağac əkər . Hər kəs “ la ilahə illəllah ” desə , Allah ona behiştdə bir ağac əkər . Hər kəs “ Allahu Əkbər ” desə , Allah behiştdə onun üçün bir ağac əkər .”

    Bu zaman Qureyşdən olan bir kişi soruşdu: “Ey Allahın Rəsulu! Belə isə bizim behiştdə nə qədər ağacımız olacaq!”

    Həzrət (s.ə.v.v) buyurdu: « Bəli , belədir . Lakin ehtiyatlı olun ki , od göndərib ağaclarınızı yandırmayasınız . Çünki Allah - təala Qur ’ anda buyurur : “ Ey iman gətirənlər ! Allaha və Onun Rəsuluna itaət edin , öz əməllərinizi xarab və puç etməyin .”»

    Hər kəlam Allahı insana xatırladarsa, məfhumu da həmd-səana və təsbih olarsa, zikr adlanır. Lakin hədislərdə xüsusi zikrlər bəyan olunmuş və onların oxunması üçün müəyyən savablar nəzərdə tutulmuşdur ki, onların ən mühümləri aşağıdakılardır:

    La ilahə illəllah , Subhanəllah , Əlhəmdu lillah , Əllahu əkbər , La hövlə və la quvvətə illa billah , Həsbunəllah və ni ’ məl vəkil , La ilahə illəllahu subhanəkə inni kuntu minəz - zalimin , Ya həyyu ya qəyyum ya mən la ilahə illa ənt , Ufəvvizu əmri iləllah innəllahə bəsirun bil - ibad , La hövlə və la quvvətə illa billahil - əliyyil - əzim , Ya Allahu , ya Rəbb , ya Rəhman , ya Ərhəmər - rahimin , ya Zəl - cəlali vəl - ikram , ya Ğəniyyu ya Muğni . Allahın dua və hədislərdə gələn sair adları da bunlardandır.

    Bunların hamısı zikrdir və Allahı insana xatırladır, onun Allah dərgahına yaxınlaşmasına səbəb olur. Allah dərgahına doğru seyr edən insan bu zikrlərin hər birini seçib onu davam etdirə bilər. Lakin mə’rifət əhli bə’zi zikrlərə daha çox üstünlük vermişlər. Bə’ziləri “la ilahə illəllah”ı, bə’ziləri “subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər”i, bə’ziləri isə başqa zikrləri seçir. Lakin bə’zi hədislərdən mə’lum olur ki, “la ilahə illəllah” sair zikrlərdən daha üstündür.

    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “ İbadətlərin ən yaxşısı “ la ilahə illəllah ” deməkdir .”

    Yenə buyurur: “ Kəlamların sərvəri və böyüyü “ la ilahə illəllah ” dır .”

    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Cəbrəildən nəql edir ki, Allah-Təala belə buyurur: “ La ilahə illəllah kəlməsi Mənim möhkəm ( alınmaz ) qalamdır . Hər kəs ona daxil olsa Mənim əzabımdan amanda olar .”

    Lakin zikrdən əsas məqsəd insanın Allaha nəzər və diqqət yetirməsi olduğundan, demək olar ki, hər bir kəlam insanı Allaha daha çox yaxınlaşdırsa daha münasib olacaqdır.

    Ayrı-ayrı fərdlərin müxtəlif vəziyyətləri və bir-birindən fərqli məqamları vardır. Mümkündür ki, “ Allah ” kəlməsi bə’zi şəxslər, yaxud bə’zi vəziyyətlər üçün maraqlı və münasib olsun, halbuki, “ ya mucibə də ’ vətil - muztərrin ” kəlməsi digərləri üçün daha cazibəli və münasib ola bilər. Bə’ziləri üçün “ la ilahə illəllah” kəlməsi, bə’ziləri üçün də “ya Ğəffaru, ya Səttar” kəlməsi münasib görünsün. Sair zikrlər də belədir. Məhz buna görə də, əgər təkamül yolçusu kamil mürəbbi (ustad) tapa bilsə, yaxşı olar ki, bu barədə ondan kömək alsın. Əgər tapa bilmirsə dua və hədis kitablarından, Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) və mə’sum imamların (ə) göstərişlərindən istifadə edə bilər. Bütün zikrlər və ibadətlər yaxşıdır, bu şərtlə ki, düzgün şəkildə yerinə yetirilsin. Məhz bu halda insanı Allah dərgahına yaxınlaşdırıb ali məqamlara çatdıra bilər. Təkamül yolçusu olan insan onların hamısından, yaxud bə’zisindən istifadə edə bilər, lakin böyük alimlər zikr və şühud məqamına çatmaq üçün tövsiyə edirlər ki, müəyyən olunan xüsusi zikri seçsinlər, onları xüsusi formada və xüsusi sayda davam etdirsinlər ki, məqsədə nail ola bilsinlər.

    Bu mühüm məsələyə də diqqət yetirmək lazımdır ki, şəriətdə gəlib çatan zikr və dualar ibadətdir və bəndəni ümumi şəkildə Allah dərgahına yaxınlaşdıra bilər. Lakin onlardan əsas hədəf Allahdan başqalarından tam mə’nada ayrılmaq, qəlbi yalnız Allaha tərəf yönəltməkdir. Deməli, təkcə kəlmələrin təkrar olunması ilə də kifayətlənməməliyik. Onun mə’nasına diqqət yetirərək ali hədəflərindən qafil olmamalıyıq. Çünki zikrlərin təkrar olunması, hətta onların davam etdirilməsi belə, çox çətin deyildir və bu əməl də təklikdə insanı hədəfə çatdıra bilməz. Amma faydalı olan şey–insan təfəkkürünün təmərküzləşməsi, qəlbin öz mə”budu qarşısında hüzuri-qəlb tapması, qəlbdən keçən sair şeylərin inkar edilməsidir. Bu da olduqca çətin məsələdir. Çünki zikr zamanı müxtəlif fikirlər insana hücum gətirir və onu Allahı yad etməkdən qafil edir. Halbuki, bu kimi düşüncələr qəlbdən çıxarılmayınca nəfs ilahi nuraniyyəti qəbul etməyə ləyaqəti olmayacaqdır. O qəlb Allah nurunun saçılması yeri ola bilər ki, Allahdan qeyrilərindən tamamilə boşaldılmış olsun. Qəlbin, fikrin başqa şeylərdən təmizlənməsi və təmərküzləşməsində ciddi əzm və iradəyə, nəfs ilə cihada ehtiyac duyulur. Elə də olmur ki, insan üçün bir dəfəyə, heç bir məşq etmədən mümkün olsun. Nəfs ilə tədricən xoş davranmaq lazımdır ki, bu işlərə adət etsin.

     

    Kitabın adı: Nəfsin saflaşdırılması
    Müəllif: Ayətullah İbrahim Əmini

     

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.