![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

“Bəqərə” surəsi (113-114)
113. ﴿وَقَالَتِ الْيَهُودُ لَيْسَتِ النَّصَارَى عَلَىَ شَيْءٍ وَقَالَتِ النَّصَارَى لَيْسَتِ الْيَهُودُ عَلَى شَيْءٍ وَهُمْ يَتْلُونَ الْكِتَابَ كَذَلِكَ قَالَ الَّذِينَ لاَ يَعْلَمُونَ مِثْلَ قَوْلِهِمْ فَاللّهُ يَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُواْ فِيهِ يَخْتَلِفُونَ﴾
“Yəhudilər dedilər: "Məsihilər haqq deyil." Məsihilər isə belə dedilər: "Yəhudilər haqlı deyil." Hansı ki, onlar səmavikitab oxuyurlar. Eləcə də digər nadanlar onlar kimi danışdılar. Allah qiyamət günü onların arasında ixtilafda olduqlarışey haqqında mühakimə yürüdəcək.”
◘Hər bir dəstənin o biri dəstəni inkar etməsi kitab əhlinin təəssübkeşliyi ilə bağlı ayənin açıqladığı başqa bir sifətdir. Yəhudilər məsihiləri, məsihilər isə yəhudiləri Allah hüzurunda dəyərsiz və batil kimi tanıtdırırdı. Bu sayaq rəftarlar onların təəssübkeşlik ruhiyyəsindən qaynaqlanırdı. Əgər onlar öz səmavi kitablarına diqqətli olsaydılar, bu sayaq rəftarlardan əl çəkərdilər. Sonra buyurulur ki, müşriklər və bütpərəstlərin səmavi kitabı olmasa da, onlar da eyni cür rəftar edirlər. Yəni batil əqidə sahibləri bir-birlərini heç vəchlə qəbul etmirlər. Amma bütün bu ixtilaflar qiyamət günü Allahın mühakiməsi ilə sona çatasıdır. Onlar bir gün haqqı müşahidə edərlər.
1. Yersiz təəssüb və dəlilsiz inhisarçılıq qadağandır. Başqalarının təhqiri və nəzərə alınmaması istibdad və eqoizm nişanəsidir. (Hər kəs özündə olanlara görə lovğalanır və lovğalıqlar bir çox fitnələrin köküdür. “Möminun” surəsinin 53-cü ayəsində də bu məsələyə işarə olunmuşdur.)
2. İnsanda təəssüb və eqoistlik olduqda elm də hidayət edə bilmir. Kitab əhli öz kitabını oxuya bilirdi. Amma inhisarçılıq ruhiyyəsi onların oxuduqlarını təsirdən salırdı.
3. Təəssübə aludə olan cəmiyyətdə alim və cahil oxşar şəkildə düşünür. Cahil müşriklər Tövrat və İncil oxuyanların dediklərini deyirdilər.
114. ﴿وَمَنْ أَظْلَمُ مِمَّن مَّنَعَ مَسَاجِدَ اللّهِ أَن يُذْكَرَ فِيهَا اسْمُهُ وَسَعَى فِي خَرَابِهَا أُوْلَـئِكَ مَا كَانَ لَهُمْ أَن يَدْخُلُوهَا إِلاَّ خَآئِفِينَ لهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الآخِرَةِ عَذَابٌ عَظِيمٌ﴾
“Allahın məscidində onun adının çəkilməsinə imkan verməyən və oranı xaraba qoymağa çalışanlardan da zalımıvarmı? Onlar məscidlərə yalnız qorxu ilə girmək haqqına malikdirlər. Onların dünyada bəhrəsi rüsvayçılıq, axirətdə isəböyük əzabdır.”
◘Ayənin nazil olma şənindən və bəzi rəvayətlərdən məlum olur ki, söhbət məscidləri xaraba qoymaq istəyənlərdən gedir. Tarixdə məscidlər dəfələrlə zalım hakimlər və azğın insanlar tərəfindən xaraba qoyulmuş və rövnəqdən salınmışdır. Fetlos adlı birinin rəhbərliyi ilə məsihilər tərəfindən Beytül-Müqəddəsin xaraba qoyulması, Tövratın yandırılması hadisəsindən tutmuş Qüreyş tərəfindən müsəlmanların Məscidül-Hərama daxil olmasının qarşısının alınmasınadək, uyğun fəaliyyətin bir çox nümunələri ilə rastlaşırıq.
Bu gün də oxşar hadisələrin şahidi oluruq. İlkin İslam dövründə “Bəqi” imamlarının qəbirləri kənarında tikilmiş məscidlər şirklə mübarizə adı altında viran qoyulur. Hindistanda tarixi Babiri məscidinin xaraba qoyulması da deyilənlərin sübutudur. Bütün bunlar zalım hakimlərin küframiz ruhiyyəsindən danışır. Onlar tövhid mərkəzlərində Allah adının yad edilməsindən qorxu hissi keçirirlər.
◘Bu ayə övladlarının məscidə getməsinə maneçilik törədən valideynlərə bir xəbərdarlıqdır.
◘Məscidin xaraba qoyulması zülm olduğu kimi, onun abad edilməsi də işlərin ən xeyirlisidir.
1. Əqidə zülmü ən böyük zülmdür. (Quranda “əzləm” Allaha iftira və Onun evinin bağlanması mənasında işlədilmişdir. Hər iki mənada əqidə yönümü var.)
2. Məscid təkcə bel-külünglə xaraba qoyulmur. Məscidi rövnəqdən salan hər bir iş onun xaraba qoyulması sayılır.
3. Yalnız Allah adının diri saxlandığı məscidlər məqbul sayılır. Məsciddə Allahın hökmləri, onun bəyəndiyi mövzular bəyan olunmalıdır.
4. Düşmən məscidin qapısından, divarından qorxmur. Onun qorxusu Allah adının yad edilməsi və müsəlmanların ayıqlığıdır.
5. Məscidlər mübarizə səngəridir. Ona görə də düşmən məscidləri xaraba qoymaq istəyir.
6. Məscid rövnəqli, mənəviyyatlı və hərbi komandanlıq səngəri olmalıdır.
Casus hərbi yerlərə girməkdən qorxub dəhşətə düşdüyü kimi, müxaliflər də məscidə qorxu içində daxil olmalıdırlar.
7. Dini müqəddəsliklərlə mübarizəyə qalxanlar qiyamətdə Allahın qəhrinə düçar olmazdan qabaq dünyada zəlil və xar olurlar.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









