» » Hesabımızı necə çəkək?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Hesabımızı necə çəkək?
+5
Müəllif: Elya | 6-05-2017, 15:00 | Baxılıb: 682

 

 

Hesabımızı necə çəkək?

 

Nəfsin nəzarət altına alınaraq idarə edilməsi çox asan və sadə bir iş deyildir. Bu işdə tədbirə, bacarığa, səbrə, fəaliyyətə və ciddiyyətə çox ehtiyac vardır. Məgər nəfsi-əmmarə belə bir sadəliklə təslim olarmı? Məgər belə bir sadəliklə mühakiməyə çəkilməyə hazır olarmı? Məgər belə sadəlikdə hesabın cavabını verərmi?

Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “Hər kəs öz nəfsini tədbir və siyasətlə idarə etməsə onu zay etmiş olur .”

Yenə buyurur: “Hər kəs öz nəfsinə aldansa nəfsi onu həlakətə salar .”

Yenə buyurur: “Hər kəsin öz nəfsində oyaqlıq və agahlığı olsa Allah tərəfindən onun üçün bir keşikçi tə ’ yin edilər .

Yenə buyurur: “Cihadı davam etdirməklə nəfsinizi öz mülkiyyətinizə keçirib öz ixtiyarınıza alın .”

Nəfsin sorğu-suala çəkilməsi və ondan hesab alınması üç mərhələdə yerinə yetirilməlidir ki, tədricən ona adət etsin və təslim olsun.

1. Müşaritə ( şərtləşmək ). Nəfsdən hesab almağı bu yolla başlayırıq. Günün ilk saatlarında və gündəlik işlərimizə başlamazdan əvvəl müşaritə üçün müəyyən bir vaxt tə’yin edirik. Məsələn, sübh namazından sonra sakit bir yerdə oturub nəfsimizə xitab edərək deyirik: Mən indi diriyəm, lakin nə vaxta qədər sağ olacağım mə’lum deyildir. Bəlkə də bir saat, yaxud ondan bir az artıq diri qalam. Ömrümün keçən saatları tələf olmuşdur, lakin qalan saatları mənim sərmayəm hesab olunur. Hər bir saatda axirətim üçün yol ehtiyatı hazırlaya bilərəm. Əgər elə bu zaman əcəlim çatsaydı və Əzrail mənim ruhumu qəbz etmək üçün gəlsəydi nə qədər arzu edərdim ki, kaş ömrümə bir gün, hətta bir saat belə əlavə edilsin! Ey biçarə nəfsim! Fərz et ki, belə bir halda sənin istəklərin qəbul olundu və yenidən dünyaya qayıtdın, gör onda nə edəcəksən? Ey nəfs! Mənə və özünə rəhm et, bu saatları əbəs yerə tələf etmə. Səhlənkarlıq etmə, əks halda qiyamətdə peşman olacaqsan. O gündə artıq həsrətlərin heç bir faydası olmayacaqdır. Ey nəfs! Ömrümün hər saatı müqabilində Allah sənin üçün bir xəzinə qərar vermişdir ki, yaxşı və pis əməlləri orada ehtiyat edirlər. Onların nəticəsini də qiyamətdə görəcəksən. Ey nəfs! Çalış, xəzinələri saleh əməllərlə doldurasan. Ehtiyatlı ol ki, xəzinələri günah və mə’siyətlə doldurmayasan!

Elə bu qayda ilə hər bir bədən üzvünə xitab edərək onlardan peyman alarıq ki, günaha mürtəkib olmasın. Məsələn, dilimizə xitabən deyirik: Yalan, qeybət, söz gəzdirmək, eyb axtarmaq, söyüş söymək, boş-boş sözlər danışmaq, camaata həqarət hissi ilə yanaşmaq, özünü tə’rifləmək, yersiz mübahisə aparmaq, yalandan şəhadət vermək və sair kimi rəzil əxlaqlardan və Allahın haram buyurduğu işlərdən çəkin, çünki bu işlər insanın axirət həyatını puç edir. Mən sənə bu işləri görməyə əsla icazə vermirəm. Ey dil! Özünə və mənə rəhm et, günahdan əl çək, çünki sənin bütün sözlərin əməl xəzinəsində qeydə alınacaqdır, mən də qiyamətdə onlara cavabdehlik daşımalıyam.

Beləliklə, dilimizdən əhd-peyman alırıq ki, günah işlərə düşməsin. Bundan sonra dilin görə bildiyi yaxşı əməlləri xatırladır və onu məcbur edirik ki, gün ərzində onları yerinə yetirsin. Məsələn, ona deyirik: Sən filan zikrlə, filan kəlamla əməl xəzinəsini nur və sevinclə doldura, qiyamətdə nəticəsini ala bilərsən. Bu işdən qafil olma, əks halda peşman olacaqsan.

Bu yolla bütün bədən üzvlərindən tək-tək əhd-peyman alırıq ki, günaha mürtəkib olmasın və yaxşı işlər görsün.

İmam Cə’fər Sadiq (ə) öz atasından belə nəql edir: “Gecə gəlib çatan zaman elə car çəkir ki , cin və insanlardan başqa bütün varlıqlar onu eşidər . O , deyər : Ey Adəm övladları ! Mən yeni bir məxluqam , mən də baş verən işlərə şəhadət verirəm , məndən istifadə edin . Gün çıxandan sonra artıq dünyaya qayıtmıram . Ondan sonra artıq məndə yaxşı işlər görüb onları artıra və pis işlərdən tövbə edə bilməzsiniz . Gecə keçib getdikdən və gündüz gəldikdən sonra gün də həmin kəlamla nida edər .”

Şeytan və nəfsi-əmmarə də bizə belə deyə bilər: “Sən belə proqramlarla yaşaya bilməzsən! Axı sən bu qədər məhdudiyyətlə necə yaşaya bilərsən?! Məgər hər gün bir saatı hesab-kitab üçün ayıra bilərsənmi?

Şeytan və nəfsi-əmmarə bu cür vəsvəsələrlə bizi aldadaraq qəti qərara gəlməkdən yayındırmaq istəyir. Onların qarşısında ciddi müqavimət göstərib deməliyik ki, bu proqramların icrası tamamilə mümkündür və adi həyatla zidd deyildir. Bu işlər mənim öz nəfsimi paklaşdırmaqda və axirət səadətinə çatmaqda zəruri olduğundan onları mütləq yerinə yetirməliyəm. Çox da çətin deyildir. Sən iradə edib qəti qərara gəlsən, istədiyinə nail ola bilərsən. Əgər işin əvvəlində müəyyən qədər çətinlik olsa da əməl etməklə tədricən asanlaşacaqdır.

2. Müraqibət (nəzarət altında saxlamaq , muğayat olmaq ). Əhd-peyman mərhələsindən sonra ona əməl etmək və davam etdirmək mərhələsi gəlib çatır. Gün ərzində nəfsimizi bütün hallarda nəzarət altına almalıyıq ki, bağladığımız əhd-peymana əməl edək. İnsan hər bir halda nəfsini nəzarət altına almalı, daim ayıq olmalıdır. Həmişə Allahı hazır və bütün əməllərinə nəzarətçi görməli, əhd-peymanını xatırlamalıdır. Çünki əgər bir anlığa qafil olarsa şeytan və nəfsi-əmmarə onun iradəsinə nüfuz edərək öz əhdinə əməl etməyin qarşısını ala bilər.

Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “Ağıllı o kəsdir ki , nəfsi ilə həmişə cihad edir , onun islah olunmasına çalışır , onun istəklərinin qarşısını alır və bu yolla onu öz mülkiyyətinə keçirir . Ağıllı insan öz nəfsinə nəzarət etməklə dünya və onda olanlardan bezar olacaqdır .”

Yenə buyurur: “Hər kəs öz nəfsinin daxilində onun qarşısını alan bir şeyə malik olsa , Allah tərəfindən onun üçün bir mühafizəçi tə ’ yin olunar .”

“ Nəfsə e ’ timad göstərib onun barəsində nikbin olmaq şeytanın ən möhkəm fürsətlərindən biridir .”

İnsan nəfsini həmişə nəzarət altına almaqla Allahı xatırlayır və özünü Mütəal Allahın hüzurunda görür. Heç bir əməli əvvəlcədən təfəkkür etmədən yerinə yetirmir. Əgər hər hansı bir günaha düşərsə dərhal Allahı xatırlayır, qiyaməti yada salır və o işi tərk edir. Əhd-peymanı unutmaz və bu vasitə ilə öz nəfsini daim nəzarət altında və öz mülkiyyətində saxlayar, onu pisliklərdən, yaramaz işlərdən və çirkinliklərdən qoruyar. Bu proqram nəfsin saflaşdırılmasında və aludəliklərdən təmizlənməsində ən yaxşı vasitədir. Bundan əlavə gün ərzində öz nəfsini nəzarət altına alan insan daim öz vəzifəsini, vacibatları və müstəhəbləri yerinə yetirmək, xeyir əməllər və saleh işlər görmək fikrində olur. Çalışır ki, namazını fəzilətli vaxtında, hüzuri-qəlb və xüzu-xüşu ilə yerinə yetirsin və namazı elə qılsın ki, sanki axırıncı namazıdır. Hər bir halda və bütün işlərdə Allahı yad etsin. Boş vaxtlarını bihudə yerə tələf etməsin. Onlardan axirət işi üçün istifadə etsin. Ağıllı insan öz vaxtının qədir-qiymətini bilir, yaranan hər bir fürsətdən nəfsinin islah olunmasında istifadə edir və bu işdə ciddiyyət göstərir, bacardığı qədər müstəhəb əməlləri yerinə yetirir. Yaxşı olar ki, insan mühüm müstəhəblərin bə’zilərini yerinə yetirməyi özünə adət etdirsin.

İnsan ixlas və qürbət qəsdi ilə bütün gündəlik işlərini ibadət və Allah dərgahına yaxınlaşmaq vasitəsi qərar verə bilər. Hətta ticarət və qazanc, işləmək, yemək, içmək, yatmaq, evlənmək və s. mübah işləri ixlas və niyyətlə ibadətlərin cərgəsinə keçirə bilər. Qazanc və ticarət əgər halal ruzi qazanmaq və Allah bəndələrinə xidmət etmək məqsədilə olsa ibadətdir. Həmçinin yemək, içmək, istirahət etmək həyatını davam etdirmək vasitəsilə Allaha bəndəlik etməkdən ötrü yerinə yetirilsə yenə də ibadət hesab olunur. Allahın xalis bəndələri həmişə belə olmuşlar.

3. Mühasibə ( əməllərin haqq - hesabı ). Üçüncü mərhələ gündəlik əməlləri təftiş edib hesablamaqdır. İnsan gündəlik əməllərin hesabını aparmaq üçün müəyyən bir saat tə’yin etməlidir. Yaxşı olar ki, bu saat yatmaq vaxtı, bütün işlərdən ayrıldığı vaxt olsun. Həmin saatda xəlvət bir yerə çəkilib gizlində gün ərzində gördüyü işlər barəsində fikirləşsin. Tərtiblə birinci saatlardan başlasın. Əməllərini dəqiq şəkildə, günün axır saatlarına qədər hesaba gətirsin. Əgər ön saatlarda xeyir işlərə və ibadətə məşğul olmuşsa, Allaha onu bu işə müvəffəq etdiyinə görə şükr etsin, onları davam etdirmək qərarına gəlsin.

Əgər günaha batmışsa nəfsini danlayaraq ona xitab etsin və desin: Ey bədbəxt nəfs! Nə etmisən?! Nə üçün əməl dəftərini günahla qaraltmısan? Qiyamətdə Allahın cavabını necə verəcəksən? Axirətin dərdli əzabları ilə neyləyəcəksən? Allah sənə ömür, salamatlıq və imkanlar vermişdir ki, axirət üçün yol ehtiyatı tədarük görəsən, sən isə onu günahla doldurursan! Məgər ehtimal vermirsənmi ki, elə bu saat əcəlin gəlib çatar? O halda nə edəcəksən? Ey həyasız nəfs! Nə üçün Allahdan xəcalət çəkmirsən? Ey yalançı! Ey münafiq! Sən Allaha iman gətirdiyini, qiyamətə inandığını iddia edirsən, amma nə üçün əməldə belə deyilsən?

Sonra tövbə edib qərara alsın ki, bir daha günah işə mürtəkib olmayacaq və keçmiş günahlarını da bərpa edəcək.

Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “Hər kəs öz nəfsinin günah və eyblərini məzəmmət etsə günaha düşməkdən uzaq olar .”

Əgər nəfsin tüğyan və inadkarlıq etdiyini, günahı tərk və tövbə etməyə hazır olmadığını görsə nəfsi-əmmarəyə qarşı müqavimət göstərməlidir. Bu barədə əməli surətdə icra olunan tənbehlərdən istifadə edə bilər. Məsələn, əgər haram yemək yemişsə, yaxud başqa bir günah iş görmüşsə, onun əvəzində müəyyən miqdarda malı Allah yolunda infaq etsin, bir, yaxud bir neçə gün oruc tutsun, müvəqqəti olaraq ləzzətli yeməklər yeməkdən, sərin su içməkdən, nəfsin istədiyi sair ləzzətli işlərdən çəkinsin. Yaxud bir saat qızmar günün altında dayansın. Hər bir halda nəfsi-əmmarənin qarşısında zəiflik göstərmək olmaz. Əks halda o, insana hakim olur və insanı həlakətə, tənəzzülə doğru çəkir. Amma sən onun müqabilində müqavimət göstərsən, hökmən təslim olacaqdır.

Əgər o saatda nə bir xeyir iş görmüş və nə də günaha batmışsa, yenə də nəfsini danlayıb desin ki, ömür sərmayəsi olan bu saatı necə hədərə verdin?! Sən bu saatlarda saleh bir iş görüb axirətin üçün ehtiyat toplaya bilərdin, ey ziyankar, ey bədbəxt! Nə üçün bu dəyərli fürsəti əldən verdin? Həsrət və peşmançılığın faydalı olmadığı bir gündə peşman olacaqsan!

Beləliklə, bir şərik kimi tam diqqətlə gündəlik işlərin hamısını nəfsdən hesab çəkib onu cəzalandır. Əlbəttə, mühasibənin nəticəsi bir dəftərdə qeyd olunsa daha yaxşıdır.

Ümumiyyətlə, müraqibə və mühasibə nəfsin paklaşdırılmasında zəruri və faydalı bir iş hesab olunur. Səadət istəyən hər bir insan bu məsələlərə diqqət yetirməlidir. İlk əvvəldə çətin nəzərə çarpmasına baxmayaraq, insan qəti qərara gəlib bu sahədə müqavimət göstərsə bu işlər onun üçün tezliklə asanlaşacaq, nəfsi-əmmarə nəzarət altına alınacaqdır.

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Sizə ayıqların ən ayığının və axmaqların ən axmağının kim olduğunu deyimmi? Ərz etdilər: Ey Allahın Rəsulu buyurun. Buyurdu: «Camaatın ən ayığı odur ki , öz nəfsinin hesaba çəksin , ölümdən sonrakı günlər üçün saleh əməl görsün . Axmaqların ən axmağı o kəsdir ki , həvayi - nəfsə tabe olsun və uzun - uzadı arzulara məşğul olsun .»

Bir kişi ərz etdi: Ey Allahın Rəsulu, nəfsin hesabını necə çəkmək olar? Həzrət buyurdu: «Gün axıra çatanda , gecə olanda öz nəfsinə müraciət edərək de : Ey nəfs ! Bu gün də gəlib keçdi . Artıq o , qayıtmayacaqdır . Allah bu gün barəsində səndən sual edəcəkdir ki , onu hansı yollarda sərf etdin və onda nə iş gördün ? Allahın həmd - sanasını və zikrini yerinə yetirdinmi ? Mö ’ min qardaşının haqqını əda etdinmi ? Onun qəlbindən qəm - qüssəni dağıtdınmı ( onu sevindirdinmi )? Onun olmadığı yerdə ailəsinə və övladlarına baş çəkdinmi ? Ölümündən sonra onun ailəsi barəsində olan haqqına riayət etdinmi ? Mö ’ min qardaşının qeybəti olunduğu zaman onu öz abır - heysiyyətinlə müdafiə etdinmi ? Bir müsəlmana kömək etdinmi ? Bu gündə nə etdin ? Sonra yerinə yetirdiyi işlərin hamısını bir - bir xatırla . Əgər xeyir iş görmüş olsan Allaha səni bu işə müvəffəq etdiyinə görə həmd - səna et . Əgər günaha düşdüyünü görsən tövbə et və sonralar bir daha o günaha düşməyəcəyin barədə özünə söz ver . Peyğəmbərə və onun Əhli - beytinə salavat göndərməklə günah aludəliklərini nəfsindən təmizlə , Əmirəl - mö ’ minin Əliyyibni Əbitaliblə ( ə ) bey ’ əti öz nəfsinə təlqin et , düşmənlərinə lənət göndər . Əgər bəndə belə edərsə Allah ona buyurar : « Mən qiyamət hesabında səninlə münaqişə etməyəcəyəm . Çünki Mənim övliyalarımla dostluq etdin , düşmənlərim ilə düşmən oldun .”

İmam Musa ibni Cə’fər (ə) buyurur: “Hər gün öz nəfsinin hesabına çatmayan şəxs bizdən deyildir . Əgər yaxşı iş görmüş olsa Allahdan daha artıq müvəffəqiyyət istəsin . Əgər günaha batmışsa istiğfar və tövbə etsin .”

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Əbuzərə buyurdu: “Aqil insan öz saatlarını bölməlidir : Bir saatı Allahla münacata aid etməli , bir saatını nəfsin hesabına yetişməyə ayırmalı , bir saatını da Allahın ona əta etdiyi şeylərdə təfəkkürə sərf etməlidir .”

Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “Öz nəfsinizi , onun əməlləri barəsində hesaba çəkin . Vacibatı yerinə yetirməyi ondan tələb edin . Ondan istəyin ki , fani dünyadan istifadə etsin , axirət üçün ehtiyat göndərsin və o səfərdən qabaq ona hazırlaşsın .”

Yenə buyurur: “İnsan üçün çox mühümdür ki , özü üçün müəyyən bir saatı tə ’ yin etsin . Bütün işləriini qurtardıqdan sonra öz nəfsi ilə haqq - hesab çəksin . Fikirləşsin ki , keçən bu gecə - gündüz ərzində hansı yaxşı və faydalı işləri görmüş , hansı pis və ziyanlı işlərə mürtəkib olmuşdur .”

Həzrət yenə buyurur: “Öz nəfsinlə cihad et və bir şərik kimi onu mühasibəyə çək , borc sahibi kimi ilahi hüquqların əda olunmasını ondan istə . Çünki camaatın ən xoşbəxti o kəsdir ki , nəfsi ilə mühasibə etsin .”

Yenə buyurur: “Hər kəs öz nəfsini hesaba çəksə onun eyblərini anlayar və günahlarını dərk edər . Sonra öz günahlarından tövbə edərək onun eyblərini islah edər .”

İmam Cə’fər Sadiq (ə) buyurur: “Qiyamətdə sizin hesabınıza yetişməzdən qabaq elə bu dünya da öz hesabınıza yetişin . Çünki , qiyamətdə əlli dayanacaqda bəndələrin hesabına yetişiləcək , hər dayanacaq isə min il çəkəcəkdir . ( Sonra bu ayəni oxudu :) “ Elə bir gündə ki , onun miqdarı əlli min ildir .”

Sonda bunu qeyd etmək lazımdır ki, insan nəfsdən hesab çəkən zaman ona e’timad etməməli, ona nikbin olmamalıdır. Çünki, nəfs aldadıcı və insanı pis işlərə əmr edəndir. O, yüzlərlə hiylə və fırıldaqla yaxşını pis, pisi isə yaxşı kimi qələmə verir, insanın öz vəzifəsini layiqincə tanıyıb əməl etməsinə mane olur, günaha mürtəkib olmağa və adəti tərk etməməyə bəraət qazandırır, günahları unutdurub kiçik göstərir, böyük ibadətləri kiçik, kiçik ibadətləri böyük hesab edir və insanı məğrurluğa düçar edir, ölümü və qiyaməti insanın yadından çıxardır, uzun-uzadı ümid və arzuları gücləndirir, mühasibəni çətin, hətta əməl olunması mümkün olmayan, bə’zən də qeyri-zəruri bir iş kimi qələmə verir. Buna görə də, insan nəfsə bədbin olmaqla onu mühasibəyə çəkməli, hesab çəkərkən tam diqqətli olmalı, münaqişə etməli, şeytanın və nəfsin bəhanələrinə məhəl qoymamalıdır.

Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “Həqiqətən zikr üçün onun öz əhli vardır ki , onu ( zikri ) dünyanın əvəzində götürmüşlər . Ticarət və müamilə onları Allahı yad etməkdən saxlamır , günlərini Allaha zikrlə keçirir , günahları haram edən ayə və rəvayətləri qafillərin qulağına oxuyurlar . Ədalətə çağırır , özləri də ona əməl edirlər . Pis işlərdən çəkindirib özləri də onlardan çəkinirlər . Sanki , dünyanı ötüb keçmiş , axirətə çatmışlar və dünyanın fövqündə olan şeyləri müşahidə edirlər . Sanki , bərzəx əhlinin qeyb vəziyyətlərindən agahdırlar , qiyamət və onun və ’ dələri onlara gerçəkləşmişdir . Qeyb pərdələrini dünya əhli üçün qaldırarlar . Elə şeyləri görərlər ki , adi camaat onları müşahidə etməz , elə şeyləri eşidərlər ki , başqaları eşitməzlər . Onlar , öz gündəlik əməl namələrini açmış və əməllərinin mühasibəsi üçün oturmuşlar . Onlara əmr olunan hər kiçik və böyüyün yerinə yetirilməsində təqsirə yol vermişlərsə , yaxud qadağan olunmuş işlər görmüşlərsə onları hesaba gətirərlər . Hamının günahını öz çiyinlərinə çəkir və lakin özlərini isə həmin günahları yerinə yetirməkdən aciz bilirlər . Nalə və ağlamaqları ucalır , bu vasitə ilə Haqqın dərgahında öz peşmançılıqlarını bildirirlər . Onların hidayət nişanələri və qaranlıqlarda çıraqlar olduğunu görərsən . Mələklər onların ətrafını əhatə etmişlər . Onlara ilahi xatircəmlik və aramlıq nazil olmuşdur . Asimanın qapıları onlar üçün açılmış , kəramət məqamları onlar üçün hazırlanmışdır .”

 

 

Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.