» » Əqlin sərbəstliyi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əqlin sərbəstliyi
    +5
    Müəllif: Huseynci Medine | 13-04-2017, 13:00 | Baxılıb: 746

    Əqlin sərbəstliyi

    İşlərin zati sifətlərindən söz getdiyi üçün, istər-istəməz ağıl və onun bu sifətlərin kəşf edilməsindəki sərbəstliyi məsələsi də ortaya çıxır. Görəsən insan ağlı şeylərin gözəllik və qəbahətliyini müstəqil şəkildə dərk edərək həmin sifətləri bir-birindən ayırd edə bilir, yoxsa həmin işdə şəriətin köməyinə möhtacdır? Bu səbəbdən də gözəllik və qəbahətin zatiliyi məsələsi islam terminalogiyasında «gözəllik və qəbahətin əqliliyi» kimi ifadə olunmuşdur.

    Mö’təzilə firqəsi tam qətiyyətlə bu məsələnin əqli olmasının tərəfdarıdır. Onlar insan ağlının müstəqil və sərbəst olması məsələsini irəli sürərək deyirlər ki, biz işlərin zati baxımdan bir-birlərindən fərqlənməsini aşkar şəkildə dərk edirik; həmçinin ağlımız şəriətin köməyi olmadan bu aşkar həqiqətləri bir-birindən ayırd edə bilir.

    Əş’ərilər isə ədalətin zati sifət olmasını inkar etdikləri kimi, gözəllik və qəbahətin zati və əqli olmasını da inkar edirlər. Onlar əvvəla, gözəllik və qəbahəti nisbi, mühit və zəmanənin xüsusi şəraitinə tabe və bir sıra təqlid və təlqinlərin tə’siri altında olan şey hesab edirlər. İkinci, əqlin gözəllik və qəbahəti tanımaq üçün şəriətin yol göstərməsinə möhtac olduğunu bildirirlər.

    Əş’ərilər müstəqil əqli, başqa sözlə desək, əqlin müstəqilliyini qəbul etmədikləri və Mö’təzilə firqəsinin insan əqlinin şəriətin köməyi olmadan gözəllik və qəbahətin dərk edə bilməsi nəzəriyyəsini səhv hesab etdikləri üçün, bu iddia ilə çıxış edirdilər ki, biz «ədalət», «zülm», «yaxşı», «pis» və bu kimi şeylərin nə olmalarını şəriətdən götürməli və həmin məsələlərdə yalnız islam sünnəsinə tabe olmalıyıq. Onlar özlərini də «sünnə əhli» və ya «hədis əhli» adlandırırdılar. Əş’ərilər bu addan istifadə edərək xalq arasında özlərinə güclü bir ictimai dayaq da yarada bildilər. Belə ki, onlarla Mö’təzilə arasında əqli müstəqilliyin qəbul edilib-edilməməsi üstündə olan ziddiyyət, xalq tərəfindən sünnə və hədislə əql arasındakı ziddiyyət kimi qiymətləndirilirdi. Məsələnin xalq tərəfindən belə qiymətləndirilməsi Əş’ərilərin ictimai bazalarının güclənməsinə, Mö’təzilə firqəsinin isə zəifləməsinə səbəb oldu.

    Əslində Mö’təzilə firqəsi sünnəyə heç vaxt e’tinasız yanaşmamışdı, amma Əş’ərilərin özlərinə belə bir ad seçməsi və Mö’təzilə ardıcıllarını öz tərəf müqabilləri kimi tanıtdırmaları onların nüfuzdan düşməsinə səbəb oldu. Mö’təzilə firqəsinin üçüncü əsrin əvvəllərində xalq kütləsi arasında məğlubiyyətə uğramasında bu amilin rolu inkaredilməzdir. Bu sü’ni anlaşılmamazlıq elə bir həddə çatıb ki, hətta şərqşünas və islamşünasların bə’ziləri bilərəkdən və ya bilmədən Mö’təzilə firqəsini «sünnə əleyhidarı olan ziyalılar» kimi tanıtdırırlar. Amma məsələdən xəbərdar olanlar bilirlər ki, Mö’təzilə və Əş’ərilər arasında olan ziddiyyətlərin, onların islam dininə bağlılıqları ilə heç bir əlaqəsi yoxdur. Əslində Mö’təzilə ardıcılları islama Əş’ərilərdən daha çox bağlı və ürəkyandıran olublar.

    Adətən ziyalı hərəkatları tamamilə saf niyyətli olsa da belə, ibadət və itaət iddiaçıları müqabilində avam kütlələrin ittihamları ilə qarşılaşmalı olurlar.

    Mö’təzilə ilə Əş’ərilər arasındakı ziddiyyətlər, əqlin haqqı və onun ədalətlə bağlı məsələləri barədə başlanmasına baxmayaraq, həmin bəhs sonralar «tövhid» məsələlərinə də sirayət etdi. Mö’təzilə həmin məsələdə də əqlə müdaxilə etmək haqqı verir, Əş’ərilər isə bu mövzuda da hədislərin zahirinə tabe olmağı zəruri sayırdılar. Bu barədə gələcək bəhslərdə geniş söhbət açacağıq.

     

    Kitabın adı: İlahi ədalət

    Müəllif: Ustad Mürtəza Mütəhhəri

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.