Hədis (yazılı)
İbn Abbasdan nəql olunur ki, Hz. Rəsulullah(s.ə.s) belə buyurdu:"Siz Əlinin(ə.) vilayəti altında olduğunuza kimi heç vaxt yolunuzu azmayacaq və həlak olmayacaqsınız.Əgər ona qarşı müxalif olsanız,yolunuzu azacaqsınız.Buna görə də Allahdan qorxun.Çünki Əli ibn Əbu Talib(ə.) Allahın əhdidir."
İbn Abbasdan nəql olunur ki, Hz.Rəsulullah(s.ə.s) belə buyurdu:"Hər kəs məndən sonra Əli ibn Əbu Talib(ə.) ilə müxalifət edərsə,kafirdir.Hər kəs ona şərik qərar verərsə müşrikdir.(Buradakı şirkdən məqsəd "Üluhiyyət"dəki şirk deyil.) Onun dostu mömin və onun düşməni də münafiqdir.Onun yolu ilə gedən hər kəs ona çatacaq.Onunla müharibə edən şəxs isə dindən çıxmışdır.Hər kəs onun sözünü qəbul etməzsə,səhv və əyri yolla getmişdir.Əli(ə.) Allahın şəhərlərdəki nuru və bəndələrinə olan höccətidir.
Həzrət Rəsulullah(s.ə.s) buyurur:"Hər kəs Əliylə(ə.) düşmənçilik etsə,Allah onunla düşməndir."
Kitabın adı: Həzrət Əlinin (ə) fəzilətlərindən 1000 hədis
Müəllif: Məhəmməd Xəlilov