Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Dünya nədir?
Hər bir halda islam dünyanı məzəmmət olunmuş hesab edir və insanlardan zöhdü (dünyaya məftun olmamağı) istəyir. İndi dünyanın nə olması və ondan necə uzaq olunmasını araşdırmalıyıq.
Görəsən məzəmmət olunan dünya elə bu dünyanın varlıqları olan yer, günəş, ulduzlar, heyvanlar, bitkilər, ağaclar, mə’dənlər və insanlardan ibarətdirmi? Bunun müqabilində axirət aləmi yə’ni, digər aləm nədir? Buna əsasən dünya həyatı yemək, içmək, işləmək, istirahət etmək, evlənmək və bu dünya həyatı ilə əlaqədar olan sair işləri görməkdən ibarətdir. İslam bunları məzəmmət etmişdirmi? Yoxsa yer, göy, heyvanlar, bitkilər pisdir və onlardan uzaq olmaq lazımdır? İslam dini ticarəti, ruzi qazanmağı, nəsil artırmağı və s. işləri məzəmmət edirmi? Şübhəsiz belə deyildir. Bunların hamısı Allahın yaratdığıdır və əgər pis olsaydılar yaradılmazdılar. Allah bunların hamısını Özünün gözəl ne’mətləri hesab edərək ondan istifadə etsin deyə insanın ixtiyarına qoymuşdur. Sərvət, mal-dövlət nəinki məzəmmət olunmur, hətta Qur’anda xeyirli bir şey kimi təqdim olunur: “Əgər meyyit xeyirli bir şeyi ( mal - dövləti ) tərk etmiş olsa valideynlərinə və yaxın qohum - əqrəbasına məxsusdur .”
Ticarətlə məşğul olub işləmək, halal ruzi qazanmaq nəinki məzəmmət olunmamışdır, əksinə, çoxlu rəvayətdə ibadətlərin ən yaxşısı kimi təqdim olunmuşdur.
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “İbadət yetmiş qismdir . Onun ən yaxşısı halal ruzi qazanmaqdır .”
İmam Məhəmməd Baqir (ə) buyurur: “Hər kəs camaatdan ehtiyacsız olmaq üçün ruzi qazanmaq arxasınca gedərsə və ailəsinin ruzisini genişləndirib qonşularına ehsan edərsə , Allahla qiyamətdə görüşəndə onun surəti on dörd gecəlik ay kimi parıldayar .”
İmam Cə’fər Sadiq (ə) buyurur: “Ailəsinin ruzisini əldə etmək üçün çalışan bir şəxs Allah yolunda cihad edən şəxs kimidir .”
Rəvayətlərdə əkinçiliyə, ticarətə, hətta nikaha belə tövsiyə edilmişdir. Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) və pak imamların (ə) da tutduğu yol belə olmuşdur. Onlar daim işləyirdilər. Zahidlərin sərvəri Əliyyibni Əbi Talib (ə) də ciddi işgüzarlıqla çalışır və daim fəaliyyətlə məşğul olurdu. Belə isə, görəsən məzəmmət olunan dünya hansıdır?
Bə’ziləri demişlər ki, dünyanın özü deyil, ona məftun olmaq, məhəbbət bəsləmək bəyənilməzdir. Bə’zi ayə və rəvayətlərdə də dünyaya məhəbbət məzəmmət olunmuşdur. Qur’anda buyurulur: “Nəfsani istəklərə – qadınlara , övladlara , qızıl - gümüş kisələrinə , cins atlara , heyvanlara , əkinə məhəbbət camaat üçün zinət verilmişdir . Bu , dünya həyatının həzzidir . Lakin Allah yanında yaxşı qayıdış yeri vardır .”
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “Məbada dünyanı sevəsən ! Çünki dünya məhəbbəti hər bir günahın kökü və hər bir bəlanın mənşəyidir .”
İmam Cə’fər Sadiq (ə) buyurur: “Dünyaya məhəbbət bütün xətaların və günahların başıdır .”
Bu kimi ayə və hədislərdən mə’lum olur ki, dünyaya və dünyəvi işlərə bağlılıq məzəmmət olunmuşdur, bu işlərin özü yox.
Burada belə bir sual irəli gəlir. Görəsən dünya işlərinə məhəbbət mütləq şəkildə məzəmmət olunur və insan qadına, övlada, evə, mal-dövlətə, yeyib-içməyə məhəbbət bəsləməməlidir? Bunu iddia etmək olarmı? Halbuki bu kimi işlərə məhəbbət insanların fitri və təbii işlərindəndir və Allah da insanı belə yaratmışdır. Məgər insan öz həyat yoldaşını, övladlarını sevməyə bilərmi? Məgər yeməliləri, geyməliləri, bu dünyanın sair gözəlliklərini sevməyə bilərmi? Əgər bu işlərə məhəbbət bəsləmək məzəmmət olunsaydı Allah insanı belə yaratmazdı. İnsan yaşamaq və diri qalmaq üçün bu kimi işlərə ehtiyac duyur və yaradılışında təbii olaraq onlara meyl göstərir.
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “İnsanlar dünyanın övladlarıdır və heç kəs anasına məhəbbət bəslədiyinə görə məzəmmət olunmaz .”
Rəvayətlərdə tövsiyə olunur ki, övladlarınıza və həyat yoldaşınıza məhəbbət göstərin. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və mə’sum imamlar da (ə) qadınlarına və övladlarına məhəbbət izhar edir, bə’zi yeməkləri daha çox sevirdilər. Deməli yer, göy, bitkilər, ağaclar, mə’dənlər, heyvanlar və sair Allah ne’mətləri məzəmmət olunmamışlar. Onlara və dünya həyatına məhəbbət bəsləmək pis deyildir. Bə’zi rəvayətlərdə dünya tə’riflənmişdir.
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) dünyanı məzəmmət edən bir şəxsin cavabında buyurdu: “Dünya , onu təsdiq edənlər üçün doğruçuluq və sədaqət evi , həqiqəti tapanlar üçün əmin - amanlıq evi , ondan ( axirət üçün ) ehtiyat götürənlər üçün zənginlik evi , ibrət alanlar üçün öyüd - nəsihət evidir . Dünya Allah dostlarının məscidi , mələklərin namaz qıldığı yer , vəhyin nazil olduğu məkan və Allah övliyalarının ticarət yeridir . Onlar dünyada Allahın fəzl və mərhəmətinə nail olmuş , behişti qazanmışlar .”
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) yenə buyurur: “Dünya axirət üçün ən yaxşı kömək vasitəsidir .”
İmam Cə’fər Sadiq (ə) buyurur: “Abır - heysiyyətini qorumaq , borclarını ödəmək və sileyi - rəhm etmək üçün halal mal kəsb etməyi xoşlamayan bir kəsdə xeyir və yaxşılıq yoxdur .”
Belə isə, görəsən məzəmmət olunan dünya nədir ki, ona məhəbbət bəsləmək bütün günahların mənşəyi olsun?
Ayə və rəvayətlərin məcmusundan belə başa düşülür ki, dünyada olan varlıqlar, dünya həyatı və dünyəvi işlərə sadəcə məhəbbət və bağlılıq deyil, dünyaya meyl etmək, ona məftun olmaq məzəmmət olunur. İslam insanlardan istəyir ki, dünyanı olduğu kimi tanısınlar və onun üçün artıq yox, elə həmin qədər dəyər versinlər. Özlərinin və dünyanın yaradılışındakı hədəfləri və məqsədləri tanısınlar, həmin yolda hərəkət etsinlər. Əgər belə olsalar axirət əhli, amma əgər əməl və rəftarları bu hədəfin əksinə olarsa dünya əhlidirlər.
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |