Nəql olunmuş bir çox mötəbər rəvayətlərdə Ömərin cəza məqsədi ilə müvəqqəti evlənənlərə qarşı daşqalaq hökmünü verdiyi göstərilir. Bir qədər əvvəl biz onlardan bir neçəsinə işarə etdik. Burada da onlardan bir neçəsi haqda söhbət açmağı daha məqsədəuyğun hesab edirik.
1) Cabir deyir: Peyğəmbərin (s) zamanında mütə edərdik. Ömər xəlifə olduqdan sonra minbərə çıxıb oxuduğu xütbələrin birində dedi: Allah istədiyi hər bir şeyi Peyğəmbər (s) halal etmişdir. Quranı da müəyyən hədəf üçün nazil etmişdir. «ümrə həccini» – Allahın təyin etdiyi qanunlar əsasında yerinə yetirin və qadınlarla daimi olaraq evlənin. Kimin mütə etdiyi haqda mənə bir xəbər verilərsə daşqalaq olunmasına əmr edəcəyəm.(«Tәcrid»in şәrhi. İmamәt fәsli.)
2) Şafei, Malikdən o da İbni Şəhabdan və o da Urvədən nəql etdiyi rəvayətdə deyir: Həkimin qızı Xəulə, Ömər ibni Xəttabın [xəlifənin] yanına gəlib deyir: Uməyyə oğlu Rəbiə cavan bir qadınla mütə etdi və həmən qadın ondan hamilə oldu. Ömər bu sözləri eşitdikdə bərk qəzəblənərək otaqdan bayıra çıxıb dedi: Əgər belə bir evlənməni əvvəllər yasaq etmiş olsaydım, Rəbiəni daşqalaq etdirərdim.(Әhkam fi usulil еhkam, 4-cü cild, 222-ci sәh.)
3) Nafe deyir: Abdullah ibni Əmrdən mütə barəsində soruşdum. O, qətiyyətlə bunun haram olduğunu bildirdi. Sonra əlavə edərək dedi: Bilin ki, əgər Ömər birinin mütə etdiyini eşitmiş olsaydı, həmən şəxsin daşqalaq olunmasına əmr edərdi.(Fәqinin Muntәqiyә yazdığı haşiyә, 2-ci cild 519-cu sәh.)
Abdulla ibni Zubeyr bu barədə xəlifə Ömərin verdiyi hökmə istinad edərək mütənin haram olduğunu hesab etmişdir. İbni Abbas onun belə bir mövqe tutduğunu görüb deyir: Sən olduqca sadəlöhv və səfeh bir adamsan. Çünki, halal olan bir şeyi özünə haram etmisən. And olsun Allaha biz Peyğəmbərin (s) zamanında mütə edərdik və o Həzrət də bunu bizə qadağan etməzdi. İbni Zubeyr dedi: Əgər edə bilərsənsə indi də buna əməl et. And olsun Allaha! Əgər mütə etmiş olsan daşqalaq etdirəcəyəm.(Nasix vә Mәnsux Nuhas 101-ci sәh. Nasix vә Mәnsux Nuhas 101-ci sәh.) İbni Zubeyrin verdiyi hökm insanı heyrətə gətirir. Çünki öz əməllərində Quran və Peyğəmbər sünnəsinə əsaslanan bir müsəlmanı xəlifə ilə müxalif olduğu üçün daşqalağa məhkum etmək necə mümkün ola bilərdi.
Fərz edək ki, həmin şəxs ictihad edərək mütə etmiş, lakin öz ictihadında səhvə yol vermişdir. Belə olduqda da daşqalaq hökmü düzgün olmayacaqdır. Çünki, təyin olunmuş hədd və cəzalar şübhə ilə götürülər. (Yəni bilmədən belə bir iş tutubsa, onun haqqında həmin cəza növünü tətbiq etmək düzgün deyildir.)
Biz burada ictihadı fərz etsək də buna heç bir ehtiyac yoxdur. Çünki, mütə şübhə doğurmayan qəti məsələlərdən biridir və qeyd etdiyimiz kimi nəsx olunmasına dair heç bir dəlil və sübut yoxdur.
Əgər diqqət yetirsək görəcəyik ki, mütəyə dair Ömərin və Əbu Hənifənin verdikləri fitvalar arasında böyük fərq vardır. Belə ki, o [Əbu Hənifə] bir çox hallarda hökmün qüvvədən düşdüyünü bildirmiş və icra olunmasını təxirə salmışdır.
Məsələn, o deyir: Əgər bir şəxs ona məhrəm olan qadınlarla və ya başqa bir qadınla qeyri-qanuni olaraq evlənib və onunla yaxınlıq edərsə və ya hər hansı bir iş üçün əcrini verilərək işlətdiyi qadınla yaxınlıq edərsə, bütün bu hallarda cəza hökmü onun üzərindən götürülmüş olur.
Əbu Hənifə bu kimi şəraitlərdə cəza hökmünün götürüldüyünü hesab edir və verdiyi hökmə belə istinad edir. Məhrəm və ya başqa birisi ilə evlənməyə gəldikdə, evlənmə qeyri-qanuni və batil olsa da müşahidə olunur və evli olduqları bir halda onlara qaşı heç bir cəza tədbiri görülməməlidir. Haqqı ödənilən qadın barədə də bunu demək kifayətdir ki, verilən məbləğ əslində onun mehriyyəsi hesab olunur. Belə ki, Allah-taala Qurani-kərimdə mehriyyəni ücrət (əcr) adlandırır.(Әhkamul Quran Cәsas 2-ci cild, 175-ci sәh.)
Kitabın adı: Əl-bəyan 2-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi