» » Mütənin haramlığına dair nəql olunmuş rəvayətlərin təhlili


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+1  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Mütənin haramlığına dair nəql olunmuş rəvayətlərin təhlili
0
Müəllif: Yusifi Zehra | 13-03-2017, 12:00 | Baxılıb: 558
 Mütənin haramlığına dair nəql olunmuş rəvayətlərin təhlili 
Mütənin haram olduğuna istinad edənlər bu məzmunda nəql olunmuş rəvayətlərin üç hissədən ibarət olduğuna əsaslanırlar:
1. İstinad etdikləri rəvayətlərdən biri Bəy ibni Sirədən nəql olunmuş – «Peyğəmbər (s) Kəbənin qapısı ağzında durub camaata xitab edərək buyurdu: Ey camaat! Mütə mənim dinimdə qiyamət gününədək sizlərə haram edildi» – hədisidir.
2. Əli (ə)-ın, Peyğəmbərdən (s) mütənin haramlığına dair nəql etdiyi hədis;
3. Bu rəvayətlərdən biri də Sələmət ibni Zevdən nəql olunmuşdur.
İndi isə onların hər biri haqda: İbni Siyrindən nəql olunmuş rəvayət bir çox mənbələrdə nəql olunsa da, vahid xəbər halında və yalnız bir nəfərdən nəql olunmuşdur. Vahid xəbərlə isə Quranın isbat olunmadığına dəfələrlə işarə etmişik.
Bütün bunlarla yanaşı rəvayətin uydurma və əsassız olduğu göz qabağındadır. Çünki necə ola bilər ki, Peyğəmbərin (s) Kəbə yaxınlığında verdiyi yasaq hökmünü İbni Siyrindən savayı başqa birisi nə eşitmiş, nə də nəql etmişdir?!
Görəsən Peyğəmbərin (s) bütün buyruqlarını bir-birinə nəql edən və onları başqalarına çatdıran Ənsar və Mühacir o zaman harada idilər?!
Əgər bu rəvayət mötəbər olmuşsa, bəs nə üçün Ömər mütəni yasaq etdikdə bu rəvayətə istinad etməmiş və onu öz şəxsi rəyi olduğunu bildirmişdir?! Bütün bunlarla yanaşı, İbni Siyrənin özünün nəql etdiyi rəvayətlər arasında ziddiyyət olduğu üçün bir-birini təkzib edir. Belə ki, nəql etdiyi rəvayətlərdən birində mütə hökmünün yasaq olduğunu «həccətül-vidada» başqa birisində isə Məkkənin fəthində verildiyini göstərir.
Əli (ə)-dan mütənin haramlığına dair nəql olunmuş rəvayətə gəldikdə isə, qətiyyətlə deyə bilərik ki, bu rəvayət də uydurulmuş digər rəvayətlər sırasına daxildir. Çünki hər bir müsəlman bu həqiqəti çox yaxşı dərk edir ki, Məkkə fəth olunarkən mütə hökmü hələ də qüvvədə qalmaqda idi. Demək, Əli (ə)-ın Məkkənin fəthindən əvvəl baş vermiş Xeybər döyüşündə İbni Abbasa mütənin haramlığı haqda bir şey deməsi sadəcə olaraq qeyri-mümkündür.
Bu səbəbdən də əhli sünnə alimlərinin bəziləri belə bir fərziyyə irəli sürmüşlər ki, bəlkə də Xeybər döyüşündə Əli (ə)-dan nəql olunmuş rəvayət mütə hökmünə deyil, yalnız əhilləşdirilmiş ulağ ətinin yeyilməsinin haramlığına aiddir. Müntəqi və Biyhəqinin «Sünən» adlı kitabında bu rəvayətin nəql olunduğunu əsas götürərək İbni Əyniyyə də bu barədə həmən fərziyyəni irəli sürmüşdür. Lakin bu fərziyyəni iki səbəbdən əsassız hesab etmək olar:
1. Belə bir ehtimal ərəb dili qarammatikası ilə tamamilə ziddiyyə təşkil edir. İnkaredici əlamət forması bu rəvayətdə yalnız bir dəfə o da rəvayətin əvvəlində qeyd olunur. «Zəməni Xeybər» cümləsi də onun zaman və məkanını inkar etsə də, haram olunun həmən iki şey, yəni mütə və əhilləşdirilmiş ulağ ətinin yeyilməsi nəzərdə tutulur. Demək, onların hər ikisi həmən zaman və həmən məkanda yasaq olunmuşdur. Çünki əgər bir şəxs (Əkrəmtu zəydən və ömərən yovmul cümə) dedikdə təbii ki, onların hər birini «Zeyd və Ömərə» eyni gündə, yəni cümə günü ehtiram etdiyini bildirmək istəyir. Və əgər yalnız Ömərə cümə günü ehtiram etdiyini bildirmək istəyirsə, belə olduqda (Əkrəmtu zəydən və əkrəmtu ömərən yovməl cüməti – Zeydə ehtiram etdim və Ömərə də cümə günü ehtiram etdim) deməlidir. Yəni cümlə belə bir məna daşıdıqda (Əkrəmtu) kəlməsi iki dəfə işlənməlidir haqqında söhbət açıdığmız rəvayətdə isə inkar forması yalnız bir dəfə işlənmişdir.
Bu səbəbdən də deyə bilərik ki, qarammatik qanunlara əsasən, zaman şəkilçisi işləndiyi üçün hər iki mətləbə dəlalət edir. Lakin bu kimi rəvayətlərin yalan və uydurmadan savayı bir şey olmadığı kimsədən gizli deyildir.
2. Buxarinin, Müslümün və Əhməd ibni Hənbəlin də Əli (ə)-dan nəql etdikləri rəvayət də bu rəvayətlə tam ziddiyyət təşkil edir. Rəvayətdə deyilir: (Nəha rəsulullah səlləllahi ələyhi və alih ən mutətinnisai yovmə xəybərin və ən luhumil humuril ənsiyyəti – Peyğəmbər [Allahın salam və salavatı olsun ona] bizi Xeybər günü qadınlarla mütə etməyi və əhilləşdirilmiş ulağ ətini yeməyi yasaq etdi).
Bununla yanaşı Biyhəqi kitabının «Mütə» fəslində mütənin haramlığına dair Abdullah ibni Ömərdən rəvayət nəql edir.
Göründüyü kimi verilən ehtimal ilə bu rəvayət arasında heç bir bağlılıq yoxdur və hökmün verilməsi yalnız Xeybər döyüşünə dəlalət edir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, mütənin haramlığına dair verilən hökm Xeybər günündə olmamış, əhilləşdirilmiş ulağ ətinin haramlığına dair sadir olan hökm həmən gün verilmişdir.
Sələmə ibni Əkvənin atasından – Peyğəmbərin (s) Əutas günü yalnız üç gün müsəlmanlara mütə etməyə icazə verdiyinə dair nəql etdiyi rəvayətə gəldikdə isə deməliyik ki, bu rəvayət də vahid xəbər halında nəql olmuşdur və Quranı vahid xəbərlə isbat olunması əsla düzgün deyildir.
Əgər doğrudan da Peyğəmbər (s) mütəni haram etmişsə nə üçün əshab və mühacirlər bundan xəbərsiz qalmışlar və nə üçün Əbu Bəkr özünün xilafət dövründə və Ömər xilafətinin son illərinədək buna icazə vermişlər?!
Bir qədər əvvəl İbni Həzmin, Əshab və mühacirlərin bəzilərinin mütənin halal olduğuna dair nəql etdikləri hədis və rəvayətlərə işarə etdik. Burada da biz o rəvayətlərdən bəziləri haqda söhbət açacağıq.
İbni Cərir özünün «Təzhibul asar» adlı kitabında Süleyman ibni Yəsardan o da Əbil Xəsimənin qazı Ümmi Abdullahdan nəql etdiyi rəvayətdə deyilir: Günlərin bir günündə bir yolçu onun [Ümmi Abdullahın] evinə gəlib deyir: Təlik məni lap zara gətirib, yaxınlıq etmək üçün mənə bir qadın tap! Ümmi Abdullah deyir: Mən ona kiminlə olmağını məsləhət gördüm. Onlar da şərtəlşib bir neçə adil şəxsi buna şahid tutdular. Bir qədər sonra həmin qadından ayrılıb getdi. Ömər bu əhvalatdan xəbərdar olub məni yanına çağırdı və dedi: Filan qadın barədə mənə gəlib çatan sözlər düzdürmü?
Dedim: Bəli.
Ömər dedi: Əgər həmən şəxs yenidən Mədinəyə qayıdarsa mənə xəbər ver!
Həmən kişi yenidən Mədinəyə qayıtdıqda Ömərə xəbər verdim. Ömər onu yanına çağırıb dedi: Nə üçün bu işi gördün? Şəxs cavab verdi. Peyğəmbərin (s) zamanında mütə edərdik və o bunu bizə yasaq etməzdi və o Həzrətin (s) ömrünün son gününədək bu belə davam etdi. Ondan sonra Əbu Bəkr xəlifə oldu və o da ömrünün sonunadək bunu bizə yasaq etmədi. Əbu Bəkrdən sonra isə sənin xilafət dövrün başlandı və mən bu günədək mütə edər və sənin bunun yasaq etdiyini görməmişdim. Ömər dedi: And olsun Allaha! Əgər əvvəllər bunu yasaq etmiş olsaydım, daşqalaq olunmağını əmr edərdim. Sonra bundan belə mütənin haram olduğunu hamıya elan etməyi əmər etdi. O, təkidlə deyərdi: Mütənin haram olduğunu hamıya bildirin ki, qanuni evlənmə ilə zinakarlığı bir-birindən ayırmaq olsun.
İbni Cərir öz kitabında Əbu Yəladan və Əbu Davud özünün «Nasix» adlı kitabında Əli (ə)-dan nəql etdiyi rəvayətdə deyir: Əgər Ömər mütəni haram etməsəydi, fasid və səfehlərdən savayı heç kim zina etməzdi. Hər iki rəvayət mütənin əvvəllər yasaq olunmadığına, yalnız Ömərin xilafət dövründə yasaq olunduğuna dəlalət edir.
1. Hər iki rəvayətdə Əli (ə) və Ümmi Əbdüllah adlı bir səhabə mütənin, Peyğəmbərin (s) zamanında və ondan sonra da Ömərin xilafət dövrünədək haram olmadığına şəhadət verdikləri göstərilir.
2. Birinci rəvayətdə göstərilir ki, bir neçə adil şəxs (heç bir irad tutmadan və onu bundan çəkindirmədən) Şamdan olan bir yolçunun mütə etdiyinə şəhadət vermişlər. Buradan belə məlum olur ki, mütə onların nəzərində, daha dəqiq desək, əqidələrinə əsasən qanuni və adi bir məsələ olmuşdur.
3. Ömərin özü Şamlı yolçunun – «Peyğəmbər (s) bizə mütəni yasaq etməmişdir» deməsini təkzib etməmiş, əksinə onu təsdiq etmişdir.
4. Ömərin «Əgər əvvəllər yasaq etmiş olsaydım, daşqalaq olmağını əmr edərdim» deməsi, bir daha buna dəlalət edir ki, əhvalat baş verməzdən əvvəl mütənin yasaqlığına dair camaata heç bir rəsmi məlumat verilməmişdir. Yalnız bu əhvalatdan sonra Ömər mütənin yasaq olunmasına dair hökm sadir edir və bu hamıya rəsmi olaraq bildirir.
5. ömərin – «Mütənin haram olduğunu hamıya bildirin ki, qanuni evlənmi ilə zinakarlığı bir-birindən ayırmaq olsun» deməsi də bir daha o zaman mütəyə müsəlmanlar tərəfindən əməl olunmasına dəlalət edir. Xəlifə isə yasaq hökmünü sadir etməklə mütəni, zinakarlıqdan ayırmaq və müsəlmanları bu yolla mütəyə əməl etməkdən çəkindirmək istəmişdir.
Bəlkə də bu cərəyan birbaşa və ya qeyri-müstəqim olaraq mütənin yasaq olunmasında öz təsirini göstərmişdir. Çünki, rəvayətdə müsəlmanların mütəyə əməl etdikləri bəlli olduğu bir halda Ömərin Şamlı yolçunun gördüyü işi inkar etməsi (və adətən bir o qədər əhəmiyyət kəsb etməyən belə bir xəbərin ilk növbədə xəlifənin satmadığı bir halda) və bu xəbərin xəlifənin qulağına çatması açıq-aşkar buna dəlalət edir ki, bu cərəyan gizli olaraq baş vermiş və ravilər bundan ya xəbərsiz qalmış, ya da özləri bilərəkdən bunu gizli saxlamışlar. Bunun nəticəsində bizlərə bir şey gəlib çatmamışdır.
Bu rəvayət Sələmə ibni Əkvədən mütənin haramlığına dair nəql olunmuş rəvayət nə zaman və necə haram olunması baxımından ziddiyyət təşkil etməklə yanaşı və bir qədər əvvəl tutulan iradlarla bərabər bir neçə başqa əsaslı nöqsanı da vardır. O da bundan ibarətdir ki, Sələmənin nəql etdiyi rəvayət mütə ayəsinin nəsx olunmasını qəbul edən şəxslərin irəli sürdükləri fərziyyələrdə özünü əks etdirir. Çünki, «İnkar edici» kəlmənin bu rəvayətdə məchul halda işləndiyinə ehtimal verilir və bu inkar formasından məqsəd Ömərin Peyğəmbərdən (s) sonra verdiyi yasaq hökmü nəzərdə tutulur. Yəni rəvayət əvvəlindəki [mütəyə] icazə Peyğəmbərdən (s) yasaq hökmü isə Ömər tərəfindən verilmişdir. Belə olduqda rəvayətdən əldə etdiyimiz məna bundan ibarət olacaqdır: «Peyğəmbər (s) mütəni müsəlmanlara icazə vermiş, Ömər isə bunu onlara yasaq etmişdir. Belə bir qənaətə gəlirik ki, mütə hökmünü Peyğəmbər (s) ömrünün sonunadək müsəlman ümmətinə yasaq etməmişdir. Əgər yasaq hökmü verilmişsə bu xəlifə ömər tərəfindən verilmiş və onun özü buna etiraf edərək demişdir:
(Mutətani kanəta əla əhdi rəsulillah və əna ənha ənhuma və uaqibu ələyhima – Peyğəmbərin (s) zamanında mövcud olan iki mütəni mən sizə yasaq edirəm və ona əməl edən hər bir şəxsi cəzalandıracam.)
Əgər belə bir qadağa Peyğəmbər (s) tərəfindən olsaydı Ömər (ənha ənhuma – o iki şeyi yasaq edirəm) demək əvəzinə, (Nəhənnəbi ənhuma – Peyğəmbər (s) o iki şeyi sizə yasaq etmişdir) deməli idi.
Kitabın adı: Əl-bəyan 2-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi
 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.