» » Əqidə azadlığı ayəsinin nəsxi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Əqidə azadlığı ayəsinin nəsxi
+2
Müəllif: Yusifi Zehra | 4-03-2017, 12:00 | Baxılıb: 486
Əqidə azadlığı ayəsinin nəsxi
«Dində məcburiyyət [zorakılıq] yoxdur. Artıq doğruluq [iman] azğınlıqdan [küfrdən] aydın fərqlənir.»(Bəqərə-256).
Lakin bəzilərinin fikrincə bu ayə cihad hökmünü verən Tövbə surəsinin 73-cü ayəsi ilə nəsx olunmuşdur. Belə ki, bu ayə cihad hökmü verilməklə zorakılığın dində vacib olduğuna əmr olunur.
«[Ya Peyğəmbər!] Kafirlərə və münafiqlərə qarşı vuruş [kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə məhv et!]»
Alimlərin başqa bir qismi isə belə bir fikirdədirlər ki, birinci ayə nəsx olunmamış, sadəcə olaraq ikinci ayə ilə istisna olunaraq yalnız əhli kitaba aid olunmuşdur. Çünki, bir qədər əvvəl qeyd etdik ki, əhli kitabla yalnız o zaman müharibə etmək olar ki, onlar küfr edərək hətta öz dinlərindən belə çıxmış olsunlar və bunun üçün də əsaslı səbəblər olmalıdır.
Müəllif:
Biz isə belə bir fikirdəyik ki, bu ayə möhkəm ayələr sırasına daxildir və onun verdiyi hökm nə istisna olmuş, nə də başqa bir ayə ilə nəsx olunmuşdur.
İzah:
«İkrah» «kərəh» sözündən götürülmüşdür və lüğətdə iki məna verdiyi göstərilir.
1. «Xoşlamamaq», «xoşa gəlməmək;»
Bəqərə surəsinin 216-cı ayəsində məhz bu mənada işlənmişdir.
«Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli olur.»
2. «İcbar», «zəhmət», «qeyri-ixtiyari iş».
Məsələn, Əhqaf surəsinin 15-ci ayəsində deyilir:
«Anası onu [doqquz ay bətnində] zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur.»
Ananın hamilə olub uşağı dünyaya gətirməsi onun razılı olsa da, icbari və onun ixtiyarından xaric olan bir işdir. Göründüyü kimi «kərihə» burada – icbar və qeyri-ixtiyari iş mənasında işlənmişdir.
Haqqında söhbət açdığımız ayənin nəsx olunduğunu o zaman qəbul edə bilərik ki, «kərihə» bu ayədə də «xoşlamamaq» mənasında işlənmiş olsun. Və belə olduqda ayədən belə bir məna əldə edəcəyik. Dinin [islamın] qəbul olunması gərək razılıq və könüllülük əsasında həyata keçsin. Lakin cihad ayəsi nazil olmaqla ayə nəsx olunmuş və onlara qarşı cihad hökmü verilmişdir: «Dini qəbul etməyincə və buna razı olmasalar da belə, onlarla vuruşun və dini qəbul etməyi onlara məcbur edin.» Lakin bir neçə əsaslı səbəblər üzündən biz «ikrah» sözünü bu ayədə «icbar və xoşlamamaq» mənalarında işlədə bilmərik.
1. Ayəni belə bir mənada təfsir etməyə heç bir əsaslı dəlil yoxdur. Belə ki, hər hansı bir kəlmənin verdiyi mənalara dəlalət edəcək səbəb və dəlil olmalıdır.
2. Ayədə din deyildikdə həm onun əsasları, həm də şaxələri nəzərdə tutulur və sonradan işarə olunan küfr və imanı (ğəyy-ruşd) yalnız dinin əsaslarına dəlalət etdiyinə dəlil hesab edə bilmərik. Çünki, hidayət və zəlalət yollarının aşkar olması dini hökm və üsullara əməl etməkdə heç də təsirsiz deyildir. Əksinə olaraq onların arasında möhkəm və qırılmaz əlaqə bərqərardır.
Digər tərəfdən bilirik ki, islam dininin şaxələrini təşkil edən bəzi məsələlərdə elə ilk gündən təbii olaraq icbari qanunlar tərtib olunmuşdur. Məsələn, borcu olan şəxs icbari olaraq borcunu qaytarmalı, qadın hökmən ərindən itaət etməli, oğru hökmən oğurluqdan əl çəkməli və s.
Bütün bunları nəzərə alaraq islam dinində heç bir məcburiyyətin olmadığını iddia etmək olarmı?!
3. Əgər (ikrah) «məcburiyyət» və «xoşlamamaq» kimi təfsir ediriksə, ayənin ikinci yarısı ilə yəni (təbəyyənə)«Artıq doğruluq [iman] azğınlıqdan [küfrdən] aydın fərqlənir» cümləsi ilə bir o qədər də uyğun gəlməyəcəkdir. Və belə bir halda ayəni bu kimi ifadələrlə təfsir etməliyik. Dinin haq olmasını aşkar edən dəlillər insanın qəlbində özünə qarşı meyl, istək və razılıq hissi yaradır. Dinə qarşı insanda belə bir müsbət təəssürat yaranmaqla onu öz razılığı ilə qəbul edir. Və belə şəraitdə insanların dini qəbul etməkdə heç bir zorakılıq və məcburiyyətə ehtiyacı qalmır.
Əgər ayə belə təfsir olunarsa, onun cihad ayəsi ilə nəsx olunmasına dair irəli irəli sürülmüş nəzəriyyə tamamilə əsassız və qeyri-məntiqi qəbul ediləcəkdir. Çünki, islam dini zühur etdiyi ilk gündən onun haqq olmasını sübuta yetirən dəlillər möhkəm və məntiqi olmuşdur. Və zaman keçdikcə o öz mövqeyini qoruyub saxlayır və mübarizə meydanına əsaslı dəlillərə arxalanaraq uğurla qədəm qoyur. İman və küfrün bir-birindən fərqlənməsi isə illər və əsirlər keçməsinə baxmayaraq, bütün dövrün insanları üçün zəruri məsələlərdən biri olmuşdur. İnsanlar bu məsələyə daim ehtiyac duymuş və gələcəkdə bu ehtiyac hissi daha da güclənəcəkdir.
Bütün bunları nəzərə alaraq necə təsəvvür etmək olar ki, islamın zühur etdiyi ilk illərdə insanlar bu müqəddəs dini heç bir məcburiyyət olmadan asanlıqla qəbul edir, cihad hökmü verilməklə isə bütün bunlar nəsx olur və dinin qəbul olunması məcburi xarakter daşımağa başlayır?! Bir halda ki, küfrlə imanı bir-birindən fərqləndirən və dinin həqqaniyyətini aşkar edən amillər sonrakı dövrlərdə daha çox və daha məntiqi olmuşdur. Əgər iman (hidayət) və küfr (zəlalət) yolunun aşkar olunması (fərqlənməsi) azadlıq üçün dəlil və dinin qəbul olunması üçün meyl və rəğbət hissi olsaydı, cihad hökmünün verilməsinə heç bir lüzum olmazdı. Bir halda ki, cihad islam dinində sabit və qəti hökmlərdən biri hesab olunur.
Bu səbəbdən də deməliyik ki, «ikrah» kəlməsi ayədə meyl və rəğbət hissinin müqabilində «xoşa gəlməmək», «xoşlamamaq» mənasında deyil, «icbar» mənasında işlənmişdir. Və bu bir halda ayə belə bir məna daşıyacaqdır:
Allahın dini ikrah və məcburiyyətə əsaslanmır. İstər ümumi dində (əqidəvi məsələlərdə), istərsə də firuiddində (şəri hökmlərdə) müəmma və çətinlik nəzərə çarpmır. Din olduqca asan və sadədir. O hər bir insanın fitrət və təbiətində dərin kök salmışdır.
Allah-taala, insanları dinin göstərişlərindən agah etmək üçün onlara peyğəmbərlər və onlarla birlikdə səmavi kitablar göndərmişdir. Beləliklə insan kor-koranə təqliddən əl çəkib ixtiyarında olan sübut və dəlillərlə öz müqəddəratını həll etmiş olur. Düzgün nəticəyə gələrək haqq yolu seçir və beləliklə əbədi səadətə qovuşur. Şeytani vəsvəsələrə uyaraq haqq yoldan üz çevirdikdə isə həlakət və bədbəxtçiliyə düçar olur. Allah-taala başqa bir ayədə bu həqiqəti bəyan edərək buyurur:
«Biz ona haqq yolu göstərdik. İstər [nemətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir].»(Dəhr-3).
Allah öz dinini qəbul etməyi kimsəyə vadar etməmişdir. O, haqq yolunu insanlara göstərməklə onları tam ixtiyar sahibi etmişdir. Azad yaradılmış hər bir insan haqq yolunu seçməklə həm özünü əbədi səadətə qovuşdurar, həm də haqdan üz çevirərək həlakət və bədbəxtçiliyə düçar edə bilər. Bir sözlə təzyiq və məcburiyyət olmadan ixtiyari olaraq öz həyat yolunu seçə bilər.
Bir halda ki, elm və qüdrəti hər şeyi əhatə edən Allah, insanları dini qəbul edib Onun göstərişlərinə tabe olmağa vadar edə bilər və onları ixtiyari olaraq gördükləri bütün işlərdən məhrum edərdi. Lakin O, öz bəndələrinə sonsuz məhəbbət göstərməklə onlara hansı yolu seçməkdə tam ixtiyar vermişdir. Onlar da ya haqq yolu seçməklə əbədi səadətə qovuşur, ya da haqdan üz çevirərək özlərini fəlakət və uçruma sürükləyirlər.
Demək «La ikrahə fiddin qədtəbəyyənərruşdu minəl ğəy – Dində məcburiyyət [zorakılıq] yoxdur. Artıq doğruluq [iman] azğınlıqdan [küfrdən] aydın fərqlənir» ayəsinin əsas məzmunu bundan ibarətdir: «Dində məcburiyyət yoxdur. Çünki, həm hidayət, həm də uçrum və bədbəxtçiliyə aparan yollar bəşəriyyətə bəyan olunmuşdur.
1. «Əgər Allah istəsəydi, sizi [eyni şəriətə tabe] vahid bir ümmət edərdi. Lakin [bu müxtəliflik] Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın [bir-birinizlə yarışın]. Hamınızın axır dönüşü Allahadır. Allah aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir.» (Maidə-48).
2. «De ki: Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər o istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi.» (Ənam-149).
3. «Müşriklər nadanlıqları üzündən və istehza məqsədi ilə dedilər: Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız Ondan başqa bir şeyə tapınmaz, Onsuz [Allahın razılığı, hökmü olmadan] heç bir şeyi haram etməzdik. Onlardan qabaqkılar da belə etmişdilər. Peyğəmbərin vəzifəsi isə yalnız açıq-aşkar bir təbliğdir. [Peyğəmbər heç kəsi zorla bir işə vadar etməz. Onun borcu ancaq Allahın hökmlərini insanlara təbliğ etmək, insanların borcu isə Allahın onlara verdiyi ağıl və iradə ilə haqqı batildən ayırmaq, yaxşı işlər görüb savab qazanmaqdır.» (Nəhl-35).
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi
 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.