![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Ləzzətlərə görə hədəfindən əl çəkmə!
Ləzzətlərə görə hədəfindən əl çəkmə! Şəhvətinə və nəfsi istəklərinə qalib gələn kəs hikmətin kamillik dərəcəsinə çatacaqdır. Həzrət Əli İnsanı hədəfindən yayındıran amillərdən biri də müvəqqəti ləzzətlərə uymaq, hədəfə aparan yollardan geri çəkilmək və ya irəli getmə sürətini azaltmaqdır.Çox yatmaq, günlərlə istirahət etmək, gəzmək, əyləncə, televizor verilişləri və çoxlu film seyr etmək, dostlarla söhbət və bunun kimi işlər insanın xoşuna gəlir, ona ləzzət verir.Lakin insan bu müvəqqəti ləzzətlərlə gələcəyini məhv etdiyini, qarşısında qoyduğu hədəfindən yayındığını anlamır.Biz bu ləzzətlərdən tamamilə imtina etməyin tərəfində deyilik.Sadəcə, insan bu ləzzətlərdən hədəfinə mane olmayacaq dərəcədə, lazımi həddə yararlanmalıdır.Bu qalıcı olmayan müvəqqəti ləzzətlərə görə qalıcı və davamlı olan səadətli gələcəkdən imtina etmək olmaz.İstəyirəm, siz bir il bundan əvvəl yediyiniz ən ləzzətli yeməyin dadını olduğu kimi xatırlamağa çalışasınız.Nə dərəcədə müvəffəq oldunuz? Bir il bundan əvvəl keçirdiyiniz şəhvani hislərin ləzzətini necə? Bir il yox, on dəqiqə bundan əvvəl keçirdiyiniz hissin ləzzətini necə, xatırlaya bildinizmi? Cavab aydındır, on dəqiqə deyil, hətta bir an bundan əvvəlki ləzzətlər belə insanın yadından çıxır.Yadda qalan yalnız o ləzzətin xəyali təsviridir.İnsan ani ləzzətlərlə yaşayır.O an keçəndən sonra isə hər bir şeyi unudur.O ani ləzzətlərə görə bəzən insan çox şeyini qurban verir.Nizamlı yaşayışını, sevdiklərini, gözəl və dəyərli vaxtını, ömrünün ən sağlam və cavan çağlarını, gələcəyini, hədəflərini belə bu ani ləzzətlərə görə qurban verir.Ləzzətləri əldə etdikdən bir an sonra ləzzət və onun üçün fəda etdiyin dəyərli şeylər də onunla birgə gedir.Nəticədə bunlar öz yerini həsrət və peşmançılığa verir.Peyğəmbərimiz: “Bir saatdan artıq çəkməyən, amma arxasınca uzun qəm-qüssə gətirən nə çox şəhvətlər vardır”, -deyə buyurmuşdur. Həyatlarının ən gümrah, şux, enerji ilə dolu çağlarını, cavanlıqlarını çayxanalarda, dalanlarda, eyş-işrət məclislərində, mavi ekran arxasında və həmçinin gənc qızların sevdası ilə qurban verən insanların ömürlərini fəqirlik, cəhalət, peşmançılıq, uğursuzluq içində keçirmələri təbiidir.Elə isə seçiminizi düzgün edin və addım atmamışdan əvvəl düşünün: Bir an sonra unudacağınız ləzzətlərə görə bu qədər əvəzsiz qurbanlar verməyə dəyərmi?!
Kitabın adı: Hər bir insan hökmdardır
Müəllif: Rövşən Abdullaoğlu
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |