» » Pərəstiş və ya eşq və pərəstiş


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 4
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Pərəstiş və ya eşq və pərəstiş
    0
    Müəllif: Fatimə Nuri Xuda | 18-02-2017, 15:00 | Baxılıb: 1 009

     

     

    Pərəstiş və ya eşq və pərəstiş 


    İnsanda eşq adlandırılan bir sıra ilkin şərt və şəraitlər də mövcuddur. Eşq məhəbbətin fövqündə dayanan bir şeydir. Məhəbbət hər bir insanda mövcud olan bir şeydir. Eşq isə bundan fərqli olaraq bir sıra ayrı şəraitlər də tələb edir. Eşq insanın yuxusunu gözündən qaçırıb və fikrini təkcə mə᾽şuqda mərkəzləşdirir. İnsanın fikrində bir növ vəhdət yaradıb hər bir şeydə yalnız öz mə᾽şuqunu axtarmasına səbəb olur.
    İnsan ruhunun ən güclü təzahürlərindən biri də onun pərəstiş hissidir. Pərəstiş hissi, onun vücudunun əsas hissələrindən birini təşkil edir. Bəşər tarixini oxuyarkən onların hər zaman pərəstiş etdiklərini yaxşı başa düşmək olar. Pərəstişlər arasında olan fərq, təkcə mə᾽bud və onlara edilən ibadətlərin müxtəlifliyidir. Bəşər övladı müxtəlif zikrlər, cəm şəklində rəqslər formasında ifa edilən ibadət növlərindən tutmuş ali dərəcəli zikr və sitayişlərə qədər dini ayinlər həyata keçirmişdir. Bə᾽zən onlar daş, torpaq, kəsək və öz əli ilə düzəltdiyi müxtəlif əşyalara və bə᾽zən də əzəli və əbədi olan ulu Tanrıya sitayiş etmişlər.
    Peyğəmbərlər insanlara pərəstiş etməyi deyil, onun necə və hansı şəkildə olmasını gətirmişlər. Eləcə də vahid olan Allahdan qeyrisinə ibadətin və ya başqa sözlə desək, şirk və bütpərəstliyin qarşısını almağa çalışmışlar.
    Pərəstiş hissi bütün bəşər övladlarında mövcuddur. Erik Forum bu barədə deyir:
    «İnsanın canlılara, ağac və ya qızıldan düzəlmiş bütlərə, daşlara, gözə görünməyən Allaha, yüksək mə᾽nəviyyatlı bir insana, hətta şeytan sifətli bir rəhbərə sitayiş etməsi mümkündür. Həmçinin onun əcdad, millət hansısa bir təbəqə, partiya və hətta pula da sitayiş etməsi mümkün olan bir şeydir. Bə᾽zən insanın özünü dinsiz hesab etməsi, yə᾽ni heç bir dini qəbul etmədiyini zənn etməsi də mümkündür. Əsas məsələ insanın dindar olub-olmaması deyil, onun hansı dində olmasıdır.
    Vilyam Ceyms bu hissin bütün insanlarda ümumi bir şəkildə olması barəsində deyir: «İnsanların öz daxili hisslərindən tə᾽sirlənmələrinin müxtəlif olması bir həqiqətdir. Bu hisslər bə᾽zi şəxslərdə daha güclü olur və bu da onların daha dindar olmasına səbəb olur. Mən, özlərini aldadaraq «bu hisslərdən uzağıq» deyən şəxslərin az da olsa dindar olduqlarına tam əminəm».
    Pəhləvan, alim və dindar şəxslərin əfsanəvi qəhrəmana çevrilməsi insanlarda olan pərəstiş və müqəddəsçilik hissindən doğan bir şeydir. İnsan təbiətin fövqündə olan sitayişə layiq bir mövcudun olmasını istəyir.
    Müasir dövrdə də bəşərin öz milli qəhrəmanlarını həddən artıq şişirtməsi, hər hansısa bir partiya, məslək, bayraq, su və torpağa sitayiş və bunların yolunda fədakarlıq etməsi pərəstiş hissindən doğmuşdur. Bütün şəraitlərdə insanda zahir olan bu hiss mütləq və kamil bir varlığa pərəstiş hissindən yaranmışdır. Hər hansı bir məxluqa, hansı şəkildə olursa-olsun pərəstiş edilməsi, bu hissin düzgün yoldan çıxması deməkdir.
    İnsanın ibadət və pərəstiş etməsi, onda hansısa bir imkan və meylin olmasını göstərir. İnsanlara xas olan xüsusiyyətlərdən biri də onun maddi aləmin fövqündə duran geniş üfüqə qovuşmaq meylinin olmasıdır. Odur ki, pərəstiş insanın mə᾽nəviyyat və ruhuna aid olan daxili hisslərdən biri sayılır.
    Adlarını çəkdiyimiz bu beş əsas üsulların hər birinin mənşəyi insan fitrətidir. Çünki qeyd etdiyimiz kimi, islam dini nöqteyi-nəzərindən insan ruh və bədəndən təşkil olunmuş bir varlıqdır. Onun ruhu ilahi bir həqiqətdir.
    «Ona öz ruhumdan üfürdüm».
    İnsanın vücudunda təbii ünsürlər olduğu kimi, qeyri-təbii ünsürlər də vardır. İnsanda olan bu daxili ziddiyyət (heyvani və insani hisslər) onda bir-birinə qarşı olan təzadlı istəklərin yaranmasına səbəb olur. Allah-taala insana ağıl, iradə və ixtiyar vermiş, onu iki yol ayrıcında qoymuş və bu işdə onu öz ixtiyarına buraxmışdır. Buna görə də Kant və Dekartın fikirlərinə müxalif olaraq, islam dini insanın doğulduğu ilk anlarında aktual olaraq bir sıra idrak və istəklərə malik olduğunu qəbul etmir.
    Həmçinin islam, marksist və eqzistansialistlərin insan fitrəti barəsində irəli sürdükləri nəzəriyyəni, yə᾽ni onun dünyaya gəldikdən sonra sırf tə᾽sirlənmiş varlıq olduğunu da rədd edir. İslam dini baxımından insanın bir sıra potensial istəkləri təhrik olunur və mühit şəraitinin köməyi ilə daxili bir qüvvə tərəfindən bu istəklərə sövq edilir. Əgər onda olan bu potensial qüvvə həyata keçərsə, insanlıq deyilən dəyərə yetişmiş olar. Əks təqdirdə o, məsx olunmuş (öz həqiqi surətini əldən vermiş) bir varlığa çevriləcəkdir.

     

     

    Kitabın adı: İnsanı tanımaq

    Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.