![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Məhəbbət” ayəsi (2)
Bu ayədəki ifadələrdən və məşhur kitablarda nəql olunan rəvayətlərdən mə’lum olur ki, Əli (ə) nəinki Peyğəmbərin (s) sevdiyi və Allahın lütf etdiyi şəxsdir, hətta Allaha və Peyğəmbərə (s) görə, yaradılmışların ən sevimlisidir! Buna şahid məşhur “Teyr” (quş) hədisidir. “Əl-müstədrəkü ələs-səhiheyn” kitabında yazılır: “Peyğəmbərin (s) uzun həyat sürən Ənəs adlı xidmətçisi xəstələndiyi zaman Məhəmməd ibn Həccac bir neçə nəfərlə onun görüşünə getmişdi. Onlar çox şey haqda danışdılar. Nəhayət, Əlidən (ə) söz düşdükdə, Həccacın oğlu o həzrətin barəsində nalayiq sözlər deməyə başladı. Ənəs narahat olub dedi: “Bu kimdir, belə danışır? Məni qaldırın!” Onu yerindən qaldırıb, oturtdular. O dedi: “Ey Həccacın oğlu! Nə üçün Əli ibn Əbi Talib (ə) haqqında pis fikirdəsən? Məhəmmədi (s) peyğəmbərliyə seçən Allaha and olsun! Mən Peyğəmbərin (s) xidmətçisi olmuşam. Hər gün ənsarın cavanlarından biri o həzrətin qulluğunda dururdu. Növbə mənə çatan gün Ümmü Əymən Peyğəmbər (s) üçün (qızardılmış) quş gətirib, o həzrətin qarşısına qoydu. Həzrət buyurdu: “Ey Ümmü Əymən! Bu quşu haradan gətirmisən?” Ümmü Əymən dedi: “Onu özüm ovlamış və sizin üçün bişirmişəm!” Peyğəmbər (s) buyurdu:
اَللّهُمَّ جِئْنِى بِاَحَبَّ خَلْقِكَ اِلَيْكَ وَاِلَىَّ، يَأكُلُ مَعِى مِنْ هذا الطَّيْرِ:
“İlahi! Sənin və mənim yanımda yaradılmışların ən sevimlisi olan şəxsi yetir ki, mənimlə birlikdə bu quşun ətindən yesin!”
Bu vaxt evin qapısı döyüldü. Allahın Peyğəmbəri (s) buyurdu: “Ey Ənəs, gör, qapının arxasındakı kimdir?” Mən öz-özümə dedim: “Kaş, qapının arxasında ənsardan biri olaydı. Lakin qapını açdıqda Əlini (ə) gördüm və ona dedim: Peyğəmbərin (s) işi var (səninlə görüşməyə vaxtı yoxdur). Bunu deyib, qayıtdım və öz yerimdə əyləşdim. Yenidən qapı döyüldü. Peyğəmbər (s) buyurdu: “Ey Ənəs! Hər kimdirsə, icazə ver, qoy gəlsin! Öz tayfasını sevən təkcə sən deyilsən və o da ənsardan deyil!” Mən qapını açdım. Əli (ə) içəri daxil oldu. Peyğəmbər (s) buyurdu: “Ey Ənəs! Quş ətini ona yaxın qoy.” Mən quş ətini Peyğəmbərlə (s) Əlinin (ə) qarşısına qoydum və hər ikisi ondan yeməyə başladılar.
Məhəmməd ibn Həccac dedi: “Ey Ənəs! Sən bu hadisəni öz gözünləmi gördün?”
Ənəs dedi: “Bəli!”
Bu vaxt Həccacın oğlu dedi: “Mən Allahla əhd-peyman bağlayıram ki, bundan sonra heç vaxt Əlinin (ə) haqqında pis fikirdə olmayım və ona irad tutanı alçaldım!”
Zəhəbi əhvalatı “Əl-müstdərəkü ələs-səhiheyn” kitabının haşiyəsində verilmiş “Təlxisül-müstədrək” kitabında da nəql etmişdir.
“Teyr” adı ilə məşhur olan bu hədis bir çox kitablarda, İslamın müxtəlif mənbələrində nəql olunmuşdur. Əllamə Əmini bu barədə yazır: “Teyr” (quş) hədisi “mütəvatir” və səhih hədislərdəndir. Alimlər onun “təvatür” və doğruluğunu inkar edə bilməmişlər.”
Böyük fəqih, hədis alimi, xətib, ədib və şair Əhməd ibn Müvəffəq “Mənaqib” kitabında bu hədisi qeyd etmişdir.
Hətta məşhur hədis alimi Termizi “Səhih” kitabında Ənəs ibn Malikdən belə nəql edir: “Peyğəmbərin (s) qarşısına qızardılmış quş əti qoyulduğu zaman dedi:
اَللّهُمَّ اَئْتِنِى بِاَحَبَّ خَلْقِكَ اِلَيْكَ يَأكُلُ مَعِى هذا الطَّيْرَ فَجاءَ عَلِىٌّ فَاَكَلَ مَعَهُ:
“İlahi! Yaradılmışların ən sevimlisini göndər ki, mənimlə bu quşdan yesin.” Bu vaxt Əli (ə) gəldi və onlar birlikdə yedilər.”
Əllamə Gənci Şafei “Kifayətut-talib” kitabında “Teyr” hədisini qeyd etdikdən sonra yazır: “Bu hədis açıq-aydın təsdiqləyir ki, Əli (ə) Peyğəmbərdən (s) sonra Allahın yaratdıqlarının ən sevimlisidir. Buna ən qəti dəlil budur ki, Allah-taala Peyğəmbərin (s) duasını qəbul etmişdir... Beləliklə, Allahın dərgahına yaxınlaşmaq üçün ən yaxşı vasitə Əli ibn Əbi Talibə (ə), Allahı sevən bir şəxsə məhəbbət bəsləməkdir!”
Hicri qəməri tarixilə üçüncü əsr alimlərindən olan Əllamə Nisai “Xəsais” adlı məşhur kitabında bu hədisi bir sıra əlavələrlə nəql etmişdir.
Hədisi öz kitablarında nəql edən digər alimlərdən “Təzkirətul-xəvass” kitabının müəllifi Sibt ibn Cövzini, “Usdul-ğabə” kitabının müəllifi İbn Əsiri, “Məsabihus-sünnə” kitabının müəllifi İbn Məs’ud Şafeini, “Zəxairul-uqba” kitabının müəllifi Muhibbuddin Təbərini və “Yənabiul-məvəddət” kitabının müəllifi Şeyx Süleyman Bəlxi Qunduzini misal göstərmək olar.
Bə’zilərini heyrətə gətirən budur ki, İbn Əsirin “Usdul-ğabə” kitabında nəql olunan “Teyr” hədisinin sənədlərindən birində (Ənəs ibn Malikdən nəql olunan hədisdə) deyilir: “Əvvəl Əbu Bəkr gəldi, Ənəs onu geri qaytardı. Sonra Osman gəldi, Ənəs onu da geri qaytardı. (Nisainin “Əl-xəsais” kitabında nəql olunan hədisdə isə Osmanın yerinə Ömərin adı qeyd olunur.) Sonra Əli (ə) gəldi və ona evə daxil olmaq icazəsi verildi.”
İbn Əsir sonda yazır: “Bu hədisdə Əbu Bəkr və Osmanın adının çəkilməsi doğrudan da qəribədir!”
Maraqlıdır ki, əhli-sünnənin bə’zi hədis alimləri imam Əlinin (ə) bu misilsiz fəzilətini gözdən salmaq üçün həmin hədisin sənədinə şübhə ilə yanaşmışlar. Məsələn, “Əl-bidayətu vən-nihayə” kitabının müəllifi İbn Kəsir uyğun hədisi nəql etdikdən sonra yazır: “Bu hədisin sənədləri çox olsa belə, ona şəkkim var.”
Halbuki bir çox məşhur mənbələrdə nəql olunmuş bu mütəvatir hədisin sənədinə heç bir irad yoxdur. Sadəcə, hədis onların əqidəsinə uyğun gəlmədiyindən məntiqsiz və yersiz bəhanələrə əl atmışlar. Mərhum Əllamə Əmini bu hədisi nəql etdikdən sonra yazır: “Hədisin doğruluğunu tə’min edən bütün şərtlər mövcud olduğu halda, bir kəsin qəlbində ona şəkk-şübhə varsa, nöqsan hədisdə yox, onun qəlbindədir!”
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |