» » Qəlbin sağlamlığı və xəstəliyi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qəlbin sağlamlığı və xəstəliyi
    0
    Müəllif: Elya | 26-01-2017, 16:00 | Baxılıb: 803

     

     

    Qəlbin sağlamlığı və xəstəliyi

     

    Bizim həyatımız qəlbimiz və ruhumuzla bağlıdır. Bədəni idarə edən də odur. Bütün bədən üzvləri ona tabedir; əməl və hərəkətlər qəlbdən qaynaqlanır. Deməli, insanın bədbəxt və ya xoşbəxt olması da onun qəlbinin necə olmasına bağlıdır. Qur’an ayələri və hədislərdən mə’lum olur ki, insanın bədəni bə’zən sağlam, bə’zən isə xəstə olduğu kimi, onun qəlbi də bə’zən sağlam, bə’zən isə xəstə olur. Qur’anda buyurulur: “O gündə (qiyamətdə) insan üçün mal-dövlət və övlad heç bir fayda verməz, yalnız o kəslərdən başqa ki, (yalnız o kəslər nicat tapar ki,) Allaha doğru sağlam qəlblə qayıtmış olsun.”
    Yenə buyurulur: “Həqiqətən bunda (bəd əməl sahiblərinin həlak olmasında) qəlbi olan insanlar üçün ibrətlər vardır.”
    Yenə buyurulur: “Behişti müttəqilər üçün yaxına gətirərlər ki, azacıq belə, uzaq olmasın. Bu, həmin behiştdir ki, Allaha doğru qayıdaraq öz nəfslərini günahdan saxlayan insanlara və’də verilmişdi. Onlar həmin kəslərdir ki, mehriban Allahdan qorxaraq (Onun hüzurunda) xüşu halında olan qəlblə gələrlər.”
    Gördüyünüz kimi bu ayələrdə “sağlamlıq” qəlbə aid edilir və insanın axirət səadəti Allah dərgahına sağlam və xüşu halında olan qəlblə qayıtması ilə şərtləndirilir. Digər tərəfdən Qur’ani-Kərim bə’zi qəlbləri xəstə adlandırır. O cümlədən:
    “Onların (münafiqlərin) qəlblərində xəstəlik vardır. Allah da onların xəstəliklərini artırar.”
    “Allah qəlblərində xəstəlik olanların xəstəliklərini artırdı.”
    “O zaman ki, münafiqlər və qəlblərində xəstəlik olanlar “Allahın və Rəsulun və’dələri qürur və aldadıcı şeydən başqa heç nə deyildir” - deyərlər.”
    “Sən qəlblərində xəstəlik olanları (yəhudi və məsihilərlə dostluq üçün) tələsən halda görərsən. Onlar deyərlər: “Qorxuruq ki, bizim üçün bir giriftarçılıq yaransın.””
    Bu ayələrdə küfr, nifaq və kafirlərlə dostluq qəlbin xəstəliyi kimi qeyd olunur. Bu kimi ayələr, eləcə də Peyğəmbərdən (s.ə.v.v.) və Əhli-beyt imamlarından (ə) nəql olunan yüzlərlə rəvayətlərdən mə’lum olur ki, insanın qəlbi və ruhu da bədəni kimi sağlam və ya xəstə ola bilər. Deməli, qəlbin xəstəlik və sağlamlığını məcazi mə’nada götürməyin heç bir zərurəti yoxdur. Allah qəlbin və nəfsin xaliqi olduğu, Peyğəmbər (s.ə.v.v.) və pak imamlar (ə) insanı və qəlbi tanıyıb qəlbin bə’zi xəstəliklərindən xəbər verdikləri halda nə üçün qəlbin xəstəliyi özünün həqiqi mə’nasında yozulmamalıdır?! Həqiqi insanşünaslar küfr, münafiqlik, haqqı qəbul etməmək, təkəbbür, kin-küdurət, qəzəb, xəbərçilik, söz gəzdirmək, xəyanət, xudbinlik, qorxu, bədxahlıq, töhmət, nalayiq danışmaq, qeybət etmək, kobud rəftar, zalımlıq, paxıllıq, hərislik, eyb axtarmaq, yalan danışmaq, şan-şöhrət istəmək, riyakarlıq, hiyləgərlik, sui-zən etmək, qəlbin daşlaşması, nəfsin zəifliyi və sair kimi çirkin sifətləri qəlbin və ruhun xəstəliyi kimi təqdim etmişlər. Deməli, belə dərdlərlə dünyadan gedənlər Allah hüzurunda sağlam qəlbə malik olmayacaqlar ki, aşağıdakı ayənin nümunəsi olsunlar: “O gündə Allahın dərgahına sağlam qəlblə gələnlərdən başqa, mal dövlət və övlad heç kəsə fayda verməz (heç kəs mal-dövlət hesabına canını qurtara bilməz).”
    Qəlbin və nəfsin xəstəliklərini əhəmiyyətsiz hesab etmək olmaz. Bunlar fiziki xəstəliklərdən qat-qat təhlükəli, müalicəsi də olduqca çətindir. Fiziki və cismi xəstəliklərdə bədənin normallığı, müvazinəti pozulur, müəyyən ağrılar, narahatçılıqlar baş verir. Bə’zi hallarda üzvdə nöqsanlı hal irəli gəlir. Lakin hər bir halda o məhduddur və ömrünün axırına qədər davam etmir. Amma qəlbin və nəfsin xəstəlikləri öz ardınca axirət bədbəxtçiliyini, işgəncəsini və əzabını, qəlbin dərinliklərinə işləyən və ruhu yandıran bir dərd gətirir. Bu dünyada Allahdan qafil olan, ilahi nişanələri müşahidə etməyən, bir ömür zəlalət, küfr və günah içində olan qəlb həqiqətdə kor, qaranlıq və zülmətlidir. Qiyamətdə də elə həmin korluq və zülmətlə dirildilər, dərdli, əzablı, işgəncəli və ağır həyatdan başqa bir taleyə malik olmayacaqdır.
    Allah Qur’anda buyurur: “Hər kəs Bizim zikrimizdən üz döndərsə ağır həyata malik olacaqdır və Qiyamətdə onu kor məhşur edəcəyik. O deyər: “Nə üçün məni kor diriltdin? Halbuki mən dünyada görürdüm!” Allah onun cavabında buyurar: “Bizim ayələrimiz sənin üçün gəldi, lakin sən isə onları unutdun. Buna görə də sən də unudulacaqsan.””
    “Nə üçün yer üzündə seyr eləmirlər ki, onunla düşünə biləcəkləri qəlbləri, eşidən qulaqları olsun?! Həqiqətən (kafirlərin) zahirdəki gözləri kor deyil. Əksinə onların qəlblərinin gözü kordur.”
    “Hər kəsin bu dünyada (batini gözü) kor olsa axirətdə də kor və yolunu azmış olacaqdır.”
    “Hər kəsi Allah hidayət etsə o, hidayət olunmuşlardan olar. Hər kəsi (öz əməli nəticəsində) azdırsa, onun üçün heç bir dost və köməkçi tapmazsan və qiyamətdə onları üzü üstə kor, lal və kar halda dirildərik.”
    Bu sözdən təəccüblənərək “Qiyamətdə insanın batin gözü necə kor ola bilər? Məgər bizim zahirdəki qulaq-gözümüzdən başqa bir qulaq və gözümüz də varmı?” - deyə soruşa bilərsiniz. Cavab bundan ibarətdir ki, Xaliqin və ilahi insanşünasların verdiyi xəbərə görə insanın qəlb və ruhunun da gözü, qulağı və dili vardır. Amma onun gözü, qulağı və dili öz növündəndir. İnsanın nəfsi çox sirli bir varlıqdır. O, zatının batinində xüsusi bir həyata malikdir. Nəfsin özünəməxsus bir aləmi vardır. Bu aləmdə həm nur vardır, həm də zülmət, həm səfa və paklıq var, həm də küdurət və aludəlik, həm görmək və eşitmək vardır, həm də korluq və karlıq. Bu aləmin nuru və zülməti dünya aləminin nur və zülməti növündən deyildir. Allaha, məada, nübüvvətə və Qur’ana iman gətirmək nəfs aləminin nurudur.
    Allah Qur’anda buyurur: “Ona (Muhəmmədə) iman gətirib onu əziz tutub kömək edənlər, həmçinin onunla olan nura (Qur’ana) tabe olanlar qurtuluşa, səadətə nail olacaqlar.”
    “Həqiqətən Allah tərəfindən sizin üçün nur və bəyan edən kitab nazil olmuşdur.”
    “Allah, islamı qəbul etmək üçün sinəsini (qəlbini) genişləndirdiyi və Pərvərdigarının tərəfindən ruh alan bir şəxs (başqaları ilə birdirmi?!) Vay olsun o kəslərin halına ki, qəlbləri Allahın zikrindən (yayınmaqla) qəsavət bağlamışdır (daşlaşmışdır). Belə şəxslər aşkar azğınlıqda olacaqlar.”
    Allah bizə xəbər verərək buyurmuşdur ki, islam, Qur’an, iman, islamın hökmləri və qanunları bütünlükdə nurdur və onlara tabe olmaq qəlbi nurani edir. Doğrudan da bunlar qəlbə elə bu dünyada nuranilik verir, lakin onun nəticəsi axirət aləmində aşkar olur.
    Allah bizə yenə də xəbər verərək buyurmuşdur ki, küfr, nifaq, günah, haqdan imtina etmək zülmət və qaranlıqdır. Bununla qəlbi qaraldıb aludə edir. Əlbəttə, bunun da nəticəsi axirət aləmində aşkar olacaqdır. Peyğəmbərlər də buna görə gəlmişlər ki, insanları küfr zülmətindən çıxardaraq iman və nur mühitinə daxil etsinlər.
    Qur’anda buyurulur: “(Ey Peyğəmbər!) Biz Qur’anı sənə nazil etdik ki, insanları qaranlıqlardan, zülmətlərdən nura doğru çıxarasan.”
    Mö’minlər elə bu dünyada iman, nəfsin saflığı, gözəl əxlaq, zikr, Allahı yad etmək və saleh əməl kimi nurun vasitəsilə öz qəlb və nəfslərini nurani edir, batini göz və qulaqları ilə həqiqətləri eşidib-görür və kamal dərəcələrində ilahi qürb məqamına doğru hərəkət edirlər. Belə nəfslər bu dünyadan getdikdən sonra tam mə’nada nur, sevinc, şadlıq və gözəllikdə olacaq, axirət aləmində dünyada əldə etdikləri həmin nurdan bəhrələnəcəklər.
    Allah Qur’anda buyurur: “Yada sal o zamanı ki, mö’min kişilər və qadınların nuru onların qabaqlarını və sağ tərəflərini işıqlandırar. (Onlara deyilər:) Bu gün sizin müjdəniz ağacları altından çaylar axan behiştdir, bu behiştdə həmişəlik qalacaqsınız. Bu böyük qurtuluş və səadətdir.”
    Bəli, axirət aləminin nuru elə bu dünyada kəsb edilməlidir. Buna görə də axirət aləmində kafirlərin və münafiqlərin nuru olmayacaqdır.
    Qur’anda buyurulur: “Yada sal o zamanı ki, münafiq kişilər və qadınlar mö’minlərə deyər: “İcazə verin, sizin nurunuzdan istifadə edək.” Onlara deyilər: “(Əgər bacarırsınızsa) dünyaya qayıdaraq özünüz üçün nur hazırlayın.”

     

    Kitabın adı: Nəfsin saflaşdırılması

    Müəllif: Ayətullah İbrahim Əmini

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.