» » “Mərəcəl-Bəhreyn” ayəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
“Mərəcəl-Bəhreyn” ayəsi
0
Müəllif: Huseynci Medine | 25-01-2017, 13:00 | Baxılıb: 490

“Mərəcəl-Bəhreyn” ayəsi

“Ər-rəhman” surəsinin 19-22-ci ayələrində buyurulur:

مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيَانِ فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ يَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ

“O, iki dənizi bir-birinə qovuşdurdu. Halbuki onların arasında maneə var və bir-birinə qarışmırlar. Belə olduqda, Rəbbinizin hansı ne’mətlərini danırsınız? O iki dənizdən inci və mərcan çıxır!”

Alimlərin bu ayələrin təfsirində çoxlu mübahisəli fikirləri var. Biz bu barədə “Təfsiri-nümunə” kitabında geniş söz açmışıq.

Bə’ziləri demişlər: “Ayədə qeyd olunan iki dənizdən məqsəd suları şirin və şor olan, eyni zamanda bir-birlərinə qarışmayan iki dənizdir. Dünyanın bir çox məntəqələrində bunu müşahidə etmək olar.

Diqqəti cəlb edən digər bir təfsirə görə, burada məqsəd dünya okeanının ekvator boyu isti sularını hər iki qütbə doğru yönəldən (Qolfştrem cərəyanı kimi) böyük axın və cərəyanlardır. Bə’zən onların rəngi də ətraf suların rəngindən fərqlənir. Hətta bə’zən onların eni 150 km, dərinliyi 100-200 metr olur. Gün ərzində saatda 160 km sür’ətlə hərəkət edir və istiliyi ətraf sulardan fərqlənərək, 10-15 dərəcəyə çatır. Belə isti su cərəyanları isti küləklər yaradır. O şimal istiqamətindəki məntəqə və ölkələrin havasını dəyişir, mülayimləşdirir. Əgər bu cərəyanlar baş verməsə həmin ölkələrdə həyat tərzi çətin və dözülməz olar.

Əlbəttə, bu iqlim hadisəsi dünyanın beş qitəsinin sularında müşahidə olunur. Bu prosesin əsas amili suyun ekvator xətti boyunca, hər iki qütbdə fərqliliyidir. (Bu barədə əlavə izahat istəyənlər “Təfsiri-nümunə” kitabının 23-cü cildinin 131-ci səhifəsinə müraciət etsinlər.)

Qur’an ayələrinin zahiri və batini mə’naları olduğundan, bə’zən ayələr həm zahiri, həm də batini baxımdan təfsir edilir. İslam rəvayətlərində bu “iki dəniz”in batini təfsiri Əli (ə) və Fatimeyi-Zəhra (ə.s), ayədə qeyd olunan inci və mərcan sözlərinin təfsiri isə Həsən və Hüseyndir (ə).

“Şəvahidut-tənzil” kitabında “O, iki dənizi bir-birinə qovuşdurdu” ayəsinin təfsirində Salman Farsidən nəql olunan rəvayətdə deyilir ki, məqsəd Əli (ə) və Fatimeyi-Zəhradır (ə.s). Sonra əlavə edərək Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu yazır: “O iki dənizdən inci və mərcan çıxır” ayəsindən məqsəd Həsən və Hüseyndir (ə). Bu məzmunda digər bir oxşar rəvayət İbn Abbas və Zəhhakdan nəql olunmuşdur. Yenə həmin kitabda Səid ibn Cübeyrdən, o da İbn Abbasdan belə nəql edilir ki, “O, iki dənizi bir-birinə qovuşdurdu” ifadəsində məqsəd Əli (ə) və Fatimeyi-Zəhra (ə.s), “Onların arasında maneə vardır və bir-birinə qatışmırlar” ifadəsində məqsəd sonsuz və kəsilməyən əbədi məhəbbət, “O iki dənizdən inci və mərcan çıxır” ifadəsində isə məqsəd Həsən və Hüseyndir (ə).

Başqa bir hədisdə “Onların arasında maneə vardır və bir-birinə qarışmırlar” ayəsinin təfsirində İbn Abbasdan nəql olunan açıq-aydın bir rəvayətdə belə deyilir: “Əli (ə) ilə Fatimeyi-Zəhranın (ə.s) arasında elə sevgi və məhəbbət vardır ki, kin-küdurəti tamamilə uzaqlaşdırır.”

Ayədə qeyd olunan “bərzəx” sözü lüğətdə iki şey arasındakı maneə mə’nasını daşıyır. Burada da məqsəd kin-küdurəti qovan dostluq və məhəbbətdir.

Süyuti “Əd-durrul-mənsur” kitabında bu ayənin zahiri mə’nası ilə bağlı rəvayətləri qeyd etdikdən sonra, öncə vurğuladığımız hədislərin batini mə’nası ilə bağlı İbn Abbasdan, o da Peyğəmbəri-əkrəmdən (s) nəql edərək yazır: “İbn Mərdəveyh “O, iki dənizi bir-birinə qovuşdurdu” ifadəsinin təfsirində İbn Abbasdan nəql edir ki, məqsəd Əli (ə) və Fatimeyi-Zəhra (ə.s), “O iki dənizdən inci və mərcan çıxır” ifadəsində isə məqsəd Həsən və Hüseyndir (ə).”

O, bu rəvayəti Ənəs ibn Malikdən də nəql etmişdir.

Məşhur təfsir alimi Alusi “Ruhul-məani” kitabında yuxarıdakı rəvayəti İbn Abbas və Əyas ibn Malikdən, eləcə də Təbərsinin vasitsilə Salman Farsi, Səid ibn Cübeyr və Süfyan Suridən nəql etdikdən sonra belə yazır: “Mənim nəzərimcə, bu rəvayətlər səhih və düzgün olsa da, bu ayənin təfsiri ilə heç bir əlaqəsi yoxdur. Üstəlik sufilərin bir çox ayələrlə bağlı yozumlarına bənzəyir. Əlbəttə, bizim nəzərimizcə, Əli və Fatimə elm və fəzilət baxımından dəryalardan da böyükdür. Həmçinin Həsən və Hüseyn inci və mərcandan daha gözəl, daha cəlbedicidir.”

Həqiqətdə, onun Peyğəmbərin (s) Əhli-beytinə münasibətdə bu e’tirafı tə’rifəlayiqdir; bu şərtlə ki, qeyd etdiyimiz rəvayətləri dəyərdən salmaq məqsədi olmasın. Alusi guya unutmuşdur ki, bu hədis müxtəlif sənədlərlə Peyğəmbəri-əkrəmdən (s) nəql olunmuş və o həzrətin də ayələri yozmağa ixtiyarı var! Amma bunun sufilərin azğın fikirləri və sənədsiz yozumları ilə müqayisəsi zülm, haqsızlıqdır və belə bir alimin şə’nindən uzaqdır.

Ümumiyyətlə, bu ayə də imam Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseynin (ə) böyük fəzilətini sübuta yetirən ayələrdən biridir. Çünki Əli (ə) və Fatimeyi-Zəhra (ə.s) Alusinin yazdığı kimi, iki böyük dəryaya bənzəyirlər. Belə ki, onlar Allahın əzəmətli nişanələri, xeyir-bərəkət mənbəyi, elm və biliklərin başlanğıcı, ismət, paklıq, səxavət, əxlaq və s. göstəriciləridir. Alusi onların övladlarını elm və təqvada, fəzilət və paklıq baxımından dəryanın tayı-bərabəri olmayan, qiymətli, misilsiz ləl-cavahirinə bənzədir. Axı, İslamda kimin haqqında bu qədər fəzilət sadalanmışdır?! Peyğəmbərin (s) canişinliyinə Əli (ə) və onun övladlarından başqa kim layiq ola bilər?! Alimlər özlərinə bu qədər fəzilətlərə etinasızlıqla yanaşmağa necə icazə verirlər?!

 

 

Kitabın adı: İmamət haqqın dili ilə

Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.