» » “İnzar” ayəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+1  
İstifadəçilər: 6714

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6698

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 1
Həftə ərzində: 3
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Ekim 2024    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    “İnzar” ayəsi
    +5
    Müəllif: Huseynci Medine | 23-01-2017, 11:00 | Baxılıb: 804

    [spoiler]

    “İnzar” ayəsi

    “Şüəra” surəsinin 214-215-ci ayələrində buyurulur:

    وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ

    “Ən yaxın qohumlarını qorxut. Sənə tabe olan mö’minləri qanadın altına al!”

    Bu ayələr bütün İslam tarixçilərinin qeydə aldığı bir hadisədən söz açır. Təbərsinin “Məcməül-bəyan” kitabında yazdığına əsasən, bu məsələ şiə və sünnilərin nəzərində məşhurdur. Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Bərra ibn Azibdən belə nəql edir: “Ən yaxın qohumlarını qorxut” ayəsi nazil olandan sonra Peyğəmbəri-əkrəm (s) qırx nəfərdən ibarət Əbdülmüttəlib övladlarını bir yerə yığdı və onlara süfrə açıb buyurdu: “Allahın adı ilə (süfrəyə) yaxınlaşın və yeyin!” Sonra südlə dolu bir qab gətirib buyurdu: “Allahın adı ilə için!” Ertəsi gün yenə onları bir yerə yığıb, süfrə başına də’vət etdi. Bu vaxt onları həm qorxudub, həm də müjdələyərək buyurdu: “Mən sizə dünya və axirət xeyri gətirmişəm. İslamı qəbul edin və doğru yola yönəlmək üçün mənə tabe olun!” Sonra əlavə edərək buyurdu: “Sizlərdən mənimlə (bu yolda) qardaş olmağa, mənə kömək etməyə, məndən sonra da əhli-əyalım arasında vəsim və canişinim olmağa, dinimi yaymağa kim hazırdır?”

    Məclisə sükut çökdü. Həzrət bu sözü üç dəfə təkrarladıqdan sonra kimsə yox, məhz Əli (ə) ayağa durub dedi: “Mən bu işə hazıram!” Peyğəmbər (s) buyurdu: “Beləsə, mənim vəsim və canişinim sən olacaqsan!”

    Məclisdə iştirak edənlər durub gedərkən, istehza ilə Əbu Talibə deyirdilər: “Get, oğluna (Əliyə) itaət et. Məhəmməd (s) onu sənin əmirin seçdi!”

    “Şəvahidut-tənzil” kitabının haşiyəsində bu hədis Abdullah ibn Abbasdan və Əbu Rafedən də nəql olunmuşdur.

    Nisai “Xəsais” kitabında Rəbiə ibn Nacizdən belə nəql edir: “Bir nəfər Əliyə (ə) “Sənin, əmin oğlu Məhəmmədə (s) varis olmağına səbəb nə idi? Halbuki səndən öndə duran əmin buna layiq olmadı” deyə soruşduqda, Əli (ə) onun cavabında “Yovmul-inzar”ı (Peyğəmbərin (s) qırx nəfər qohumlarından ibarət təşkil etdiyi məclisi) vurğuladı və nəhayət, Peyğəmbərin (s) belə buyurduğunu nəql etdi: “Sizdən hansı biriniz mənə bey’ət etməklə mənim qardaşım, dostum və varisim olmaq istəyir?” Heç kim cavab vermədi. Mən ayağa qalxdım, halbuki hamıdan kiçik idim. Peyğəmbər (s) buyurdu: “Sən otur!” Peyğəmbər (s) sözünü üç dəfə təkrar etsə də, məndən başqa heç kim ona cavab vermədi. Axırda əlini mənim əlimə qoyub buyurdu: “Buna görə də əmimi deyil, əmim oğlumu özümə varis edirəm!”

    Məşhur tarixçi Təbəri də bu hədisi geniş şəkildə nəql etdikdən sonra yazır: “Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) işarə edərək buyurdu:

    اِنَّ هذا اَخِى وَوَصِىِّ وَخَلِيفَتِى فِيكُمْ فَاسْمَعُوا لَهُ وَاَطِيعُوهُ:

    “Bu sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir. Ona qulaq asın və itaət edin!” Camaat gülə-gülə (istehza ilə) ayağa qalxıb gedərkən, Əbu Talibə (Əlinin (ə) atasına) dedilər: “Məhəmməd (s) əmr etdi ki, sən öz oğlunun sözünə qulaq asasan və itaət edəsən!”

    Təbəri bu hədisi başqa ravilərdən də nəql etmişdir.

    Diqqəti cəlb edən məsələ budur ki, Təbəri kimi əhli-sünnənin böyük tarixçi və müfəssiri “Tarix” kitabında bu hadisəni yuxarıdakı kimi qeyd etsə də, “Camiul-bəyan” təfsirində bu ayənin təfsirinə çatanda, Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Sizdən hansı biriniz bu işdə mənə kömək edə bilər ki, sonra mənim qardaşım... sair və sair olsun!” Əli (ə) dedi: “Ey Allahın Peyğəmbəri (s)! Mən sənə kömək edə bilərəm!” Peyğəmbər (s) də buyurdu: اَنَّ هذا اَخِى وَ كَذا وَكَذا: “Həqiqətən, bu mənim qardaşımdır... sair və sair”

    Gördüyünüz kimi, Təbəri Peyğəmbərin (s) buyurduğu “vəsiyyi və xəlifəti fikum” (Əli sizin aranızda mənim vəsim və xəlifəmdir) ifadələrinin yerinə “kəza və kəza” (sair və sair) sözlərilə kifayətlənir ki, məbada “vəsi və xəlifə” sözləri Əhli-beyt məktəbinin ardıcıllarının əlinə düşsün. Bunlar imam Əlinin (ə) xəlifəliyi üçün ən böyük dəlillərdir.

    Bəli, bu da əhli-sünnənin Təbəri kimi aliminin təəssübkeşliyi və həqiqəti gizlətməsi idi! Görəsən, kitab yazmaq və Peyğəmbəri-əkrəmin (s) hədislərinə qarşı əmanətdarlıq budurmu? Görəsən, alim fikirləşmirdimi ki, bir gün gələcək, onun “Tarix” kitabındakı ifadələrini “Təfsir” kitabındakı ifadələrlə müqayisə edəcəklər? Doğrusu, bu sahədə Təbəri tək deyil, onunla eyni əqidədə olanlara çox rast gəlmək mümkündür.

    Alusi “Ruhul-məani” kitabında bu rəvayəti naqis və natamam şəkildə nəql etdikdən sonra yazır: “Şiələr xilafətlə bağlı məqsədlərinə çatmaq üçün bu rəvayətə istinad edirlərsə, biz də onu tə’vil etməli, yozmalı, yaxud da onun saxta və zəif olduğunu deməliyik!”

    Bu məşhur təfsir aliminin sözləri adamı dəhşətə gətirir! O deyir ki, bu rəvayətin şiələrin xeyrinə qurtarmaması üçün onu tə’vil etmək, yozmaq, yaxud da saxta və zəif hesab etmək lazımdır. Belə çıxır ki, Qur’an, hədis və tarixi həqiqətləri təhrif etmək olar. Demək onların əqidələrinə münasib olmayan hədisləri gözüyumlu saxta və zəif hesab etməliyik! Şübhəsiz ki, bütün peyğəmbərlər və səmavi kitablar səhnəyə çıxsa da bu təfəkkür tərzinə malik şəxsin əqidəsini dəyişdirə bilməzlər.

    Əhli-sünnənin hənbəli məzhəbinin rəhbəri Əhməd ibn Hənbəl isə “Müsnəd” adlı məşhur kitabında “Yovmul-inzar” hadisəsini, Peyğəmbərin (s) buyurduğunu belə nəql edir: “Kim mənim borclarımı ödəmək, və’dlərimə vəfa etmək, mənimlə behiştdə və əhli-beytimin içərisində canişinim olmaq istəyir?” Əli (ə) Peyğəmbərə (s) müsbət cavab verib deyir: “Mən bu işi görərəm!”

    İbn Əbil-Hədid Mö’təzili yazır: “Təbəri ”vəzirlik” hədisini (Əlinin (ə) vəzirliyini isbat edən yuxarıdakı hadisəni) “Tarix” kitabında Abdullah ibn Abbasdan, o da Əli ibn Əbi Talibdən (ə) belə nəql etmişdir: “İnzar” ayəsi nazil olandan sonra Peyğəmbər (s) məni (Əli (ə) çağırdı...” Sonra hadisəni geniş şəkildə yazır və nəhayət, Peyğəmbərin (s) bu kəlamını nəql edir: “Allah mənə sizi Onun dininə də’vət etməyi göstəriş vermişdir. Sizdən hansı biriniz bu işdə mənə yardımçı olsa, mənim qardaşım, vəsim və canişinimdir...”

    Əli (ə) ayağa qalxıb dedi: “Ya Rəsuləllah! Mən bu işdə sənə vəzir və yardımçı olmağa hazıram!”

    Peyğəmbər (s) buyurdu: “O mənim sizin aranızda qardaşım, vəsim və xəlifəmdir.”

    Diqqət yetirmək lazımdır ki, bu rəvayətdə və öncə qeyd etdiyimiz rəvayətlərin bir qismində işlənən “xəlifəti fikum” (sizin aranızda mənim xəlifəm) ifadəsindən mə’lum olur ki, digər rəvayətlərdə qeyd olunan “əhl” sözündən də məqsəd eyni mə’nadır.

    اِنَّ هذا اَخِى وَوَصِىِّ وَخَلِيفَتِى فِيكُمْ فَاسْمَعُوا لَهُ وَاَطِيعُوهُ:

    “Bu sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir. Ona qulaq asın və tabe olun!”

    Bəli, İbn Əsirin nəql etdiyi bu hədisdə “xəlifəti fikum” (sizin aranızda mənim xəlifəm) ifadəsindən görünür ki, Peyğəmbərin (s) mö’cüzələrindən biri də Əlini (ə) on üç yaşında ikən özündən sonraya xəlifə kimi tanıtdırması idi. Kim deyə bilərdi ki, on üç yaşlı bir uşaq gələcəkdə varlıq aləminin ən böyük şəxsiyyəti, Peyğəmbərin (s) canişini olacaq?! Peyğəmbəri-əkrəm (s) isə bunu həm də’vətinin ilk çağlarında, həm də ömrünün sonunda (“Qədir-Xum” da) bəyan etmişdir. Məgər bunlar imam Əlinin (ə) imamətini sübut edən aydın dəlillər deyilmi?

     

    Kitabın adı: İmamət haqqın dili ilə

    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.