» » “Həl-əta” (İnsan) surəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    “Həl-əta” (İnsan) surəsi
    +10
    Müəllif: Huseynci Medine | 9-01-2017, 10:00 | Baxılıb: 1 650

    “Həl-əta” (İnsan) surəsi

    İmam Əli (ə) və Əhli-beytin fəzilətlərini sübut edən mühüm sənədlərdən biri də “Həl-əta” surəsidir. Bu surənin mə’nasına, ifadələrinə, eləcə də, nazil olma səbəbinə diqqət yetirdikdə, bir çox həqiqətlər üzə çıxacaq. Əlbəttə, bu surənin ayələri ümumilik kəsb etsə də, onun “İnnəl-əbrarə yəşrəbunə min kə’sin...” (Şübhəsiz, yaxşı əməl və itaət sahibləri kafur qatılmış şərbət içəcəklər...) ayəsindən başlayaraq 22-ci ayəsinədək (on yeddi ayə) “əbrar” (yaxşılar) adlı qrup haqda söz açır. İslamın məşhur mənbələrində nəql olunan çoxlu rəvayətə və bu ayənin nazil olma səbəbinə əsasən, “əbrar”ın tam mə’nada nümunələri Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyndir (ə). Diqqət yetirmək lazımdır ki, bu on yeddi ayədə behiştin ən üstün maddi və mə’nəvi ne’mətlərinin (cənnət bağları, pak şərbət çeşmələri, geyimlər, zinətlər, yeməklər, taxtlar, xidmətçilər və s.) adı çəkilsə də, digər ne’mətlərdən olan behişt qadınları və hurilərindən söz açılmamışdır. Qur’anın sirlərindən agah olan bə’zilərinin nəzərincə, bunun səbəbi aləmlərin ən üstün qadını Fatimeyi-Zəhraya (ə.s) ehtiramdır. Qur’ani-kərimin çox az surəsində behiştin bu yüksək ne’mətləri birgə qeyd olunmuşdur. Bu da onu göstərir ki, ayədə qeyd olunan “əbrar” (yaxşı əməl sahibləri) sözündə məqsəd adi şəxslər yox, Allaha yaxın pak, yaxşı və alicənab kəslərdir.

    Bunu da qeyd edək ki, yaxşı əməl sahiblərinin nişanələrini göstərən bu surənin 5-10-cu ayələrində belə buyurulur:

    إِنَّ الْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاء وَلَا شُكُورًا إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا

    “Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri kafur qatılmış şərab içəcəklər. O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu istədikləri yerə asanlıqla axıdacaqlar. Onlar elə kəslərdir ki, etdikləri nəzrə vafa edər və əzabı bürüyəcək gündən qorxarlar. Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri (yeməyə möhtac olduqları) halda (və ya Allahın razılığını qazanmaq üçün) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər) “Biz sizi yalnız Allah razılığından ötrü yedirdir və sizdən nə bir mükafat, nə də təşəkkür istəyirik. Həqiqətən, biz çox sərt və çətin bir gündə Rəbbimizdən qorxuruq!”

    Bu ayələrin nazilolma səbəbi haqda Zəməxşəri məşhur “Kəşşaf” təfsirində İbn Abbasdan belə nəql edir: “Bir gün Həsən və Hüseyn (ə) xəstələnmişdi. Peyğəmbər (s) bir qrup səhabə ilə onlara baş çəkməyə gəldi. Səhabələr Əliyə (ə) müraciət edərək dedilər: “Ya Əbəl-Həsən! Nə yaxşı olardı ki, uşaqlarının şəfa tapması üçün nəzir edəsən.” Əli (ə) bu təklifi məmuniyyətlə qəbul etdi. Üstəlik Fatimeyi-Zəhra (ə.s) və xidmətçi Fizzə də uşaqların sağalacağı təqdirdə üç gün oruc tutmağı nəzir etdilər. (Bə’zi rəvayətlərə əsasən, Həsən və Hüseyn (ə) də nəzir etdilər.[355]) Nəhayət, uşaqlar şəfa tapıb sağaldılar. Lakin o ərəfələrdə Əlinin (ə) evində iftar üçün ərzaq yox idi. Odur ki, gedib bir nəfərdən üç “sa” (təxminən 10 kq) arpa borc aldı. Fatimə (ə.s) onun üçdə bir hissəsini üyüdüb un etdi və ailə üzvlərinin sayı qədər (beş ədəd) çörək bişirdi. İftar vaxtı çörəklər süfrəyə qoyuldu. Yeməyə hazırlaşarkən, qapı döyüldü. Yoxsul bir şəxs dedi: “Salam olsun sizə, ey Məhəmmədin Əhli-beyti! Mən bir müsəlman yoxsulam, mənə də yeməyə bir şey verin. Allah sizə cənnət süfrələri nəsib etsin!” Bu sözləri eşidən Əhli-beyt (ə) heç nə fikirləşmədən süfrədə olan çörəklərin hamısını ona verdi, özləri isə su ilə iftar edib gecəni belə keçirdilər. Səhəri gün yenə ac halda oruc tutdular. Ötən gün kimi, Fatimeyi-Zəhra (ə.s) yenə çörək bişirdi. Onlar axşam iftar üçün süfrə başına əyləşərkən, bir yetim qapıya gəlib yemək istədi. Onlar bu dəfə süfrədəkiləri o yetimə verib, özləri ac qaldılar. Üçüncü axşam da qapıya bir əsir gəlib yemək istədikdə, bu müqəddəs şəxslər iftara hazırladıqlarını ona verdilər. Ertəsi gün Əli (ə) Həsən və Hüseynlə (ə) birlikdə Peyğəmbərin (s) hüzuruna getmişdi. Peyğəmbər (s) onların aclıqdan titrədiklərini görüb buyurdu: “Sizi bu halda görmək mənə çox ağırdır!” Sonra onlarla birlikdə Fatimənin (ə.s) evinə getdi. Peyğəmbər (s) gördü ki, qızı Fatimə (ə.s) acından zəifləmiş və gözləri çuxura düşdüyü halda, mehrabda ibadət edir. Bu mənzərə Peyğəmbərə (s) çox tə’sir etdi. Cəbrail nazil olub dedi: “Ey Məhəmməd! Allah səni belə bir Əhli-beytin olduğuna görə təbrik edir.” Sonra “Həl-əta” surəsi nazil oldu.”

    Bu rəvayəti Qurtubi öz təfsir kitabında azacıq fərqlə vermiş və bu haqda bir şe’r də qeyd etmişdir.

    Fəxri-Razi də bu rəvayəti “Əl-vəsit” kitabında Vahididən nəql etmişdir. Həm o, həm də Zəməxşəri uyğun rəvayəti qeyd etdikdən sonra belə yazmışlar: “Şübhəsiz, yaxşı əməl və itaət sahibləri kafur qatılmış şərab içəcəklər...” ayəsindəki əvəzliklər cəm formada işləndiyi üçün bir nəfərə (Əliyə (ə) deyil, bütün yaxşı əməl və itaət sahiblərinə aiddir. Əlbəttə, Əlini (ə) bu ayələrdən ayrı bilmək olmaz, lakin bunlar təkcə ona aid deyil... (Ayələrin nazil olma səbəbini açıqlayan rəvayətlərə gəldikdə isə) qeyd etməliyik ki, bu surə Əlinin (ə) itaəti haqda nazil olsa da, “üsuli-fiqh” elminin qaydalarına əsasən, ayələrdəki me’yar xüsusi deyil, ümumilik daşıyır.”

    Fəxri-Razi guya, cəm formasında deyilən ayələrin təkcə imam Əliyə (ə) yox, həm də Fatimeyi-Zəhra, Həsən, Hüseyn (ə) və Fizzəyə aid olduğunu unutmuşdur.

    Ayələrin məfhumunu ümumiləşdirməklə onların nazil olma səbəbini aradan qaldırmaq olmaz. Əksinə belə yerlərdə ayələr birbaşa Əhli-beyt (ə) (və yaxud hər kim) tərəfindən yerinə yetirilən itaət və fədakarlıqla əlaqədar nazil olur. Bu da onların Allah tərəfindən qiymətləndirilməsi deməkdir. Başqa sözlə, imam Əli (ə) və onun ailəsi bu ayələrin ən kamil nümunələridir. Çünki bu ayələr onların xalis əməli ilə bağlı nazil olmuşdur. Əgər kimsə bu böyük fəziləti inkar etmək istəyirsə, sözsüz, özünü aldadır.

    Alusi “Ruhul-məani” kitabında bu rəvayəti əvvəldən axıradək olduğu kimi İbn Abbasdan nəql edib yazır: “Bu rəvayət camaat arasında məşhurdur.” Sonra adəti üzrə onu əhəmiyyətsiz qələmə verməyə çalışır və bu məqsədlə onun sənədləri haqda söz açır: “Bu ayələrin Əli, Fatimə, Həsən və Hüseyn (ə) haqda nazil olma ehtimalı varsa da, onun isbat, yaxud inkarı qəti deyildir. Çünki bu zəmində olan rəvayətlər çox və ziddiyyətlidir. Hətta bu ayələrin onlar barəsində nazil olmadığını desək, yenə onların yüksək məqamından bir şey azalmır. Çünki onların “əbrar”dan (yaxşı əməl və itaət sahiblərindən) olmaları tam aydındır. Onlar bəlkə də, bu cərgədə başqalarından öndədirlər. Onların şə’ni ilə bağlı bunu demək olar ki, Əli (ə) mö’minlərin vəlisi, Peyğəmbərin (s) canişini, Fatimeyi-Zəhra (ə.s) Peyğəmbərin (s) canının bir parası, Həsən və Hüseyn (ə) isə Peyğəmbərin (s) ruhu və reyhanı, behişt cavanlarının rəhbəridirlər.”

    Belə misilsiz fəziləti görməməzliyə vurmaq, digər fəzilətlərin də yavaş-yavaş aradan qalxmasına səbəb olacaq. Deməli, bir gün Əli, Fatimeyi-Zəhra, Həsən və Hüseynin (ə) fəzilətlərinin və onların başqalarından üstünlüyünün unudulacağı şübhəsizdir. Axı, nə üçün təfsir və hədis alimlərinin nəql etdiyi bu məşhur rəvayətə e’tinasız yanaşmalı və o ilahi şəxsiyyətlərin irsinə göz yummalıyıq?!

    Məşhur sünni alimi Süyuti də “Əd-durrul-mənsur” kitabında İbn Mərdəveyhdən, o da İbn Abbasdan belə nəql edir: “Onlar öz iştahaları çəkdiyi (və möhtac olduğu), özləri yemək istədikləri halda, onu yoxsula, yetimə və əsirə yedirirlər” ayəsi Əli, Fatimə, Həsən və Hüseyn (ə) barəsində nazil olmuşdur.

    Eləcə də Şəblənci “Nurul-əbsar” kitabında bəhs etdiyimiz ayələrin nazil olma səbəbilə əlaqədar bu rəvayəti olduğu kimi qeyd etmişdir.

     

    Kitabın adı: İmamət haqqın dili ilə

    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 16 Ocak 2017 23:16 | Redaktor | Şərh yazdı
    Allah razı olsun bacım ellerin derd görmesin İn şa Allah.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.