» » Peyğəmbər (s) və onun Əhli-beytinə salavat göndərmək


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Peyğəmbər (s) və onun Əhli-beytinə salavat göndərmək
+5
Müəllif: Fatimə Nuri Xuda | 2-01-2017, 16:00 | Baxılıb: 6 306

 

 

Peyğəmbər (s) və onun Əhli-beytinə salavat göndərmək


Həzrət İbrahim(ə) Peyğəmbərin gözəl xüsusiyyətlərindən biri də bu idi ki, İslam peyğəmbərinə və onun əhli-beytinə çox salam salavat göndərərdi.
قال الصادق(ع): إتَّخَذَ اللّهُ إِبْرَاهِيمَ خَلِيلاً لكثرة صلاته على محمد و آل محمد
İmam Sadiq(ə) buyurur: “Allah-təala İbrahim(ə) peyğəmbəri Mühəmməd və ali Mühəmmədə çoxlu salam salavat göndərməsinə görə Özünə dost (xəlil) seçmişdir”
Allah-təala yer üzündə insanlarla Özü arasında xüsusi bir yol təyin etmişdir. Bütün insanların hamısını o yolun vasitəsilə qəbul edir. Yəni Allaha yaxın olmaq istəyən şəxs yalnız o yolun vasitəsilə yaxın ola bilər. O yoldan başqa heç bir yolun vasitəsilə Allaha yaxın olmaq mümkün deyildir. Allahın yer üzündə insanlarla Özü arasında təyin etdiyi həmin yol Peyğəmbər(s) və Əhli-beytdidir.
Camieyi-kəbirə duası çox dolğun və fəzilətli dualardan biridir. Başqa sözlə desək imamşünaslıq və imamət dərsinin xülasəsi olan bir duadır. Bu duada Əhli-beytə xitab edərək belə buyurur: “Allaha çatmaq istəyəın bir şəxs əhli-beytdən başlamalıdır. Və tövhidi dərk etmək istəyən və mərifət tapmaq istəyən şəxs yalnız siz Əhli-beytin yolu ilə tapa bilər.” Yəni Allah-təala Öz mərifətini nübüvvət və imamətə bağlamışdır. Və onların bir-birindən ayırı olmasını istəmir. Allahın Əhli-beytə xüsusi məhəbbəti vardır. Hər kəs Əhli-beytin yolu ilə Allaha tərəf gələrsə Allah həmin şəxsi qəbul edər. Çünki onlar Allaha hamıdan yaxın olan insanlardır. Allah-təala onları insanlarla Öz arasında bir vəsilə kimi təyin etmişdir. Hər kəs Əhli-beytin vasitəsilə Allaha yaxınlaşarsa Allah həmin şəxsi qəbul edər. Məsələn, bir şəxs birinin uşağını maşınla vurur. Uşağın valideynləri onu heç cür bağışlamaq istəmir. Uşağı vuran şəxs çarəsiz qalaraq uşağın valideynlərinə ən yaxın və onların yanında ən hörmətli olan şəxsdən onun üçün (uşağın valideynlərindən) üzr istəməyi və onları razı salmağı xahiş edir.
Allah-təala da həmiçinin öz bəndələrini bağışlamaq üçün və onlara izzət və şərəf vermək üçün Əhli-beyti yer üzündə vasitə qoymuşdur.
Hər kəsin qəlbində Əhli-beytə məhəbbət olarsa qiyamət günü Əhli-beyt ona şəfaət verəcəkdir. Lakin onları qəbul etməyən şəxsin namazı, orucu və s. əməlləri belə qəbul olmaz. Çünki Allah insanların əməllərini qəbul etməsi üçün yer üzündə Əhli-beyti vəsilə təyin etmişdir.
Hətta İslam Peyğəmbərindən əvvəl gələn bütün peyğəmbərlərin hamısı Mühəmməd və onun Əhli-beytinə salam-salavat göndərird. Həzrət Nuh(ə) peyğəmbər öz zamanında tufandan öncə Həzrət Əlinin(ə) qəbrini qazıb hazırlamışdı. İmam Əli(ə) ömrünün axırlarında vəsiyyət etdikdən sonra üzünü İmam Həsənə(ə) tərəf tutaraq belə vəsiyyət etdi: “Oğlum Həsən, mən öləndən sonra mənə qüsl verib, kəfənə bükərsiniz və tabuta qoyarsınız. Tabutun arxa tərəfindən siz tutarsınız, tabutun qabaq tərəfindən mələklər yapışacaqlar. Mələklər harada dayansalar, siz də orada dayanıb tabutu yerə qoyarsınız. Namazı qıldıqdan sonra oranı qazarsınız. Oradan bir lövhə çıxacaq. O lövhədə Nuh(ə) peyğəmbərin öz dəsti-xətti ilə bu sözlər yazılmışdır. “Bu qardaşım Əli ibn Əbi Talibin qəbridir.”
Həzrət Əli(ə) dünysını dəyişəndən sonra, İmam Həsən və İmam Hüseyn(ə) o Həzrətə qüsl verib, kəfənlədilər. Sonra tabuta qoydular. Tabutun qabaq tərəfi yerdən qalxdı. İmam Həsən(ə) və İmam Hüseyn(ə) tabutun arxa tərəfindən tutdular. Kufədən Nəcəf şəhərinə (Həzrət Əli(ə)-ın indiki məzarı olan yerə) qədər getdilər. Gördülər ki, tabutun qabaq tərəfi aşağı əyildi. Tabutu yerə qoydular. İmam Həsən(ə) özü namazı qılandan sonra tabutu kənara qoydular və onun yerini qazıdılar. Gördülər ki, doğurdanda Həzrət Əli(ə)-ın buyurduğu kimi oradan bir lövhə çıxdı. O lövhədə belə yazılmışdır. “Bu qəbri tufandan əvvəl sonuncu Peyğəmbərin vəsisi qardaşım Əli ibn Əbi Talibə hazırlamışam.”1
Əlbəttə bu rəvayətdə sünni və şiə arasında heç bir ixtilaf yoxdur. Əli(ə)-ın bu cür kəramət sahibi olduğunu hamı bilir və sünni və şiə bu kimi rəvayətləri qəbul edərək öz kitablarında yazmışlar. Bəziləri elə başa düşməsinlər ki, Həzrət Əli(ə) da bu fəzilətlər olmayıb. Əlinin(ə) hər bir hərəkəti, xütbəsi, müharibəsi və bu kimi işləri çox heyrətamiz bir işlər idi. O cümlədən sonuncu etdiyi bu vəsiyyət onun adi gündəlik gördüyü işlərdən və sözlərdən biridir.
Ümumiyyətlə bütün peyğəmbərlərin hamısı Mühəmməd(s) və onun pak Əhli-beytinə salam göndərirdilər. O cümlədən Həzrət İbrahim(ə) da xüsusiyyətlərindən biri Mühəmməd və ali Mühəmmədə salam-salavat göndərmək idi.
Allah-təala Peyğəmbər və ali peyğəmbərə salavat göndərməyi insanlara əmr etmişdir. Əhzab surəsinin 56-cı ayəsində buyurur:
إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا
“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib onu layiqincə salamlayın.”
Ümumiyyətlə İslam firqələrinin hamısı öz namazlarında həzrət Peyğəmbərə(s) salavat göndərirlər. Çünki Allah bunu Quranda bütün iman gətirənlərə əmr etmişdir.
قال رسول الله(ص): اصلاة على نور على الصراط
Həzrət Peyğəmbər(s) buyurur: “Mənə salavat göndərmək sirat körpüsündən keçmək üçün bir çıraqdır”1
قال رسول الله(ص): حيثما كنتم فصلوا على فإن صلاتكم تبلغنى
Başqa bir hədisdə belə buyurur: “Harada olsanız mənə salavat göndərin. Çünki o salavatlar gəlib mənə yetişir.”2
قال رسول الله(ص): كل دعاء محجوب حتى يصلى على النبى
Həzrət Peyğəmbər(s) buyurur: “Peyğəmbərə salavat göndərilmədən heç bir dua qəbul olunmaz.”3
Yəni hər kəs dua edərkən Peyğəmbər(s) və onun Əhli-beytinə salavat göndərməzsə Allah o şəxsin dualarını qəbul etməz.
Həzrət Əli(ə) bizlərə dua etməyin qaydasını öyrədərək belə buyurur: Hər kəs dua edərkən dualarının qəbul olunmasını istəyirsə, duaların əvvəlində və axırında Peyğəmbər və Əhli-beytə salavat göndərsin.
...قالو يا رسول الله وكيف نصلى عليك؟ قال رسول الله(ص): اللهم صل على محمد و آل محمد كما صليت على ابراهيم و على آل ابراهيم
Həzrət Peyğəmbər(s)-dən soruşdular: “Ya Rəsuləllah Allah bizə sənə salavat göndərməyi əmr etmişdir. sənə salavat göndərməyin qaydası necədir?
Həzrət Peyğəmbər(s) buyurdu: Mənə salavat göndərdikdə belə deyin: Allahın salamı olsun Mühəmməd və onun ailəsinə, necə ki, İbrahim və onun ailəsinə olmuşdur.
“Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd” “Allahın salamı olsun Mühəmməd və onun əhli-beytinə.”
Bir insan dünyadan köçəndən sonra onun üçün salavat göndərmək yaxşı əməllərdən biridir. Əlbəttə rəhmətə getmiş insanların həmişə gözləri möminlərin əlində olmuşdur. Çünki, dünyadan ketdikdən sonra insanın əli hər şeydən üzülür və kiminsə onlara bir savab əməl göndərməsinə möhtacdılar. Salavat da ölülər üçün kiçik və ən gözəl, qiymətli bir hədiyyədir. Məsələn, elə hədiyyələr vardır ki, böyük və qutusunun gözəl olmasına baxmayaraq qiyməti azdır. Lakin elə hədiyyələr də vardır ki, kiçik olmasına baxmayaraq çox qiymətli bir hədiyyə olur. Odur ki, salavatın özü də kiçik və az olmasına baxmayaraq ölülər üçün çox qiymətli bir hədiyyə hesab olunur. Ola bilsin ki, o salavata xatir Allah onu bağışlayıb cəhənnəm əzabından qurtarsın.
İnsan bu dünyadan ketdikdən sonra hətta kiçik bir savab da olsa ona möhtacdır. Məsələn məktəbdə imtahan zamanı uşaqların bəziləri sualı yadlarına sala bilmədiklərindən kiminsə onlara o sualın cavabından bir neçə kəlmə də olsa belə deməsinə möhtac olduğu kimi, ölülərində hansısa mərhələdən keçmələrinə görə kiçik bir savaba ehtiyacı vardır.
Ona görə də insan dünyadan köçənləri üçün əlindən gələn savabı onlara göndərərsə çox yaxşı olar. Bu əməlin həm insanın özünə həm də ölülərə xeyri vardır.
Kitablarda belə bir rəvayət yazmışlar ki, bir cavan oğlan həmişə qəbristana gedər və öz ata-anasının qəbri üstə fatihə surəsini oxuyurı. O deyir: Bir gün yuxuda ata anamı gördüm. Onlar gəlib mənə öz minnətdarlıqlarını bildirdilər və dedilər: Oğul, sən hər dəfə qəbristana gəldikdə bu qəbristanda yatan bütün ölülər sənin gəlməyini bizə müjdə verirlər. Mən yuxudan ayıldım və təəccübləndim. Öz-özümə fikirləşirdim ki, görəsən mənim ata-anam üçün fatihə surəsini oxumağımın başqa ölülərə nə dəxli vardır? Həmin gecə yatıb yuxuda gördüm ki, bir dəstə insan gəlib mənə öz minnətdarlıqlarını bildirdilər. Onlardan kim olduqlarını soruşduqda belə cavab verdilər: Biz sənin ata-anan dəfn olunan qəbristanın əhliyik. Sən gəlib ata-anan üçün fatihə və salavat oxuyanda onun savabından bizlərə də çatır. Ona görə də biz sənə öz təşəkkürümüzü bildirmək üçün gəlmişik. Və səndən xahiş edirik ki, bu ehsanı bizlərə əsirgəməyəsən.
Odur ki, insan hər bir iş görəndə o işin savabını öz ölülərinə göndərsin. Hətta su içərkən, və ya bir uşağa su verərkən “ölənlərimin ehsanı” deyib niyyət etsin. İnsanın əlindən gələn qədər öz ölənlərinə salavat göndərməsi həm onun özünə, həm də ölülərinə xeyri vardır.
Bəhsimizin sonunda qeyd etmək lazımdır ki, həzrət İbrahimdə(ə) olan bu xüsusiyyətlər onun Allahla dost olmasına səbəb olmuşdur. İnsan əgər o xüsusiyyətləri özündə təcəssüm etdirərsə Allahın razılığına səbəb olar və Onun ən sevimli bəndəsinə çevrilər.
Allah-təala bizlərə də belə xüsusiyyətdə olmağı nəsib etsin!

 

Kitabın adı: İmam Hüseyn (ə) məktəbi

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 2
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Elya | Status: İstifadəçi Offline | 3 Ocak 2017 01:46 | Redaktor | Şərh yazdı
Allahumme selli ela Muhemmedin ve Ali Muhemmed Allahın salamı olsun Mehemmed peyğembere ailesine ve pak Ehli beytine İlahi Mehemmed Peyğembere ailesine ve pak Ehli beytine salavat gönder Amin.Allah senden razı olsun bacım ellerin derd görmesin Allah sene axiretde Ehli beytin şefaetini nesib etsin Amin İn şa Allah.
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Muxtar davamçisi | Status: İstifadəçi Offline | 2 Ocak 2017 17:13 | İstifadəçi | Şərh yazdı
Amin! Allah razı olsun! Gözəl mövzu idi.

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.