» » Quranda tilavətin nəsx olunması


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 4
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Quranda tilavətin nəsx olunması
    0
    Müəllif: Yusifi Zehra | 25-12-2016, 12:00 | Baxılıb: 860
     
    Quranda tilavətin nəsx olunması
     
    Əhli sünnə alimlərinin bir çoxu «Peyğəmbər (s) dövründə mövcud olan Quran bir qədər fərqli idi» rəvayətinə istinad edərək, bəzi ayələrin müxtəlif səbəblər üzündən Quranda yazılmadığını iddia etmişlər. Bunu nəzərə alaraq bu məzmunda nəql olunmuş bütün rəvayətləri nəzərdən keçirir və onların irəli sürdükləri bu nəzəriyyənin nə dərəcədə düzgün olub-olmadığını araşdırmaq istəyirik. Belə ki, ayələrin bəzilərinin ixtisara salınması onun təhrif olunmasına səbəb ola bilər.
     Bu haqda nəql olunmuş rəvayətlər
    İbni Abbas deyir: «Ömər minbərə çıxıb dedi: Allah-taala, Məhəmmədi (s) haqq olaraq peyğəmbərliyə təyin etdi. Ona «Daşqalaq» ayəsini (zinakarların daşqalaq olunmasını) nazil etdi. Biz onu oxuyub başa düşdük və ona əməl etdik. Amma qorxuram elə bir zaman gəlib çatsın ki, müsəlmanlardan birisi «Quranda daşqalaq barəsində bir şey deyilməmişdir» deyib zəlalətə (günaha) düçar olmuş olsun.»
    Ömər sözünü davam etdirib dedi:
    «Bəli, Allah-taala öz kitabında zinakarlıq edən evli kişi və qadınların daşqalaq olunmasını açıq-aşkar bəyan etmişdir. Quranda oxuduğumuz ayələrdən biri də bu idi:
    «Ata-babalarınızdan üz çevirməyin. Onlardan üz çevirərsinizsə küfrə düçar olmuş olarsınız» və ya belə olmalı idi:
    «Ata-babalarınızdan üz çevirərsinizsə küfr etmiş olarsınız.» (Səhih Buxari 8-ci cild, 26-cı səh.).
    Süyuti deyir: İbni Əştə özünün «Əl-musahif» adlı kitabında Leys ibni Səddən nəql edərək deyir: Quranı ilk dəfə bir yerə yığan şəxs Əbu Bəkr olmuşdur. Zeyd ona belə bir məktub yazır: Ömər də «Daşqalaq» ayəsini Qurana əlavə etmək istəmişdir. Lakin, onun Quran ayəsi olduğunu təsdiq edəcək ikinci bir şəxs olmadığı üçün Quran nüsxəsinə daxil edilməmişdir. (İtqan 2-ci cild, 101-ci səh.).
    Müəllif: Ömərin Qurana əlavə etmək istədiyi daşqalaq ayəsi və onun bu təklifinin qəbul olunmaması hadisəsi müxtəlif şəkillərdə fərqli olaraq nəql olmuşdur.
    «Əgər qoca kişi və qoca qadın zina edərlərsə, onları daşqalaq edin. Bu ilahi bir hökmdür. O Allah ki, yenilməz qüvvət və hikmət sahibidir.»
    «Əşşəynu vəşşəyxətu fərcumu huma əlbəttətən bima qəzəya minəlləzzəti.»
    «İnnəşşəynə vəşşəyxətə iza zənəya fərəcumuhuma əlbəttətən.»
    Lakin hal-hazırda mövcud olan Quran nüsxələrində biz daşqalaq hökmünə dəlalət edən bu kimi ayələrlə qarşılaşmırıq. Əgər bu rəvayəti mötəbər hesab edəriksə, ayənin Quranın orjinal nüsxəsindən ixtisara salındığını qəbul etməliyik.
    2. Təbərani, mötəbərliyinə istinad etdiyi Ömər ibni Xəttabdan nəql edərək deyir: «Quranda bir milyon iyirmi yeddi hərf vardır.» (İtqan 1-ci cild, 101-ci səh.).
    Bir haldakı mövcud olan Quran nüsxələrində hərflərin sayı bu rəqəmin heç üç də birini də təşkil etmir. Bu rəvayətə əsaslansaq, onda Quranın üçdə ikisinin ixtisara salındığını qəbul etməliyik.
    3. Yenə də İbni Abbas, Ömər ibni Xəttabdan nəql edərək deyir: «Allah-taala Məhəmmədi (s) peyğəmbərliyə təyin edib, ona kitab [Quranı] göndərdi. Orada bir çox ilahi hökmlərlə yanaşı zinakarlara dair daşqalaq hökmü də verilmişdir. Biz bu ayələri oxuyar və lazım olduqda ona əməl edərik. Sonra əlavə edərək dedi: Biz Quranda bu ayələri oxuyardıq:
    «Ata-babalarınızdan üz çevirməyin...»
    «Ata-babalarınızdan üz çevirsəniz...» (Məsnəd Əhməd. 1-ci cild, 47-ci səh.).
    4. Nafe, İbni Ömərdən nəql edərək deyir: «Mütləq sizlərdən biriniz özünü öyərək, mən Quranı bütünlüklə hifz etdim deyəcəkdir. Lakin o haradan bilsin ki, Quranın böyük bir hissəsi ixtisara salınaraq aradan getmişdir. Yaxşı olar ki, o, «mən Quranın mövcud olan hissəsini hifz etdim» desin.» (İtqan 2-ci cild, 40-41-ci səh.).
    5. Urvət ibni Zubeyr, Ayişədən nəql edərək deyir: «Peyğəmbərin (s) zamanında Əhzab surəsi iki yüz ayədən ibarət idi. Osmanın xilafəti dövründə Quran vahid nüsxə halına salındıqdan sonra orada, hal-hazırkı nüsxələrdə mövcud olan ayələr qaldı.» (İtqan 2-ci cild, 40-41-ci səh.).
    6. Əbu Yunusun qızı Həmidə nəql edərək deyir: «Atamın səksən yaşı olarkən mənim üçün Ayişənin yazdığı səhifələrdən bu ayəni oxudu:
    «Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat göndərir [xeyir-dua verirlər]. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın [Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd: Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuhu – deyin!] (İtqan 2-ci cild, 100-cü səh.).
    Həmidə deyir: «Bu əhvalat, xəlifə Osman Quranı yığmazdan əvvəl baş vermişdir.»
    7. Əbu Hərb ibni Əsvəd atasından deyir: «Əbu Musa Əşəri, Bəsrənin üç yüz nəfər görkəmli qarilərini yığıb onlar üçün ziyafət təşkil etdi. Sonra üzünü onlara tutub dedi: «Siz əməli-saleh insanlar, Bəsrənin ən yaxşı qarilərindən hesab olunursunuz. Dünya malına bel bağlayıb hər şeyi arzu etməyin. Əgər belə edərsinizsə qəlblərinizi qəsavət bağlayar və sizi həqiqətdən uzaq salar. Keçmiş ümmətlər xam xəyallarla yaşamış və tükənməyən arzular onların qəlblərinə qəsavət möhrü vurmuşdur.»
    Sonra sözlərinə əlavə edərək dedi:
    Əvvəllər Quranda həcm və qafiyə baxımından Bəraət surəsinə bənzər bir surə oxuyardıq. Lakin həmən surədən mənim yadımda qalan yalnız bu ayə olmuşdur.
    «Əgər Adəm övladı var-dövlət ilə dolu iki səhraya malik olarsa, üçüncü arzunu da edəcəkdir. [Axırda isə] Adəm övladının qarnını torpaqdan başqa heç bir şey doyuzdurmayacaqdır.»
    Yadımdadır, Musəbbihat surəsinə oxşar başqa bir surə də oxuyardıq. Amma təəssüflər olsun ki, ondan da yalnız bu ayə yadımda qalmışdır.
    «Ey iman gətirənlər! Etməyincə bir şeyi niyə deyirsiniz? Bilin ki, bu kimi sözlər sizin əməl dəftərlərinizdə yazılacaq və qiyamət günü sorğu-sual olunacaqsınız.» (Səhihi Müslüm. 3-cü cild, 100-cü səh.).
    8. Zərr deyir: Günlərin bir günündə Ubeyy ibni Kəb məndən soruşdu: Ey Zərr! Əhzab surəsi neçə ayədən ibarətdir? Dedim: Yetmiş üç ayədən. Sözümü kəsərək dərhal dedi: Əhzab surəsi həcm baxımından Bəqərə surəsi kimi, bəlkə ondan da böyükdür. (Musnəd Əhməd 2-ci cild, 43-cü səh.).
    9. İbni Əbi Davud və İbni Ənbar Şəhabdan nəql edərək deyir: Bizə bəlli olmuşdur ki, (Osmanın xilafəti dövrünədək) mövcud olmuş Quranlar həcm baxımından hal-hazırkı Quran nüsxələrindən daha böyük olmuşdur. Lakin, Yəmamə döyüşündə Quran hafizlərinin həlak olması nəticəsində Quranın böyük bir hissəsi aradan getmişdir. (Musnəd Əhməd ibni Hənbəl 2-ci cild, 50-ci səh.).
    10. Ömər Ayişədən nəql edərək deyir: Əvvəllər «[Uşaq anadan] on dəfə [və ya on dəfədən artıq] süd əmərsə [ananın] digər uşaqları məhrəm olmuş olur» ayəsi Quran nüsxələrində mövcud olmuş lakin, «Xəmsu məlumatin – beş dəfə əmərsə...» ayəsi nazil olmaqla, əvvəlki hökm öz qüvvəsini itirmişdir. Hər iki ayə, hətta Peyğəmbərin (s) vəfatından sonra digər ayələrlə yanaşı qiraət olunardı. (Səhihi Buxari 4-cü cild, 167-ci səh.).
    11. Musəvvər ibni Muxrəmə nəql edərək deyir: Ömər ibni Əbdürrəhman ibni Ovf deyərdi: Sən də «Əgər döyüşərsinizsə, əvvəl döyüşdüyünüz kimi döyüşün» ayəsini Quranda tapa bilmirsən?! Əbdürrəhman cavabında dedi: Digər ayələr kimi bu ayə də aradan getmişdir. (İtqan 2-ci cild, 42-ci səh.).
    12. Əbu Süfyan Kəlai deyir: Günlərin bir günündə Muslimət ibni Muxlid Ənsari bizə dedi: Əvvəllər Quranın bir hissəsini təşkil edən, lakin sonradan ixtisara salınmış iki ayə haqda nə deyə bilərsiniz?
    Onlardan heç biri, hətta Əbu Kənud Səhd ibni Malik belə onun hansı ayəni nəzərdə tutduğunu xatırlaya bilmədi. Sonra İbni Muslimə özü bu iki ayəni oxudu:
    «İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər [Mühacirlər!] Müjdələr olsun ki, nicat tapanlardan oldunuz!
    Onlara [möminlərə] sığınacaq verən, [çətinliklərdə] köməklik edən və Allahın qəzəbinə gəlmiş şəxslərin qarşısında onları müdafiə edən şəxslər, kimsənin təsəvvür etmədiyi nemətlərlə mükafatlandırılarlar. Bütün bunlar onlara gördükləri xeyirli işlərin müqabilində bəxş olunar.»
    Bütün bunlarla yanaşı İbni Abbasın və Ubeyy ibni Kəbin yazdıqları səhifələrdə Xələ və Həfəd adlı surələrə də rast gəlmək olar. Surələrin hər birindən bir ayəni sizin nəzərinizə çatdırırıq.
    «İlahi! Biz səndən kömək diləyir və bağışlanmağımızı istəyirik. Şəninə şükr və səna deyir və sənə şərik qoşmayırıq. İtaətindən çıxıb günahkar şəxsləri özümüzdən uzaq edirik. İlahi! Yalnız sənin üçün ibadət edir, qarşında namaz qılıb səcdəyə qapanırıq. Hər zaman sənə pənah gətirib bütün işlərimizi sənə xatir görürük. Əzabından qorxur, rəhmətinə ümid edirik. Çünki, əzabın yalnız kafirlərə şamil olar.»
    Bu məzmunda digər rəvayətlər də nəql olunmuşdur. Lakin biz, bunlarla kifayətlənib verilən cavabları nəzərdən keçirməyə daha çox əhəmiyyət veririk.
    Cavab: Quranın bəzi ayələrini tilavət, bəzilərini də ixtisara salınaraq onun orjinal nüsxəsindən çıxarılması təhrifdən savayı bir şey deyildir. Bir sözlə Quranın təhrif olunduğuna dair irəli sürülmüş nəzəriyyə heç bir məntiqə əsaslanmadığı kimi orada bəzi ayələrin ixtisara salınması da tamamilə batil və əsassız nəzəriyyədir. Çünki, bu kimi dəyişikliklər ya Peyğəmbərin (s) özü, ya da ondan sonra xilafəti idarə edən şəxslər tərəfindən həyata keçirilməli idi.
    Birinci nəzər:
    Quran ayələrinin Peyğəmbər (s) tərəfindən ixtisara salınmasını (və ya əvəz olunmasını) sübuta yetirmək üçün əsaslı dəlillərə istinad etmək lazımdır. Bu kimi məntiqsiz rəvayətlərlə belə bir əhəmiyyətli mətləbin sübuta yetirilməsi qeyri-mümkündür. Çünki, alimlərin fikrincə Quranın vahid xəbər ilə əvəz olunması və ya ixtisara salınması qeyri-mümkündür. Belə ki, onlardan bəziləri öz kitablarında bu mətləbə xüsusi diqqət yetirmişlər.
    Şafei və onun davamçıları Quranın zahiri mənasına istinad edərək, Quranın sünnət və mötəbər rəvayətlərlə nəsx olunmasını (əvəz olunmasını və ya ixtisara salınmasını) tamamilə əsassız hesab edirlər. Əhməd ibni Hənbəl də bu əqidəyə əsaslanmışdır. Bəziləri Quranın nəsx olunmasını mütəvatir rəvayətlərlə düzgün hesab etməsələr də, belə bir prosesin həyata keçməsini qeyri-mümkün hesab edirlər. Bütün bu rəvayətlərin vahid xəbər formasında nəql olunduğunu nəzərə alaraq, Quranın nəsx olunmasını Peyğəmbərə (s) aid etmək olarmı? Qeyd etmək lazımdır ki, bu rəvayətlərin məzmununda da bir sıra ziddiyyətlər nəzərə çarpır. Belə ki, onlardan bəzilərində nəsxin Peyğəmbərin (s) özü tərəfindən, bəzilərində isə onun vəfatından sonra baş verdiyinə işarə olunur.
    İkinci nəzər:
    Quranın Peyğəmbərdən (s) sonra iqtidarda olmuş xəlifələr dövründə təhrif olunmasına gəldikdə isə, bunu deyə bilərik ki, belə bir nəzəriyyəni qəbul etmək, Quranın təhrif olunmasını qəbul etmək deməkdir. Belə bir nəzəriyyəyə əsaslanaraq deyə bilərik ki, Quran tilavətində nəsxə yol verildiyinə etiqadı olan əhli sünnə alimlərinin bir çoxu, Quranın özündə də təhrifə yol verildiyinə istinad edirlər. Çünki, onlar Quran ayələrinin tilavətinin nəsx olunmasına əsaslanırlar. Hətta əhli sünnə alimlərinin bəziləri, bu ayələrlə bağlılığı olan şəri məsələlərdə bir sıra çətinliklərlə qarşılaşmışlar. Məsələn, boynuna cənabət qüslü gəlmiş şəxs, tilavəti nəsx olmuş ayələri oxuya bilərmi? Və ya dəstəmazı olmayan şəxslər bu ayələrə toxuna bilərmi?
    Bəziləri bu barədə qəti hökm verərək, boynuna cənabət qüslü gəlmiş və həmçinin dəstəmazı olmayan şəxslərə, nəsx olmuş ayələrin oxunmasını və onlara toxunmasını qadağan etmişdir. Bu da əhli sünnənin Quran ayələrinin nəsx olunduğuna dair olan etiqadlarını bir daha sübuta yetirir. Əhli sünnə məzhəbinin bir hissəsini təşkil edən mötəzilə məzhəbinin davamçıları isə bu nəzəriyyəni qətiyyətlə rədd edirlər.
    Lakin təəccüb doğuran budur ki, əhli sünnə alimlərinin bəziləri əhli sünnə davamçılarının belə bir etiqada əsaslanmadığını inkar və təkzib etmişlər. Hətta Alusi, Mərhum Təbərsinin təhrifin Həşfiyyəyə aid etdiyini təkzib edərək deyir: Əhli sünnə alimlərinin heç biri Quranın təhrif olunmasına dair fikir irəli sürməmişdir.
    Daha təəccüblüsü budur ki, o, şiə alimlərini təhrif nəzəriyyəsini qəbul etməkdə ittiham etmişdir. Alusi bu haqda deyir: Şiə alimlərinin irəli sürdükləri fərziyyələr, onların «Quranın təhrif olma nəzəriyyəsini» qəbul etmələrini bir daha sübuta yetirir. Belə ki, Təbərsi onların belə bir batil və yanlış əqidələrinin üstünü örtmək üçün bir sıra dəlillərə istinad etməyə cəhd göstərmişdir. (Ruhul Məani. 1-ci cild, 24-cü səh.).
    Bu iradların əksinə olaraq, ötən fəsillərdə şiə alimlərinin «təhrif nəzəriyyəsini» qətiyyətlə rədd etdiklərini və onların bu barədə heç bir fikir irəli sürmədikləri haqda ətraflı izahatlar verdik. Hətta Təbərsi öz kitabında Seyyid Mürtəzanın «təhrif nəzəriyyəsinin» batil olduğuna dair gətirdiyi əsaslı dəlillərə işarə etmişdir. (Məcməul-bəyan. 1-ci cil, 15-ci səh.).
    Kitabın adı: Əl-bəyan 1-ci cild
    Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.