Ey olan yerdə Muhəmməd adı göydə Əhməd,
Sahibi - rütbeyi - ə`lavu məqami - əkbər.
Kainatın ürəgi pak vücudundu sənin,
Varlığındandı həyatu hərəkat, ey sərvər.
Ey hidayət günəşi,aləmə saçdın nurun,
Ta ki, ğərq olmaya zülmati - zəlalətdə bəşər.
Sənə tabe` olana mənzil olar baği - Nəim,
Sənə asi olana məskən olar nari - Səqər.
İsmi ismindən olan, kunyəsi kunyəndən olan
Qaim övladını gözlər gözümüz şamu səhər.
Nola, küfr əhli bu gün hökm eləyir dünyayə,
Əhli-iman ilədir,aqibət, ey Əmri,zəfər.