Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
*** Mübarək Mövlud H.Ş. Tuti qələmində ***
Qıldı dünyanı münəvvər təl'əti peyğəmbərin
Verdi mövcudata surət, surəti peyğəmbərin
İlləti qaiyyi-kulli-mumkinat etdi zühur,
Tutdu Turi-kainatı sərbəsər zərrati-nur,
Şəmsi-Həqq nurundan əda oldu çün xəffaş kur,
Olcağın zahir cahanda xilqəti peyğəmbərin
Aləmi-təcridü təkvinə səbəb, bu nuri pak,
Nuri-pakiylə ədəm mülkün qılıbdır çak-çak,
Fəxr edər ərşü bərinə dəmbədəm bu tirə xak,
Görcəyin geymiş vücudi, xələti peyğəmbərin
Nurbəxş olmuş vücudi-zatı narü nurdə,
Məhv edib Musayi-eşqin cilvəgahi- Turdə,
Çün yədi-beyza ziyabəxş oldu çeşmi-kurdə,
Purziya etdi vücudi, həzrəti-peyğəmbərin
"Əşrəqət-ərzə binuri-vəchə" nöh əflakdən,
Qoydu taci-izzət abavü ülüvvi- xakdən,
Geydi xəl"ət dari-imkan həzrəti-lövlakdən,
Məqsədi-mucid vücudə tinəti peyğəmbərin
Sahibi-taci-kəramət, maliki-xülqi-əzim,
Mədəni-elmü hidayət, saliki-şəri-qəvim,
Rafii-küfrü zəlalət, mühyiyi-üzmi-rəmim,
Məzhəri-fəyyaz məzhər, xisləti peyğəmbərin
Eydi-mövludi-nəbidür, ey güruhi- xasü am,
Var yeri ərşi-bərin olsun zəminə bir qulam,
Müjdə olsun sizlərə, ey əhli-İslami- giram,
Kim, nəsib olmuş sizə, bu dövləti peyğəmbərin
Yövmi-mövludi-nəbidə, oldu aləm kamiyab,
Aləmi-mənadə ey ümmət, yetər an xitab,
Əlbəşarə,Əlbəşarə milləti-alicənab,
Bəxtiyar etdi sizi bu hörməti peyğəmbərin.
Zati- alisi bu gün dünyanı pürnür eylədi,
Savə dəryasın cahan mülkündə məstur eylədi,
Taği-Kəsra sınmağın aləmdə məşhur eylədi,
Sanma cayi-ücbdür bu şöhrəti peyğəmbərin
Cəhli məhv etdi tamamən, elmi qıldı aşikar,
Zülmü nabüd eyləyib,məzlumu etdi paydar,
Nasixi-ədyani-küll oldu, bu dürri-şahivar,
Ta ədəb baqi qalar, bu şöhrəti peyğəmbərin.
Feyziyab ol ey əzizim, feyzi-Bipayandən,
Tut təriqi-Həqqi, kəsbi-elm qıl Qurandən,
İbrət al yövmi-miadə Buzərü Səlmandən,
Gör nə hikmət zahir etmiş, hikməti peyğəmbərin.
Eyd olubdur bizlərə, mövludi-xətmi-ənbiya,
Eylərik nami-Hüseyn ilə əzayə iktiva,
Tutiya, hüzzar ilən versin Xuda əcrü cəza,
Ruzi-Məhşərdə, behəqqi-hörməti-peyğəmbərin.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |