» » Möcüzəni rədd edən ikinci ayənin araşdırılması


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Möcüzəni rədd edən ikinci ayənin araşdırılması
+5
Müəllif: Yusifi Zehra | 22-11-2016, 12:00 | Baxılıb: 392
Möcüzəni rədd edən ikinci ayənin araşdırılması
İstinad etdikləri ayələrdən başqa birisi, İsra surəsinin 90-93-cü ayələridir.
«[Quranın əzəməti, fəsahət və bəlağəti qarşısında aciz qalan, lakin özlərini sındırmayan müşriklər] belə dedilər: «Biz yerdən [Məkkədən] bir bulaq çıxarmayınca: Yaxud [ağacları] arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağı olmayınca, və yaxud iddia etdiyi kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud da Allahı və mələkləri [peyğəmbərliyinin doğruluğuna şahid olaraq] açıq-aşkar qarşımıza gətirməyincə; və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca biz sənə iman gətirməyəcəyik. Əgər oxumaq üçün bizə [səmadan] bir kitab endirməyəsən, göyə qalxmağına da əsla inanmayacağıq!» [Ya Məhəmməd!] De ki, Rəbbim pak və müqəddəsdir! [Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!] Mən isə yalnız peyğəmbər olan bir insanam!» [Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!]
Deyirlər: Ayənin məzmunundan belə bir nəticəyə gəlirik ki, müşriklər Peyğəmbərdən (s) möcüzələr göstərməsini tələb etmiş, O isə buna qadir olmadığını bu ifadələrlə bəyan etmişdir.
«De ki, Rəbbim pak və müqəddəsdir! [Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!] Mən isə yalnız peyğəmbər olan bir insanam!» [Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!]»
Buradan belə məlum olur ki, Peyğəmbərin (s) Qurandan başqa heç bir möcüzəsi olmamışdır.
Cavab: Bu məsələyə dair bir neçə cavab vermək olar.
1. Ayədəki müşriklərin tələb etdikləri möcüzələr əsassız olaraq Məkkə müşriklərinin inadkarlıqla, əyləncə məqsədilə görmək istədikləri möcüzələrə bənzəyir. Bir qədər əvvəl biz bu kimi möcüzələrin hansı şəraitdə baş verdiyini və nə ilə nəticələndiyini qeyd etmişdik. Demək bu ayədə, peyğəmbərlərin öz həqqaniyyətini sübuta yetirmək üçün gətirdikləri ibtidai möcüzələrə deyil, inadkar müşriklərin əyləncə və bəhanə olaraq tələb etdikləri möcüzələrə dəlalət edir. Çünki onlar peyğəmbərlərin, öz həqqaniyyətini sübuta yetirmək üçün qarşılarına müəyyən şərtlər qoyur, hətta hansı möcüzəni göstərmələrini belə, əvvəlcədən təyin edirdilər. Əgər onlar doğrudan da həqiqəti bilmək istəsəydilər, zəmanə peyğəmbərlərinin göstərdikləri möcüzələrlə kifayətlənməli və onlara iman gətirməli idilər. Belə olduqda peyğəmbərlərdən möcüzə tələb etmək və möcüzələrin birini digərindən üstün tutmağa heç bir lüzum olmayacaqdı. Bütün bunlarla kifayətlənməyən Məkkə müşrikləri, Peyğəmbərdən (s) möcüzə yolu ilə göyə qalxmağı və Allah tərəfindən peyğəmbərliyini təsdiq edəcək məktub gətirməsini tələb edirdilər.
Görəsən Peyğəmbərin (s) göyə qalxması bir möcüzə kimi onlara kifayət etmirdimi?! İnadkarlıq üzündən irəli sürdükləri puç və əsassız iddialar təbii ki, onları həqiqəti dərk etməkdən məhrum etməli idi.
2. Peyğəmbər (s), «Rəbbim pak və müqəddəsdir» deməklə, heç də bu işin qarşısında aciz olduğunu bildirmək istəməmişdir. O həzrət belə bir ifadədən istifadə etməklə Allahın bütün eyb və nöqsanlardan uzaq və mümkün olan hər bir şeyə qadir olduğunu bəyan etmək istəmişdir. O, uca və münəzzəh olduğu üçün gözlərə görünməz və cism olaraq bizim gözlərimiz önündə canlanmaz. O, təsəvvür olunandan daha uca və daha qüdrətlidir. Demək Onun, insanların şəxsi meyl və istək üzündən tələb etdikləri möcüzələrin qarşısında aciz qalması qeyri-mümkündür. O ki qaldı Peyğəbərə (s), o da adi bir insandır. Görəcəyi bütün işlərdə Allahın əmrini gözləyir və Onun izni olmadan nə bir möcüzə göstərir, nə də [dini məsələlərdə] kimsəyə əmr edirdi. Bütün işlər Allahın istək və iradəsindən asılıdır. O, istədiyini edir və nəzərdə tutduğu hər bir işi peyğəmbərlərinin vasitəsilə həyata keçirir.
3. Ayəyə diqqət olunsa məlum olar ki, müşriklərin Peyğəmbərdən (s) tələb etdikləri möcüzələrin bir qisminin həyata keçməsini qeyri-mümkün, digərlərini isə peyğəmbərin həqqaniyyətini təsdiq edəcək amillər kimi qəbul etmək olmaz. Bu səbəbdən də hətta əgər əyləncə və şəxsi istək üzündən tələb olunan möcüzələrin həyata keçməsi vacib olarsa, yenə də bu kimi istəklər cavabsız qalacaqdır.
İzah: Müşriklərin tələb etdikləri möcüzələrin altısından üçünün həyata keçməsi mümkün olsa da, onları peyğəmbərlərin həqqaniyyətinə dəlil olaraq qəbul edə bilmərik.
1. Göylərin yerə enməsi;
Göy cisimlərinin parçalanaraq yerə tökülməsi qeyri-mümkün olan bir işdir. Çünki göy cisimlərinin parçalanaraq yer kürəsinə tökülməsi, yer əhalisinin hamılıqla məhvinə səbəb ola bilərdi.
Belə bir hadisə isə yalnız dünyanın sonunda yəni, qiyamət günündə baş verəcəkdir. Allah-taala bu hadisəni öz peyğəmbərlərinə qabaqcadan xəbər vermişdi. Belə ki, ayədə gətirilmiş «düşündüyü kimi» ifadəsi də Peyğəmbəri (s) baş verəcək bu böyük hadisədən xəbərdar edirdi. Qurani-kərimdə bu mətləbə dəfələrlə toxunulmuş və bu haqda bəşəriyyətə ciddi xəbərdarlıq edilmişdir.
«Göy yarıldığı zaman.» (İnşiqaq-1).
«Göy parçalandığı zaman.» (İnfitar-1).
«Əgər istəsək onları yerə batırar, yaxud göyün bir parçasını onların başına endirərik.» (Səba-9).
Göylərin parçalanmasının və ya yerə enməsinin qeyri-mümkün olduğunu dedikdə, heç də Allahın buna qadir olmadığını təsəvvür etməməliyik. Sadəcə olaraq bu hadisələrin baş verməsi üçün lazımi şərait yaranmalıdır. İnsanların təkamülü hər şeydən önəmli olduğu üçün ilahi hikmət prinsipləri tələb edir ki, bu prosesin həyata keçməsi üçün müəyyən zaman və şərait yaranmış olsun. Hər şey başa çatdıqdan sonra isə Allahın əmri ilə yer və digər səma cisimləri öz hərəkət dairəsindən xaric olub şiddətli toqquşma və dəyişikliklərə səbəb olacaqdır. Bu ilahi əmr daim qüvvədə olub və olacaqdır. Hər şeyə qadir olan Allahın isə öz vədəsinə xilaf çıxması qeyri-mümkündür.
2. Allahın gətirilməsi;
Müşriklər deyirdilər: Sənə yalnız o zaman iman gətirəcəyik ki, Allahı bizim yanımıza gətirəsən və biz onu öz gözlərimizlə görək. Bu isə qeyri-mümkündür. Çünki əgər Allah gözlə görünsəydi, müəyyən rəngə, ölçüyə və cismə xas olan digər xüsusiyyətlərə malik olmalı idi. O, cism olmadığı üçün gözlə görünməsi qeyri-mümkündür. Demək, cismə xas olan xüsusiyyətləri də Ona aid etmək qeyri-mümkün olmalıdır.
4. Allahdan məktub gətirmək.
Bu da qeyri-mümkün olan bir işdir. Çünki, onların istədikləri adi məktub deyil, Allahın öz dəsti-xətti ilə yazmış olduğu məktubdur. Yox əgər adi məktub istəsəydilər, bunun üçün göyə qalxmağın heç bir zərurəti olmazdı.
Digər tərəfdən isə, Allahın insan kimi əli və digər bədən üzvləri olmadığı üçün Onun əlinə qələm götürüb məktub yazması da təbii ki, qeyri-mümkün olmalıdır.
Allah-taala belə işlərdən daha uca, daha ali və münəzzəhdir.
Həyata keçməsi mümkün olan, lakin əqli baxımdan əsassız sayılan tələblər isə bunlardan ibarət idi:
1. Çeşmənin qaynaması və yerdən su çıxması;
2. Meyvəli və çeşməli bağlara malik olmaq;
3. Qızıl evə malik olmaq.
Peyğəmbər (s) bütün bunlara yiyələnsəydi də bunu, onun peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirəcək amil hesab etmək olmazdı. Çünki, adi insanların bir çoxu bu kimi var-dövlətə yiyələnsə də, biz onlardan heç birini peyğəmbər hesab etmərik. Başqa sözlə desək, bu iki şeyin arasında heç bir əlaqə yoxdur. Demək var-dövlət peyğəmbərlərin həqqaniyyətini təsdiq edəcək amil deyildir. O ki qaldı dünyəvi sərvət və əyləncəyə, bütün bunlar fani və müvəqqətidir. Peyğəmbərlərin yiyələndikləri nemət isə ilahi hikmət və elmdir. Onların gördükləri bütün işlər və söylədikləri bütün sözlər dərin hikmətə əsaslanır.
Bəziləri belə təsəvvür edə bilərlər ki, var-dövlət adi yol ilə əldə edildiyi üçün bunu, peyğəmbərlərin həqqaniyyətinə dəlil hesab etmək olmaz. Əgər qeyri-adi yol ilə əldə olunarsa biz, bunu [ilahi] möcüzə hesab etməli və peyğəmbərlərin həqqaniyyətini sübuta yetirəcək amil kimi qəbul etməliyik. Belə bir təsəvvür tərzi tamamilə batil və əsassızdır. Çünki, peyğəmbərlərin qeyri-adi yolla var-dövlət sahibi olması onun həqqaniyyətinə dəlalət edən dəlil kimi hesab edilsə də, müşriklərin istəkləri təkcə bu deyildi. Onlar belə güman edirdilər ki, peyğəmbər adi yolla var-dövlət sahibi olmalı və peyğəmbərlik də yoxsul insanlara verilməməlidir.
Zuxruf surəsinin 31-ci ayəsində bu haqda buyurulur:
«Onlar dedilər: Məgər bu Quran iki şəhərdən [Məkkə və Taifdən] olan böyük bir adama [ya Vəlid ibni Müğəyrə, yaxud da Ürvan ibni Məsuda] nazil edilməli deyildimi?»
Belə bir yanlış təsəvvür və əqidəyə əsaslanan Məkkə müşrikləri Peyğəmbərdən (s) var-dövlət sahibi olmasını tələb edirdilər.
Dediklərimizi sübuta yetirəcək məsələ müşriklərin, Peyğəmbərin (s) meyvəli bağlara və qızıl evə malik olmasını tələb etmələridir. Onlar Peyğəmbərdən (s), başqa bir möcüzə istəmirdilər. Əgər onlar, Peyğəmbərin (s) bütün bunlara qeyri-adi yolla malik olmasını və bunu onun peyğəmbərliyinin həqqaniyyətinə dəlalət edən amil kimi qəbul etmək istədikləri təqdirdə, belə bir uzun və zəncirvari şərtlər heç bir məna-məfhum kəsb etməzdi. Çünki, peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmək üçün bir salxım üzümün və ya bir misqal qızılın möcüzə olaraq gətirilməsi kifayət edərdi və belə bir qeyri-adi işi onun peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirəcək amil kimi qəbul etmək olardı. Və belə olduqda, meyvəli bağların və qızıl evin yaradılmasına heç bir ehtiyac duyulmazdı.
O ki qaldı yerdən su çıxarmasına, onlar bunu heç də özləri üçün istəmirdilər. Onların niyyəti bu idi ki, Peyğəmbər (s) yerdən çeşmələr qaynatmaq və s. vasitələrdən istifadə etməklə öz imkanlarını artırsın və peyğəmbərlik üçün lazım olan şeylərə malik olsun.
iKitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi
 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.