» » Möcüzəni inkar edən üçüncü ayənin araşdırılması


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Möcüzəni inkar edən üçüncü ayənin araşdırılması
    0
    Müəllif: Yusifi Zehra | 25-11-2016, 12:00 | Baxılıb: 705
     
    Möcüzəni  inkar edən üçüncü ayənin araşdırılması
    «Müşriklər: «Barı peyğəmbər [bizə dediklərinin doğru olduğunu bilməyimiz üçün] Rəbbi tərəfindən bir möcüzə nazil edəydi!» – deyirlər. Onlara belə cavab ver: «Qeyb [aləmi] ancaq Allaha məxsusdur. Elə isə [Allahın əzabını] gözləyin.» Doğrusu mən də sizinlə birlikdə gözləyirəm!» (Yunus-20).
    Onlar deyirlər: Ayənin məzmunundan belə məlum olur ki, müşriklər Peyğəmbərdən (s) möcüzə gətirməsini istədikdə o, möcüzənin onun ixtiyarında deyil, Allahın istək və iradəsindən asılı olduğunu bildirmişdir. Buradan belə bir nəticəyə gəlirik ki, Peyğəmbərin (s) Qurandan başqa heç bir möcüzəsi olmamışdır. Bu məzmunda ayələrə Quranın digər surələrində də rast gəlirik. Məsələn Rəd surəsinin 1-ci və Ənam surəsinin 37-ci ayəsində deyilir.
    «Kafir olanlar: «Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?» – deyirlər. Sən ancaq [insanları Allahın əzabı ilə] qorxudansan, hər tayfanın [doğru yol göstərən] bir rəhbəri [peyğəmbəri] vardır.» (Rəd-7).
    «[Məkkə müşrikləri] dedilər: "Məgər ona [Peyğəmbərə Rəbbindən bir möcüzə endirilməli deyildimi?” De ki: Allah möcüzə endirməyə qadirdir. Lakin onların əksəriyyəti [belə bir möcüzə göndərildikdə, onu inkar edəcəkləri təqdirdə başlarına gələcək müsibət və fəlakəti] bilməz!» ( Ənam-37).
    Müşriklərin istidlal etdikləri bu mətləbə də biz iki cür cavab verə bilərik.
    Birinci Cavab: Əvvəlki ayələrdə olduğu kimi bu ayədə də inkar olunan möcüzələr Peyğəmbərin (s) bütün möcüzələri deyil, müşriklərin inadkarlıqla Peyğəmbərdən (s) tələb etdikləri möcüzələrdir. Bir qədər əvvəl qeyd etdik ki, müşriklər tələb etdikləri möcüzələri peyğəmbərlərə iman gətirmək və ya onların həqqaniyyətini dərk etmək məqsədilə deyil, məhz öz istəklərinə nail olmaq üçün idi.
    Belə ki, müşriklərin irəli sürdükləri tələblərin özünəməxsus xüsusiyyətləri var idi və onlar heç bir məntiqə əsaslanmırdı.
    Qurani-kərimdə dəfələrlə bu mətləbə toxunulmuşdur və biz bir daha bu məzmunda nazil olmuş ayələrdən bir neçəsinə işarə edirik.
    «Onlar dedilər: Məgər ona [həzrət Məhəmmədə peyğəmbərliyinin həqiqi olmasını təsdiq edən] bir mələk endirilməli deyildimi?» (Ənam-8).
    «[Müşriklər Peyğəmbərə] belə dedilər: "Ey özünə kitab nazil edilən kəs! Axı sən divanəsən. Əgər sən doğru danışanlardansansa [peyğəmbər oldğun barədəki iddian düzgündürsə] mələkləri bizə gətirsənə!”» (Hicr 6-7).
    «Müşriklər dedilər: "Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib-dolaşır? Məgər ona özü ilə birlikdə [insanları Allahın əzabı ilə qorxudan və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən bir mələk göndərilməli deyildimi?
    Yaxud ona [ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə, göydən] bir xəzinə endirilməli və ya onun [meyvəsindən] yeyib dolanmaq üçün bir bağı olmalı deyildimi?” Zalimlər [müşriklər möminlərə] dedilər: "Siz ancaq ovsunlaşmış [buna görə də ağlını itirmiş] bir adama tabe olursunuz!”» (Furqan 7-8).
    Yuxarıda qeyd olunan ayələrdən bir daha belə bir nəticəyə gəlirik ki, müşriklərin Peyğəmbərdən (s) tələb etdikləri möcüzələr onların şəxsi istək və inadkarlıqlarından irəli gəlmiş və heç bir əqli dəlillərə əsaslanmamışdır. O ki qaldı Peyğəmbərə (s), o da müşriklərin ardı-arası kəsilməyən tələblərinin qarşısında təslim olmamalı və onlara müsbət cavab verməməli idi. Çünki, qeyd etdiyimiz kimi müşriklər bu tələbləri peyğəmbərə iman gətirmək məqsədilə deyil, əyləncə və inadkarlıq üzündən tələb edirdilər. Bu səbəbdən də əgər onlar, möcüzələrdən hər birini Peyğəmbərin (s) həqqaniyyətinə dəlalət edəcək amil kimi qəbul etsəydilər, onlara mənfi cavab verməzdi. Belə olduqda, heç olmasa Quranı bir möcüzə olaraq onların qarşısına qoyar və mübarizə meydanına dəvət edərdi.
    Yuxarıda qeyd olunan ayələrdən iki mühüm nəticəyə gəlirik.
    1. Peyğəmbər (s) ixtiyarında olan möcüzələrdən yalnız biri ilə, yəni Quranla müşriklərin mübarizə meydanına varid oldu. Başqa cür ola da bilməzdi. Çünki, əbədi peyğəmbərlik əbədi möcüzəyə əsaslanmalıdı və belə bir əbədi möcüzəvi xüsusiyyətə yalnız Quran malikdir. Digər möcüzələr isə müvəqqəti və məhduddur. Yəni bütün insanlara deyil, bəzi zaman və ərazilərdə yaşamış millətlərə şamildir.
    2. Möcüzə göstərmək peyğəmbərin ixtiyarında deyildir. O, Allah tərəfindən peyğəmbərliyə təyin olunur və Onun izn və əmri olmadan nə kimsəyə əmr edir, nə də özü bir iş görür.
    Bu xüsusiyyət təkcə həzrət Məhəmmədə deyil, həmçinin bütün peyğəmbərlərə şamildir. Belə ki, Allahın izni olmadan onlar nə peyğəmbərlik iddiası etmiş, nə də möcüzə göstərmişlər. Qurani-kərimdə bu haqda deyilir:
    «Allahın izni olmadıqda heç bir peyğəmbər heç bir möcüzə gətirə bilməz.» (Rəd-38).
    «Heç bir peyğəmbər Allahın izni olmadan möcüzə gətirə bilməz. Allahın [kafirlərə əzab verməsi barədə] əmri gəldikdə [peyğəmbərlər və onları təkzib edənlər arasında] ədalətlə hökm olunar. Yalan danışanlar, batil söyləyənlər elə oradaca ziyana uğrayacaqlar.» (Mumin-78).
    Bunu da qeyd etmək lazımdır ki, Quranda [bəzi] möcüzələri inkar edən ayələrlə yanaşı, Peyğəmbərin (s) Qurandan başqa digər möcüzələrinə də dəlalət edən ayələrə rast gəlmək olur.
    Məsələn:
    «Qiyamət yaxınlaşdı, ay [Peyğəmbərin möcüzəsi ilə] parçalandı.
    Əgər müşriklər [Məhəmmədin (s) peyğəmbərliyinin həqiqiliyini təsdiq edən] bir möcüzə görsələr [imandan] üz döndərib: Bu uzun müddət davam edən bir sehrdir! – deyərlər.» (Qəmər 1-2).
    «Onlara bir ayə gəldiyi zaman: Allahın peyğəmbərinə verildiyinin [nübüvvətin, möcüzələrin] misli bizə verilməyincə biz iman gətirməyəcəyik! – deyərlər.» (Ənam-124).
    Hər iki ayədə istifadə olunan «ayə» kəlməsindən məqsəd Quran ayəsi deyil, möcüzə və onun əlamətləridir. Yəni «ayə» sözü hər iki ayədə möcüzə mənasında işlənmişdir. Çünki, əgər Quran ayəsi nəzərdə tutulsaydı, «parçalanmaq» və «görmək» felindən deyil, «eşitmək» felindən istifadə olunardı. Ayənin məzmunu da Quran ayələri ilə deyil, möcüzə ilə əlaqəlidir.
    Buradan belə məlum olur ki, Peyğəmbərin (s) Qurandan başqa digər möcüzələri də olmuşdur və «uzun müddət davam edən sehrdir» cümləsindən belə bir nəticəyə gəlmək olar ki, onun möcüzələri dəfələrlə təkrar olunmuşdur. Haqqında söhbət açdığımız ayələrin məzmununu nəzərə alaraq biz onları iki hissəyə bölə bilərik.
    1. Müvəqqəti olaraq möcüzələrin dayandırılmasına dəlalət edən ayələr;
    2. Bu müddət başa çatdıqdan sonra yenidən Peyğəmbərin (s) göstərdiyi möcüzələr haqda nazil olmuş ayələr.
    Kitabın adı: Əl-bəyan 1-ci cild
    Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.