Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Əql – Xurafatı ayırıb ölçən mizan
Xurafatı və uydurmaları həqiqət və saf elmdən ayıran digər bir mizan, sağlam əql və təfəkkür qüvvəsidir. O, ilahi nemətlərin ən böyüyü olub, insan və heyvanın ayırıcısıdır.
Şeyx Bəhai nə gözəl demişdir:
Ey oğul fikir və ibadət ki, var,
İnək və eşşəkdən bizi ayırar.
Əgər düşüncədən faydalanmasan,
«Kəl-ənam bəl əzəl» onda olarsan.
Din üçün bir saat düşünsən əgər,
Min il ibadətdən üstün ölçülər.
Allah-Təala özünün ən pis mövcudat və məxluqatını belə tanıtdırır:
«Allah yanında ən pis varlıqlar kar, lal və düşünməyən şəxslərdir.»
«Ağıl kimi bir nemətin üstünlüyü üçün Allah-Təalanın yuxarıda buyurduğu kifayət edər.
İslamın əziz Peyğəmbəri (s) ağlın üstünlüyü barəsində buyurur:
ما قسم الله للعباد شیئا ًً افضلُ من العقل
«Allahın, bəndələr üçün böldükləri arasında ağıldan üstünü yoxdur.»
Tanrının bəndəyə bəxş etdiyi nemət içrə,
Bir görən göz ilə huşyar könüldən olmaz.
Allah-Təala ağılı insana əta etdiyi zaman ondan istifadə etməyi ona vəzifə etdi. Qiyamət günü Allah-Təalanın hüzurunda cavab verəcəyimiz suallardan biri də budur: «Öz düşüncə və ağlınızın gücündən nə üçün düzgün və kamil şəkildə istifadə etmədiniz?! Filan məsələni eşitdiyiniz zaman niyə düşüncəsiz, dəlilsiz və faktsız onu qəbul edib əməl etdiniz; yaxud da təkzib və inkar etdiniz?! Nə əqlin, nə də nəqlin təsdiqləmədiyi puç məsələləri niyə qəbul etdiniz?! Allah övliyalarının kəramətini, dua, təvəssül və istiğfarın təsirini, peyğəmbərlərin (ə) heyvanlarla danışmasını, sileyi-rəhmin ruzinin çoxalmasında və ömrün uzanmasında olan təsirini, sehr, cin və gözdəymənin həqiqətini, möminlərə kömək etmək üçün ibdal və ovtadın varlığını, imam Hüseynin (ə) türbətinin şəfavericiliyini və s. əksəriyyətinin Quranda təsdiqləndiyi başqa belə məsələləri hansı dəlilə əsasən inkar etdiniz?! Cəhənnəmdə yananların nalə və fəryadlarının nə üçün ucaldığını Quranda oxumamısınız?!
«Deyirlər: «Əgər biz qulaq assaydıq, yaxud düşünsəydik, Cəhənnəm əhlinin arasında olmazdıq.»
Kitabın adı: Xurafat
Müəllif: Seyid İsmayıl Şakir
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |