Ey bəndə! Əgər bir gün özünü zəif görsən, bil ki, Allahın qüvvətini unutmusan!
Yerdə rəqəm yazılıbdır. Mən sağdan baxanda yerdə yazılanı 9 oxuyuram,
sənsə soldan baxanda o yerdə yazılanı 6 oxuyursan.
Yazılan eynidir, davamız baxışlarımızın fərqinə görədir, həqiqətə görə yox!
Əvvəlin nütfə, əslin torpaq, qidalarının ən axırı ayaqyolu, son mənzilin də torpağın altı...
Gör heç təkəbbür sənə yaraşır?!
Çoxlu sayda dostla birgə olub yaşamağın şərt deyil. Şir həmişə öz müqabilində özü kimi bir digərini görmək istəməz...
Mən də torpaqdan, sən də torpaqdan.
Sən elə bilirsən ki, torpağın növləri ona bir qiymət verir?!
Torpaq torpaqdır, ayaq altda qalandır. Nə təkəbbür...?
Köhnə də olsa, izzət libasını gey!
Təzə də olsa, zillət libasını geymə!
İnsan bu həyatda karandaşa bənzəyir. Həyat onu nə qədər yonsa, o karandaş bir o qədər gözəl xətlə yazar...
Həyat bu minvalla insanı yonur, yonur, yonuuur...
Sonda insan aradan gedir, amma arxasınca gözəl xətt qalır...
Ey insan! Həyatda yonulmağın sənin həyat xəttini düzəldir...
Bə'ziləri bilir, düşünmür.
Bə'ziləri düşünür, bilmir.
Bə'ziləri nə bilir, nə də düşünür.
Bə'ziləri də həm bilir, həm də düşünür.
Bir canlı var imiş.
Onu 32 diş, 2 dodaq, 1 ağıl, 2 əl, 1 qəlb, Tək Allah, mühafizəçi mələklər və başqaları qoruyurdu.
Amma yenə də cinayətini edirdi.
Müttəhim: Dil.
Cəzası: Ömürlük həbs.
Təcridxana: Əbədi odlu əzab.
İstəsən biləsən ki, varlı-kasıb, ağdərili-qaradərili, mənsəbli-mənsəbsiz, güclü-gücsüzün arasında əsas fərq Allah qorxusudur, onların çürümüş kəllələrinə baxsan, yetər.
Çürümüş kəllələr bir-birinə necə də çox bənzəyir...
Gözüm ağlayır iki şeyə:
Yalan danışmaq yaşamaq bəhanəsi olub,
yaxşılar da pislərlə iş görür...
Vay olsun parçalanmış ümmətə!
Hər parça özünə ümmət deyir!!!
Bə'zilərinin paltarı onların özündən bahadır...