Qurni-Kərimdə, əfv və bəxşişdən də mühüm bir mərhələyə işarə olunmuşdur. O da budur ki, pisliyə yaxşılıqla cavab verilsin. Şübhəsiz ki, bu əməl insaniyyatın ən ali ruhi səviyyəsi olub, xüsusi əxlaq və ruhiyyə istəyir. Həmçinin, təcavüzkar və günahkarlara dərs veriləcək ən yaxşı yoldur. Bütün bunlər cəmiyyət arasında düşmənçilik və ədavətə son qoymaqdan ötrü ən yaxşı yollardır. Quranın "Fussilət" surəsində bu mətləbə ən yaxşı şəkildə işarə olunur, buyurur:
"Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi yaxın bir dost kimi görürsən! Bu (xislət) yalnız (dünyada məşəqqətlər) səbr edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur! "(Tarix Peyğəmbər İslam. Səh. 342 )
Bu ayədə əvvəlcə, "yaxşılıqla dəf etmək" yolunun möcüzəli təsirinə işarə olunur və bildirilir ki, bu yolla ən qatı düşmənləri, ən səmimi dostlara çevirmək olar. Həmçinin, təkid olunur ki, belə xüsusiyyət yalnız, möhkəm iman, elm və əməli fəzilət sahibi, səbr və dözümli, nəfsani istəklərinin qarşısını ala biləcəkşəxslərə qismət olur.
"Yaxşılıqla dəf etmək" yolunun möcüzəli təsiri ondan başlanır ki, təcavüzkar şəxslər həmişə qarşı tərəfin intiqamının intizarındadırlar. Çox vaxtı batində vicdanları özlərini bu intiqamın müstəhəqqi bilirlər. Lakin, elə ki, onların intizarının əksinə olaraq pisliyə yaxşılıqla cavab görsələr, yatmış vicdanları oyanar və batindən onları islah etməyə başlayar. Onların vicdanları, bu işlə qarşı tərəfin günahsız, özlərinin isə günahkar olduğunu onlara inşan verər. Bununlada, öz pis yollarını dəyişməyə məcbur olarlar.
Qüdrət olan vaxtda əfv etmək
Ümümiyyətlə, birinin əfv və bağışlamağına o vaxt əfv deyilir ki, intiqam almağa qüdrəti olmuş olsun. Bu halda intiqam almaqdan vaz keçsin. Lakin, bir halda ki, birisi initiqam almağa qadir deyil, deyə bilməz ki, bağışladım. Bu məsələni sübuta yetirməkdən ötrü aşağadakı iki nümunəyə işarə edəcəyik.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi