» » İmamın elmi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
İmamın elmi
0
Müəllif: Huseynci Medine | 7-11-2016, 13:00 | Baxılıb: 531

 

İmamın elmi

 

Qur’ani-kərimin bir çox ayələrində bu məsələ diqqət mərkəzində durur, o cümlədən, bu ayədə buyurulur:

وَإِذَا جَاءهُمْ أَمْرٌ مِّنَ الأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُواْ بِهِ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُوْلِي الأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنبِطُونَهُ مِنْهُمْ وَلَوْلاَ فَضْلُ اللّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لاَتَّبَعْتُمُ الشَّيْطَانَ إِلاَّ قَلِيلاً

“Onlara qələbə və ya məğlubiyyət xəbəri gəldikdə, dərhal (təhqiq etmədən) onu yayarlar. Halbuki əgər bunu Peyğəmbərə və ya özlərindən (kifayət qədər elm və qüdrətə malik) olan əmr sahiblərinə desəydilər, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan şəxslər bilərdilər. Əgər Allahın lütf və mərhəməti üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz istisna olmaqla, şeytana uyardınız!”

Başqa bir ayədə belə buyurulur:

فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ

“Əgər bilmirsinizsə, elm əhlindən soruşun!”

Birinci ayədə göstərilir ki, bə’zən müsəlmanlar münafiqlər və İslam düşmənləri tərəfindən yayılan şayiələrlə üzləşirdilər. Onlar hərdən qələbəyə və məğlubiyyətə, hərdən də digər məsələlərə aid şayiə və xəbərlər yayırdılar. Bu da bə’zən onların arasında iğtişaş törədir və ruhdan düşmələrinə səbəb olurdu. Belə hallarda Qur’ani-kərim onlara belə məsləhət görür: “Müsəlmanların xəbərsiz olduğu mühüm ictimai məsələlərdə İslam peyğəmbərinə və ya əmr sahiblərinə müraciət olunsun!”

“Ulil-əmr” “əmr və fərman sahibləri” deməkdir. Şübhəsiz, burada bu söz ordu sərkərdələri mə’nasını bildirilir. Çünki ayənin davamında buyurulur: “Əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan şəxslərə desəydilər, onlar bilərdilər.” Deməli, xəbərsiz olanlar onlara müraciət etməlidirlər. (Diqqət yetirmək lazımdır ki, “yəstənbitunəhu” “nəbət” sözündən götürülmüş, əslində “quyudan çəkilən ilk su” mə’nasını ifadə edir. Müxtəlif dəlil və şahidlərin araşdırılmasına “istinbat” deyilir.)

Bu sifət başçı və ordu sərkərdələrinə yox, alimlərə aiddir. Beləliklə, müsəlmanlara xəbərdarlıq edilir ki, həssas və mühüm hadisələrdən agah olan “əmr sahibləri”nə müraciət etsinlər.

Ayədə qeyd edilən “ulil-əmr”in (əmr sahiblərinin) kimlər olduğu barədə təfsirçilər arasında fikir ayrılığı var. Əvvəldə qeyd etdiyimiz kimi, bə’ziləri onu (xüsusilə Peyğəmbərin (s) iştirak etmədiyi müharibələrdəki) ordu sərkərdələrinə, bə’ziləri fəqih və alimlərə, bə’ziləri ilk dörd xəlifəyə, bə’ziləri vəzifə sahiblərinə, bə’ziləri də mə’sum imamlara aid etmişlər.

Bu beş təfsir arasında sonuncusu daha münasibdir. Çünki ayənin davamında “əmr sahibləri” üçün qeyd edilən iki xüsusiyyətə görə, onu mə’sumlardan başqasına aid etmək olmaz.

Birinci xüsusiyyət belə vəsf edilir: “Xəbərin mahiyyətinə varan əmr sahiblərinə müraciət etsələr, onlara yol göstərərlər!” Uyğun xüsusiyyətin zahiri mə’nası budur ki, əmr sahiblərinin elmi əsla nöqsan, şəkk-şübhə və xətaya uğramaz. Bu isə mə’sumlardan qeyrisinə aid deyil.

İkinci xüsusiyyətdə, əmr sahiblərinin varlığı bir növ ilahi lütf və mərhəmət hesab edilir. İnsanlar onlara itaət etməklə şeytana uymaqdan yayınırlar.

Mə’lum olduğu kimi, mə’sum imamlara itaət şübhəsiz, azğınlıq və şeytana uymağın qarşısını alır. Çünki mə’sum olmayanların özləri də xəta və günaha, şeytanın tələsinə düşə bilərlər!

Əhli-beyt (ə) və əhli-sünnə mənbələrindən bizə gəlib çatan bir çox rəvayətlərdə “əmr sahibləri” mə’sum imamlar kimi təfsir edilmişdir.

Mərhum Təbərsi “Məcməül-bəyan” kitabında imam Baqirdən (ə) nəql etmişdir ki, onlar mə’sum imamlardır.

“Təfsiri-Əyyaşi”də imam Rizadan (ə) nəql olunan bir hədisdə belə buyurulur:

يَعْنِى آلَ مُحَمَّدٍ، وَهُمُ الّذِينَ يَسْتَنْبِطُونَ مِنَ الْقُرآنِ وَيَعْرِفُونَ الْحَلالَ وَالْحَرامَ وَهُمْ حُجَّةُ اللهِ عَلى خَلْقِهِ:

“Məqsəd Məhəmmədin (s) övladlarıdır. Onlar Qur’anı izah edənlər, halal və haramı tanıyanlar və insanlar üzərində ilahi höccətlərdir!”

Şeyx Səduq “Kəmalud-din” kitabında imam Baqirdən (ə) belə nəql edir: “Allahın vilayət (rəhbərlik) və ilahi elminə yiyələnənləri Peyğəmbərin Əhli-beytindən başqasına aid edən kəs Allahın əmrinə qarşı çıxmışdır.”

***

İkinci ayədə (Qur’ani-kərimin “Nəhl” və “Ənbiya” surələrindəki “Fəs’əlu əhləz-zikr, in kuntum la tə’ləmun” ayəsində) isə bütün insanlara göstəriş verilir ki, bilmədiklərini elm və bilik əhlindən soruşsunlar.

Şübhəsiz, ayədə qeyd olunan “zikr” sözü “elm, bilik və mə’lumat” mə’nasını bildirir. Ümumiyyətlə, “əhləz-zikr” sözü bütün elmli, bilikli və mə’lumatlı şəxslərə aid edilə bilər. Buna görə də təqlid məsələsində bir şəxsin alimə müraciətinin zəruriliyini sübut etmək üçün bu ayəyə istinad olunur. Lakin onun tam mə’nada həqiqi timsalı elmini Allah və Peyğəmbərdən (s) irs alanlardır. Onların elmi xəta və səhvdən uzaq, ismət məqamı ilə birgədir. Məhz buna görə də həmin ayə Əhli-beyt və mə’sum imamlara təfsir edilmişdir. Belə ki, imam Rizadan (ə) nəql olunan bir hədisdə bu ayə ilə əlaqədar sualın cavabını belə vermişdir: “Elm və bilik əhli bizik və (hər şeyi) bizdən soruşmaq lazımdır!”

Diqqət yetirmək lazımdır ki, bu və buna oxşar fikirlər əhli-sünnənin on ikiyə yaxın təfsir kitabında nəql olunmuşdur. Həmin təfsir kitabları aşağıdakı alimlərin əsərləridir: Əbu Yusif, İbn Həcər, Müqatil ibn Süleyman, Vəki ibn Cərrah, Yusif ibn Musəl-Qəttan, Qəttadə, Hərbut-Tai, Südey, Mücahid, Müqatil ibn Həyyan, Əbu Saleh və Məhəmməd ibn Musa Şirazi.

Bu təfsir kitablarında İbn Abbasdan nəql olunur ki, “Elm əhlindən soruşun” ayəsində məqsəd Məhəmməd (s), Əli, Fatimə, Həsən və Hüseyndir (ə). Onlar elm, bilik və əql sahibləri, Peyğəmbərin Əhli-beytidir!

Bir sözlə, ayənin məfhumu geniş olsa da, onun kamil nümunəsi elmi xəta və səhvdən uzaq mə’sum imamlardır. Ayə keçmiş peyğəmbərlərin nişanələri, Tövrat, İncil, yəhudi və məsihi alimlərindən sualla əlaqədar nazil olsa da, onun mə’nası deyilənlərlə heç bir ziddiyyət təşkil etmir.

Bildiriş:

Əvvəldə deyildiyi kimi, peyğəmbərlər insanların bütün maddi və mə’nəvi yönlərdə hidayəti, onların dünya və axirət səadəti ilə bağlı vəzifələri layiqincə yerinə yetirmək üçün mütləq qeyri-adi elm və biliyə malik olmalıdırlar. Peyğəmbərin canişinləri olan imamlar da belədir. Onların öhdələrinə düşən ağır məs’uliyyətə görə qeyri-adi elm və biliyə yiyələnmələri zəruridir. Çünki insanlar onlara e’timad etməli, dində rəhbərliyi onlara tapşırmalıdırlar.

Bu elm və bilik xəta, səhv və nöqsandan uzaq olmalıdır. Əks təqdirdə insanların e’timadını qazana bilməzlər, onlar öz fikir və nəzərlərini peyğəmbər və imamın nəzərindən üstün tutarlar. Peyğəmbər və imamın xəta və səhvi qeyd-şərtsiz təslimçiliyə yol vermir. Mütləq e’timad qazanmaq üçün onların ismət məqamında olması zəruri görünür.

Qur’ani-kərimdə Bəni-İsrailin rəhbəri seçilən Talut haqda belə buyurulur:

إِنَّ اللّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ

“Allah-taala sizdən ötrü onu seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük verilmişdir!”

Allah-taala Bəni-İsrailin “biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda o necə bizə padşah ola bilər” sözləri müqabilində buyurdu ki, ilahi rəhbərlik elm və qüvvə ilədir və ona kifayət qədər elm, qüvvə bəxş etmişik.

Həzrət Yusif (ə) Misirin hökumət işində “beytül-mal”a (ümumi əmlak) müdiriyyətə layiq görüldükdə elm, bilik və əmanətdarlığına istinad edərək buyurdu:

اجْعَلْنِي عَلَى خَزَآئِنِ الأَرْضِ إِنِّي حَفِيظٌ عَلِيمٌ

“Məni Misirin xəzinələrinə mə’mur tə’yin et, çünki mən qoruyan və bilənəm!”

Peyğəmbərlərin elmi barəsində qeyd etdik ki, onlar öz vəzifələrini layiqincə yerinə yetirmək üçün mütləq qeyb aləmindən xəbərdar olmalıdırlar. Bu elmə imamlar da malikdir. Onların vəzifələri cahanşümul olduğundan dünyanın bir çox sirlərindən, o cümlədən, keçmiş və gələcəkdən də xəbərdar olmaları zəruridir. Ola bilərmi ki, keçmiş və gələcəkdən xəbərdar olmadıqları halda, vəzifələrini layiqincə yerinə yetirsinlər?! Onların işi zahir və batin, daxil və xariclə birbaşa əlaqədardır. Belə mühüm işləri qeyb aləmindən xəbərsiz yerinə yetirmək qeyri-mümkündür. Bunu imam Sadiqin (ə) diqqəti cəlb edən buyuruğunda görmək olar:

مَنْ زَعَمَ اَنَّ اللهَ يَحْتجُّ بِعَبْدٍ فِى بِلادِهِ ثُمَّ يَسْتُرُهُ عَنْهُ جَميعَ ما يَحْتاجُ اِلَيهِ فَقَدِ افْتَرى عَلَى اللهِ:

“Hər kəs yer üzündə bir bəndənin Allahın höccəti olduğunu, sonra isə Allahın bu bəndənin ehtiyac duyduğunu ondan gizlətdiyini güman edərsə, Allaha iftira yaxmışdır!”

Bəli, keçmiş, bu gün və gələcəklə əlaqəli hadisələrin sirlərindən agah olmaq ilahi höccətin xüsusiyyəti, eləcə də, insanların hidayəti ilə bağlı əsas vəzifələrin yerinə yetirilməsi üçün bir vasitədir. Bir sözlə, imamət məqamının ilk şərti qeyri-adi elmə yiyələnmək, bütün dini maarifdən, cəmiyyətin ehtiyaclarından, onların tə’lim-tərbiyəsi, hidayət və idarəsi ilə əlaqədar məsələlərdən tam xəbərdar olmaqdır. Qeyri-adi elm və biliksiz belə ağır məs’uliyyəti (imamət məqamını) kimsəyə tapşırmaq olmaz.

 

 

Kitabın adı: İmamət haqqın dili ilə

Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.