Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Kərbəla, aşura və İmam Hüsneynin(ə) bu hərəkatı barədə bəzi insanlar belə deyirlər: “Bu iki ərəbin müharibəsidir. Bu məsələnin bizə nə dəxli var?” belə insanlar səhv düşüncəli insanlardır. Qısaca desək onlar Kərbəlanın mahiyyətini başa düşmürlər. Onların savadları, elmləri, İslami sahədə anlayışları və təmiz, pak qəlbləri olmadığı üçün belə sözlər danışırlar. Kərbəla hadisəsi iki ərəbin müharibəsi yox, imanla küfrün qarşı-qarşıya dayandığı bir məsələdir. Bu məsələnin bütün İslam əhlinə dəxli və adiyyatı var. Çünki kərbəlada İslamın varlığı ilə yoxluğu məsələsi həll olunur. Bir müsəlman necə deyə bilər ki, bunun mənə dəxli yoxdur. Məsələn, elə bil bir tacirin şirkətinə girib bütün malını və varını əlindən alıb aparırlar. Tacirə də deyirlər ki bu məsələnin sənə dəxli yoxdur. Əgər bir tacirin ticarətinin ona dəxli yoxdursa, onda bəs nəyin ona dəxli var? Əgər tacirin ticarətinin ona dəxli olmasa, bəs həmin şəxsə nə üçün tacir deyilir? Nəyə görə onun adını dəyişmrlər? Əgər bir sürücünün maşınını əlindən alıb, ona: “bunun sənə dəxli yoxdur” desələr, onda bəs bunun kimə dəxli olar? Əgər onun maşını yoxdursa, ona sürücü deməzlər. Çünki sürücü adı ona maşın etibarı ilə verilir.
İndi əgər İslamı aradan ararıb müsəlmana: “bunun sənə dəxli yoxdur” desələr, necə olar? Belə söz danışan insan öz danışdığı sözün mənasını bilirmi? Kərbəla məsələsinin hər bir müsəlmana dəxli və adiyyatı var. “Bu məsələnin mənə dəxli yoxdur” deyən şəxslərin sözlərindən belə çıxır ki, İslamın ona dəxli yoxdur.
Burada İmam Hüseynin(ə) iki xütbəsini əziz möminlərin nəzərinə çatdırıram. Ötən bəhslərdə qeyd olundu ki, İmam Həsən(ə) Müaviyə ilə sülhnamə imzalamışdı. Həmin sülhnamınin maddələrindən biri bu idi ki, Müaviyənin özündən sonra yerinə heç kəsi hətta oğlu Yezidi belə təyin etməyə ixtiyarı yoxdur.
Müaviyə ömrünün axırlarında İmam Həsənlə imzaladığı sülhnaməni pozmaq fikrinə düşdü. O mənbərə çıxıb həmin sülhnaməni ayaqlarının altına qoydu və camaata belə dedi: Camaat bilin! Həsən ibn Əli ilə imzaladığım sülhnamə ayağımın altındadır. Bir zaman bu sülhnaməni yazıb imzalamışdım elə məsləhət bilirdim. Bu gün də onu ayağımın altına qoyuram və belə məsləhət bilirəm.”
Yəni Müaviyə bu sözləri deməklə bildirirdi ki, hesab-kitab, söz, vədə, peyman, şərəf, hürriyyət və insaniyyət bunların hamısı mənim ayağımın altındadır. Müaviyə bu sözləri açıq şəkildə camaata deyirdi.
Bir gün o, İmam Hüseyni(ə) məclisə dəvət etdi. Müaviyə orada da açıq şəkildə İmam Hüseynə(ə) dedi ki, qardaşınla imzaladığım sülhnaməyə etina və əməl olunmayacaq. Sən də mənim oğlum Yezidə beyət etməlisən. Müaviyə orada bir xütbə oxudu və öz fikrini bildirdikdən sonra oğlu Yezidi tərifləməyə başladı. Məclisdə bir çox adam o cümlədən Yezidin özü də orada əyləşmişdi. Onlar elə bildilər ki, İmam Hüseyn(ə) müaviyənin bu sözlərindən bəlkə sakit qalıb bir söz deməyə. Elə oradaca bu məsələni həll edib ondan söz alsınlar və Müaviyədən sonra Yezidi xilafətə təyin etsinlər. Müaviyə Yezidi tərifləyib sözünü qutardıqdan sonra İmam Hüseyən(ə) ayağa qalxıb özünə və imamətə layiq bir xütbə oxudu: Həzrət bismillahda və salam salavatdan sonra bir neçə cümlə buyurdu. Sonra üzünü Müaviyəyə tərəf tutaraq belə xitab etdi:
Müaviyə! Yezidin barəsində dediyin sözləri başa düşdüm. Onun qabiliyyətindən və siyasətindən danışdın. Bunların hamısı mənə aydın oldu. Müaviyə! Elə bil ki, Yezidin barəsində camaata başqa cür danışırsan. Elə bil bizim tanımadığımız adamın barəsində söhbət edirsən. Elə bil özü burada olmayan adamın barəsində danışırsan. Elə bil xüsusi məlumatı olan insanlar kimi danışırsan. Halbu ki, Yezid indiyə qədər özünü camaata çox yaxşı tanıtdırıb. Hamı onun siyasi fikrini bilir. Onun ictimai pozğunluqlarını və çirkinliklərini hamı gözəl bilir. Yezid öz əməlləri ilə özünü camaata çox gözəl tanıtdırıb. Ehtiyac yoxdur ki, sən yalandan onu camaata tərifləyəsən. Müaviyə sən əgər düzgün adamsansa Yezidi olduğu kimi camaata tanıtdır. Müaviyə! Yaxşı olar ki, sən bir az Yezidin itbazlığından və quşbazlığından danışasan. Müaviyə! Bir az da Yezidin əyyaşlığından, gecə-gündüz pozğun qadınlarla əylənib çal oynamağa məşğul olmasından danış! Əgər beynində başqa fikirlər varsa, onları burax getsin. Müaviyə ömrü boyu qazandığın günahlar sənə azlıq edirmi, indi də özündən sonrakıların günahını boynuna götürüb Allah məhzərinə həmin günahlarla getmək istəyirsən? Müaviyə! Səninlə ölüm arasında bir göz qırpımı qədər vaxt qalıb. Bu nə sözlərdir ki danışırsan? Müaviyə! Bir az da axirətdə dərdinə dəyən sözlərdən danış! O sözlərdən danış ki, camaata xeyri olsun! Özün məgər az zülm etmisən ki, indi də oğlun Yezidi özündən sonraya hazırlaşdırmısan? Elə bilirsən Əmr ibn Ası yanında əyləşdirməklə bir iş görəcəksən? Bir halda ki, onun nə səhabə olduğuna etibar var, nə dininə etibar var, nə də ki, onun bir insanla qohum əqrəba və ya dost olduğunun etibarı var. Bütün bu işləri onun vasitəsi ilə görmək istəyirsən? Müaviyə! Günahkar, dünyaya aldanmış dəli oğlunu bizə hakim etmək istəyirsən? Sən bu işlərlə insanları şək-şübhəyə salırsan. İstəyirsən ki, ləzzəti səndən sonrakılar aparsın və qiyamətdə əzab əziyyət sənə qalsın?1
Həzrətin bu sözlərindən Müaviyə elə bir vəziyyətə qaldı ki, on dəfə ölsəydi ondan yaxşı olardı.
Müaviyə öləndən sonra Yezid Mədinəni valisi Vəlid ibn Ütbəyə namə göndərdi. Namədə belə yazılmışdı: Hüseyn ibn Əlidən iki şeydən birini mütləq mənə göndərməlisən. Ya ondan beyət al, ya da ki, onun başını mənə göndər. Vəlid naməni oxuduqdan sonra İmam Hüseyni(ə) dəvət etdi. O Həzrət Bəni Haşimin bir qrup şərəfli cavanları ilə ora getdi. İmam Hüseyn(ə) onlara buyurdu. Mən içəri daxil olandan sonra orada səsin ucaldığını görsəniz siz də daxil olarsınız. Yox əgər səs küy ucalmasa elə burada qalarsınız. Həzrət içəri daxil olduqda gördü ki, Mərvan ibn Həkəm də oradadır. Onlar Həzrətə yer göstərdilər. Həzrət keçib əyləşdikdən sonra Vəlid ona bildirdi ki, Yezid məktub göndərib ki, sən ona beyət edəsən. İmam Hüseyn(ə) buyrudu: Yəqin ki, məndən beyəti camaata bildirmək üçün alırsınız? Vəlid dedi: Bəli. Həzrət buyurdu: Burada məndən beyət almağın xeyri yoxdur. Yaxşı olar ki, sən bir məclis təşkil edəsən və camaatı ora yığasan. Mən də gəlim orada beyət edim. Vəlid Həzrətlə razılaşdı. Amma Mərvan vəlidin qulağına dedi ki, biz Hüseyni yaxşı tanıyırıq. O, beyət etməyəck.1 Yaxşısı budur ki, məsələni elə buradaca həll edəsən. Ya onu tutub zindana sal, ya da ki başını bədənindən ayırıb Yezidə göndər. Vəlid Mərvanın bu sözlərindən sonra sözünü dəyişdi və Həzrətə dedi: Sən gərək Yezidə beyət edəsən.
Həzrət orada üzünü Vəlid ibn Ütbəyə tutub Müaviyənin və Yezidin gözlərinin içinə deydiyi həmin sözləri buyurdu:
Ey Əmir! Biz əhli-beyt Peyğəmbərin(s) varisiyik. Allah dini bizimlə başlayıb və bizimlə də qutaracaq. Həzrət orada özünü bir daha tanıtdırdıqdan sonra belə buyurdu:
Yezidə gəldikdə isə o, fasiq, içki içən, adam oldürən və açıq aşkarda fəsad törədən bir insandır. Mənim kimi insanlar heç vaxt onun kimi insana beyət etməz!1
Buna görə də hamı bilməlidir ki, Kərbəla məsələsi iki ərəbin savaşı yox, haqq ilə batilin müharibəsidir. Yezid kimi alçaq bir insan İslama son qoymaq istəyirdi. Belə bir insan İslamda xəlifə olub, Peyğəmbərin yerində əyləşmək istəyirdi. Bir halda ki, Peyğəmbər dodaqlarından öpdüyü Hüseyn hələ sağdır. Nəslin hamısı dəyişilməmişdi. Peyğəmbəri görənlərin bəziləri hələ da sağ olduğu bir halda Yezid İslama xəlifə olmaq istəyirdi. İmam Hüseyn(ə) ömrünün sonuna qədər onunla mübarizə etdi. O Həzrət heç vaxt razı olmadı ki, Yezid kimi alçaq, fasiq, günahkar bir insan İslamda xəlifə olub Peyğəmbərin yerində əyləşsin. Həmin müharibə də məhz bu məsələnin üstündə idi.
İmam Hüseyn(ə) öz ailəsini götürüb Mədinədən çıxdı. O Həzrətin körpə balası Əli Əsğər on yeddi gün idi ki, anadan olmuşdu.
Etdim sual bu sözü Loqmani Əqlidən,
On yeddi gündə cəngə məgər südəmər gedər?
Verdi cəvab görsə ki, Quran xətərdədi,
Ari, Rübabın oğlu da döşdən küsər gedər.
Kərbəlaya gedərkən Həzrət şəhərlərdə yol boyu insanlara moizə edib onları haqqa dəvət edirdi. Kərbəlaya çatandan sonra İmam orada bir xütbə oxudu. O xütbənin bir neçə cümləsini əziz möminlərin nəzərinə çatdırıram.
Həzrət camaata üzünü tutub belə buyurdu:
Görmürsünüzmü haqqa əməl olunmur?! Görmürsünüzmü batildən çəkinən yoxdur?! Belə bir zamanda çox yaxşı olar ki, möminlər Allahı ziyarət etsinlər. (Şəhid olsunlar). Mən ölümü səadətdən başqa bir şey görmürəm. Zalımlarla yaşamağı isə özümə zillət hesab edirəm.
Sonra Həzrət belə buyurdu: Camaat dünya quludur. Din də onların dillərinin lağlağasına çevrilmişdir. İslamı müdafiə edərlər o vaxta qədər ki, onların yaşayışlarına ziyan gəlməsin. Amma bəla ilə üz-üzə gəldikdə, yaşayışları xətərə düşdükdə dindarlar çox az tapılarlar.1
İslamı dildə qəbul edən çox tapılar. Amma onların qarşısına bu yolda çətinlik çıxdıqda geri çəkilib dindən üz çevirərlər. İmam Hüseyn(ə) camaata çox moizə etdi. Lakin onlar İslamın belə bir çətin vəziyyətində öz həyat və yaşayışlarının çətinliyindən qorxub Allah dininə kömək etmədilər. Aşura günü kərbəlada İmam Hüseynin(ə) ətrafında cəmi yetmiş iki nəfər kişi qalmışdı. O qədər camaatdan cəmi bu qədər insan qaldı. Aşura günü İmam Hüseynin(ə) imaməti ilə sübh namazı qılındıqdan sonra həzrət üzünü qalanlara tutub buyurdu:
Ey kəramətli və şərəfli insanlar. Ölüm bir körpüdür. Ölüm çətinlikdən asanlığa və cənnətə sarı olan bir addımdır. Kim istəməz ki onu zindandan çıxarıb saraylara aparsınlar? Mən özüm cəddim Rəsuləllahdan(s) eşitdim ki, dünya möminin zindanı, kafirin isə cənnətidir.”1
Aşura günü günorta namazından sonra da Həzrət yenə moizə və nəsihət etdi. Onun bu sözlərini hamı eşidirdi. Həzrət buyurdu:Mənim vəzifəmdir ki sizə moizə edim. Sizə bildirməliyəm ki kiminlə müharibə edirsiniz. Sabah Allah məhzərində deməyəsiniz ki, biz bunu tanımırdıq. Bizə demişdilər ki, bu xaricidir. Xeyr. Camaat bilin ki, mən Əlinin(ə) oğluyam, mən Zəhra(s.ə) balasıyam. Mən Allahın höccətiyəm. Mən Hüseynəm! Məni Peyğəmbərin qucağında dəfələrlə görmüsünüz. Peyğəmbərdən eşitməmisiniz ki, Hüseyn Cənnətin ağasıdır?
İmam Hüseyn(ə) sonuncu dəfə onlara bu moizələri edib onları başa saldı. O həzrətin sözləri düşmən ordusunda kimsəyə təsir etdi, kimsəyə də təsir etmədi. Təsir altına düşənlərdən biri Hürr oldu. O, İmam Hüseynin(ə) yanına gəlib dedi: Ağa mən bilmirdim ki, iş bu yerə gəlib çıxacaq. Əgər mən tövbə etsəm Allah məni bağışlayarmı? Həzrət buyurdu: Bəli, Allah tövbəni qəbul edib səni bağışlayar. Hürr tövbə edib Həzrətin icazəsi ilə döyüş meydanına girdi. Hürrü vurub atdan yerə saldılar. Onu yarımcan halda xeymələrə tərəf gətirdilər. İmam Hüseyn(ə) gəlib onun başı üzərində dayandı və bu sözü buyurdu: “Bu şəhidlər Peyğəmbərlərin şəhidləri kimidir.”
Həzrət Hürrün başı üzərində deydiyi bu sözləri oğlu Əli Əkbərin və başqa şəhidlərin də başı üzərində deyirdi. Bu sözlə aşura günü o həzrətin dilinin əzbəri idi.
Hürr bir an fikirləşməklə haqqı tapdı və İmam Hüseynə(ə) qoşuldu. Sonda da Allah yolunda şəhid oldu.
Həzrətin sözləri Əmr Seydavi adlı bir şəxsə də təsir etmişdi. O da həmçinin İmamın hüzuruna gəlib dedi: Ağa, sənə qurban olum, mən bu vaxta qədər başa düşməmişdim. Amma indi bildim ki, sən və səninlə olanlar haqq yoldasınız. Mən sizin tək qalmağınızı istəmirəm. Həzrət ona baxıb buyurdu: elə isə buyur. Daxil ol döyüş meydanına. Bir neçə saatdan sonra biz də sənə qoşulacağıq.
Əbu Şəsa ləqəbi ilə tanınmış Yezid ibn Ziyad Şəsa adlı bir şəxs də Həzrətin hüzuruna gəlib öz peyşamçılığını bildirdi və tövbə etdi. Həzrətin icazəsi ilə döyüş meydanına girib şəhid oldu.
Həzrətin moizələri bu kimi insanlarda öz təsirini göstərmişdi. Lakin bir çoxu da var idi ki, onlara moizə və nəsihət təsir etmədi. Onlardan da bir neçəsini nümunə üçün qeyd edirəm. Onlardan biri Ömər Səd idi. İmam Hüseyn(ə) onunla çox söhbət etmişdi. Axırıncı dəfə Həzrət ona buyurdu: Ömər Səd, heç Allahdan qorxmursan?! Məni öldürmək istəyirsən?! Bir halda ki, mənim kim olduğumu sən hamıdan yaxşı bilirsən. Ömər Səd! Sənə nəsihət edirəm ki, bu çirkin əməllərini kənara qoyub haqqa tərəf gələsən.
Ömər Səd dedi: Ağa, mənim hicazda evim və mal dövlətim var. Əgər sənə qoşulsam, qorxuram ki, mal-dövlətimi əlimdən alıb, evimi dağıtsınlar.
Həzrət buyurdu: Sənə söz verirəm ki, Hicaza qayıdandan sonra sənin evini əvvəlkindən də gözəl düzəltdirib, öz malımdan sanə səninkindən də çox verərəm. Razısanmı?
Ömər Səd dedi: Ağa, mənim mənim əhli-əyalım və uşaqlarım oradadır. Qorxuram ki, sənə qoşulsam onlara bir ziyan vursunlar.
Həzrət buyurdu: Ömər Səd, Allah səni bağışlamasın.
Ömər Səd İmamın moizə və nəsihətlərini qəbul etmədi.
Abdullah ibn Hürr Cüəfi də Yezidin tərəfdarlarından idi. Mənzillərin birində İmam Hüseyn(ə) onunla rastlaşdı. Həzrət ona buyurdu: Mən bilirəm ki, sən çox günahkar bir adamsan. Amma səni elə bir tövbəyə dəvət edirəm ki, bütün günahların təmizlənər.
Cüəfi dedi: Ağa, mən hamıdan gözəl bilirəm ki, hər kim gəlib sənə qoşulsa və kömək etsə, izzət və səadətə çatacaq. Mən gəlib sənə qoşuldum qoşulmadım onsuz da səni öldürəcəklər. Buna görə də sənə qoşulmağımın heç bir xeyri olmayacaq. Amma mənim gözəl və bərk qaçan bir atım var. Əgər istəyirsənsə onu sənə bağışlayım. Bundan əlavə gözəl və möhkəm bir qılıncım var ki, hər kəsə bir zərbə endirsən, ikinci zərbəyə ehtiyac olmaz. Onu da sənə verirəm.
Həzrət ona baxıb buyurdu: Ey Hürrün oğlu, elə bilirsən sənin atına və qılıncına ehtiyacım var? Mən səni hidayət etmək istəyirəm. İstəyirəm ki, sən Peyğəmbərin əhli-beytinə kömək edəsən. Əgər özün gəlmək istəmirsənsə, sənin at və qılıncın mənə lazım deyil.
İmam Hüseynin(ə) sözləri onlarda təsir qoymadı. Çünki onlar dünyaya aldanmış elə insanlar idi ki, qəlblərində zərrə qədər də olsun hidayət yeri qoymamışdılar.
Aşura günü Həzrətin bütün yar və ənsarları gedib şəhid oldu. Axırda Həzrət altı aylıq balasını da oxladılar. Uşağın boğazından qan açıldı. Həzrət onu əllərinin çində tutub belə buyurdu: bu mənzərəni görmək mənə çox asandır. Çünki bu mənzərəyə mənim Allahım da tamaşa edir.
Hamı şəhid olmuşdu. Həzrət izzətlə meydana tərəf irəliləməyə başladı. Xanım Zeynəbin səbri tükəndi və dözə bilməyib qardaşını səslədi. Zeynəbin səsi Həzrəti saxladı. Həzrət ona tərəf gəlib gördü ki, bacasının səbri tükənir.
Dil dedi, Zeynəb! dilə gəldi İmam,
Aşiq –dilvapəsini etdi ram.
Sənlə mənimdür dedi, xunin qiyam,
Nişləri nuş eyləyib qıl davam.
Yar baxır, ağlama. Ay zi-məqam!
Olma belə, qalibe bicane eşq
Sinəvi qəmlər oxuna baz elə
Hikməte nasutiyə sən naz elə
Aləme lahutiyə pərvaz elə
Fatimə tək eşqdə ecaz elə
Əhməde Muxtari sərəfraz elə.
Səy elə, ol silsilə cunbane-eşq
Ruzi əzəl mətrəh olanda bəla
Çatdı bəla ilə bizə Kərbəla
Mən bu biyabanidə ollam fəda
Ta nəfəsin var, sənə var ibtila
Eşq giriftarinə yoxdur dəva.
Dərdidür tənha, bacı, dərmane-eşq
Eşqimizin var əbədi dövləti.
Həqq özü vermiş bizə bu neməti,
Neyləyirəm cano səro itrəti,
Bəsdi mənə dilbərimin vəsləti,
Xəncəru-şəmşir ilə var ləzzəti,
Yar baxa doğrana qurbane-eşq.
Xanım Zeynəb İmam Hüseynin(ə) bu sözlərdən sonra sakitləşdi. Qardaşını meydana yola salıb özü isə xeymələrə tərəf qayıtdı.
Həzrət İmam Hüseyn(ə) döyüş meydanına daxil oldu. Uzun çəkən döyüşdən sonra Həzrəti oxlayıb atdan yerə saldılar. düşman bundan istifadə edib qarət etmək üçün xeymələrə hücum çəkdilər. Həzrət başını qaldırıb son sözünü onlara belə buyurdu:
Ey Əbu Süfyanın üməti! Əgər dininz yoxdursa, heç olmasa mərd və azad insanlar olun! Qayıdın öz ata babanızın adətinə! Ərəblər heç vaxt insanın gözü baxa baxa onun ailəsinə tərəf getməz. Bəs siz ərəb deyilsiniz?! Öz ərəbliyinizi də unutmusunuz?! Mən sizinlə döyüşürəm, siz də mənimlə döyüşün! Qadınların burada günahı nədir?!
Bu sözlər İmam Hüseyn əleyhis-salamın son sözləri idi. O Həzrətin hər bir sözü və hər bir hərəkəti bütün insanlara həyat, əbədiyyət, insaniyyət, şərəf və izzət dərsləridir. Dünyada azad və izzətlə yaşamaq istəyən hər bir insan üçün İmam Hüseyn(ə) ən gözəl nümunədir. O Həzrət izzətlə yaşadı və izzətlə də şəhid oldu. Heç vaxt zalıma baş əymədi. O Həzrət dəfələrlə buyurmuşdur: Mən ölümü izzət, zalımlarla yaşamağı isə özümə zillət hesab edirəm.
Kitabın adı: İmam Hüseyn (ə) məktəbi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |