Bir nəfər İmam Həsən (əleyhissalam)-ın yanına gəlir və həzrətin müqabilində əyilib öz hacətini yerə yazır. İmam da onu müşahidə edirdi. ərəb belə yazır:
"Mənim yanımda heç bir şey qalmayıb ki, onu bir dirhəmə satıb hacətimi alam. Sizin mənim halıma nəzər salmağınız kifayətdir. Yalnız, bir miqdar abır –həyam qalmışdı və onu hifz edirdim. İndi də sizi ona müştəri tapdım! "
İmam Həsən (əleyhissalam) öz xadimini çağırıb soruşur ki, sənin yanında nə qədər pulumuz qalıb? Ərz edir ki, on iki min dirhəm pul qalıb. Həzrət buyurur: Onu bu fəqirə təqdim et! Mən ondan həya edirəm. Xadim sanki, təəccüblənən kimi olur ki, yəni, bütün pulları ona verim? Həzrət buyurdu: Ver! Allaha xatir yaxşı niyyətdə ol. Xadim pulları sailə verəndə, Həzrət saili səsləyib, buyurur: Bizi üzürlü bil. Bundan artıq bir şeyimiz yox idi. Sonra belə məzmunda bir şer buyurdu:
"Tələsik bizim yanımıza gəldin, sənə az pay çatdı. Əgər başqa vaxtı gəlsəydin və bizə möhlət versəydin, səhlənkarlıq etməzdik. Bu az bir hədiyyəni al, sanki heç bir mal satmamısan və müamilə etməmisən. Sanki, bizdə sənin abır–həyanın müştərisi deyilik və onu almamışıq." (Nisa surəsi-48 )
İnsanın sailə verdiiyi sədəqə əvvəlcə, Allahın əlinə çatır. Sədəqə barəsində olan rəvayətlərdən zikr etdik. Bu cəhətdən sailə heç də minnət qoyub, onun şəxsiyyətinə zərbə vurmaq olmaz. Bu hədisdə gördük ki, İmam Müctəba (əleyhissalam) özünün yüksək dərəcəli məqam və ruhiyyəs ilə saillə necə rəftar edir. Əvvəla, evində hər nəyi vardısa sailə verir. İkinci, az verdiyinə görə üzürxahlıq istəyir. Bu da əslində, Həzrətin məktəbinin tərəfdarlarına böyük bir tərbiyəvi dərsdir.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi