İmam Hüseyn (ə)-dan hacət
İbni Əsakir özünün "Tarix Kəbir" kitabında yazır:Bir nəfər dilənçi Mədinəninküçələrindən keçərək İmam Hüseyn (əleyhissalam)-ın evinin yanına çatır. Qapını döyüb belə dedi:
"Bu vaxta kimi heç bir dilənçi sənin hədiyyəndən məyus olmamış, hər kim qapını döymüşsə, məyus olmamışdır. Sizlər, bəxşiş sahibi və sərçeşməsi sayılırsınız. Alicənab babalarınız isə fasiqləri məhv edənlərdir.! "
Həzrət namaz halında idi. Namazı tez qılıb dilənçiyə tərəf gəlir. Fəqirin solmuş üzünü müşahidə edir. Qənbəri çağırıb buyurur: Nə qədər pulumuz var? Ərz edir: İki yüz dirhəm varımızdı. Əmr etmişdiniz ki, onu da övladlarınıza verim. Həzrət buyurur: Onlardan da ehtiyaclı gəlib. Get pulu gətir. Qənbər pulu gətirib fəqirə verir. Həzrət fəqirin şerinin cavabında belə buyurur:
"Bu hədiyyəni götür. Mən səndən üzr istəyirəm. Bil ki, sənə qarşı mərhəmət və mehribançılığım var. Əgər başqa cür olsaydı, bizim hədiyyəmiz sizin başınızdan yağardı. Lakin, zəmanə dəyişib və dünya bizim əlimizdə azdır. "
Fəqir ərəb hədiyyəni alıb dalı-dalı çölə çıxır və bu məzmunda şer deyir:
"Siz Əhli-beytə pak və təmizlik libası geyindirilib və hər yerdə adınız çəkilsə, sizlərə salam göndərirlər. Böyüklərimizsiniz. Kitab elmi, İlahi vəhy və Quran sizin evinizdədir. Hər kim nisbət verilərkən Əlinin övladlarına nisbən verilməsə, heç bir iftixarı yoxdur! "(Üsul Kafi. c. 2.)
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi