Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Ocak 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
İmam Hüseyn (ə) bizə həqiqi namaz qılmağı öyrətdi
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ
Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! Allah qarşısında xüşu edərlər.
İmam Hüseynin(ə) Aşura günü Kərbəla qiyamı ilə bütün insanlara öyrətdiyi dərslər həm insanın dünyasına həm də axirəti üçün böyük əhəmiyyət kəsb edir. İmam Hüseynin(ə) aşura günü Kərbəla qiyamında bütün müsəlmanlara öyrətdiyi dərslərdən biri budur ki, insan məkanından və hər bir vəziyyətindən asılı olmayaraq Allaha təvazökarlıqla namaz qılıb Onun qarşısında əyilməlidir.
Yuxarıda qeyd etdiyimiz ayədə Allah-təala təvazökarlıqla namaz qılan möminlərin nicat tapacağı barədə söhbət açaraq buyurur:
Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! Allah qarşısında xüşu edərlər.
Bu ayədə möminlərin ən tanınmış və görkəmli xüsusiyyətlərindən, yəni möminlər üsulid-dindən sonra əməl edəcəkləri ilk xüsusiyyət xüşu ilə Allah qarşısında namaz qılmalarından söhbət açılmışdır.
Xüşu insanın cismində olan təvacökarlıqdır ki, onun ruhunda öz təsirini əks etdirir. Mömin o şəxsə deyilir ki, cismində olan təvazökarlığın vasitəsilə ruhunda da həmin təvazökarlıq hiss olunsun.
Həzrət Peyğəmbərin(s) dövründə bir nəfər məsciddə namaz qılırdı. Lakin namaz əsnasında əlini saqqalına aparıb saqqalı ilə oynayırdı. Həzrət Peyğəmbər(s) bu hadisəni müşahidə etdi və bir cümlə buyurdu ki, o Həzrətin bu cümləsindən xüşu sözünün nə demək olduğu aydın oldu.
اَما اَنَّهُ لَوْ خَشَعَ قَلْبُهُ لَخَشَعَتْ جَوارِحُهُ
Əgər bu şəxsin qəlbində Allaha təvazökarlıq olsaydı, bədən üzvlərində də təvazökarlıq hiss olardı.
Bu hədisdən məlum olur ki, əgər insanın ruhu Allah qarşısında əyilərsə, cismi də əyilər. Cismin Allah qarşısında əyilməməsi ruhun əyilməməsindən irəli gəlir. Buna görə də Allah təala ayədə təvazökarlıqla ibadət edib Onun qarşısında namaz qılan möminlərin nicat tapmasını zikr etmişdir.
Namaz Allahla insan arasında olan bir söhbət və Onun insana verdiyi nemətləri qarşısında etdiyi təşəkkürdür. Buna görə də Allahın insana verdiyi nemətlər müqabilində gündə on yeddi rəkət namaz qılmalıdır. Bu növ təşəkkürü Allah Özü insanlara buyurmuşdur.
Buna əsasən də Allaha təşəkkür etmək istəyən bir şəxs gündə on yeddi rəkət namaz qılmalı və hər rəkətdə də alnını iki dəfə torpağa qoymalıdır. İnsan namaz qılarkən Allaı böyük təriflərlə zikr etməlidir. İnsan namazda rüku edərkən “Sübhanə Rəbbiyəl əzimi və bihəmdihi” Pak və münəzzəhdir əzəmətli olan Allah və Ona həmd edirəm. Səcdə edərkən “ Sübhanə Rəbbiyəl əla və bihəmdihi” Pak və münəzzəhdir uca olan Allah və Ona həmd edirəm. Zikrləri deyilməlidir.
Qeyd etmək lazımdır ki, insan namaz qılarkən fikri namazda olmalıdır. Belə olmasın ki, namaz qılarkən fikri oyan buyanda olsun. Bəzi insanlar namaz qılarkən fikri istədiyi bir əşyanın, bəziləri öz ticarətinin yanında qalır. Birdə ayılıb görür ki, namazı qılıb qurtarıb.
Ümumiyyətlə insan namaz qılarkən fikri yalnız Allahla olmalı və dediyi hər bir sözün mənasını da başa düşməlidir.
Həyatda elə insanlar da vardır ki, namaz qılarkən fikri yalnız Allahla olur və qapı döyülsədə, telefon zəng çalsa belə onun fikrini Allahdan ayırmır. Çünki Allahla söhbət etməyin şirinliyindən fikri yalnız Allaha zikr etməklə məşğuldur. Bu məsələni daha da aydınlaşdırmaq üçün bir misalı qeyd etmək lazım olur. Uşaqlar küçədə və ya idman zallarında futbol oynayarkən yıxılır, əzilir lakin ağrı hiss etmirlər. Oyun nə qədər şirin olsa yıxılıb əzilənlər onun ağrısını hiss etmirlər. Qapıçının fikri yalnız qapıda və topda olur ki, top qapıdan içəri keçməsin. Top onun üstünə gəldikdə o da topa sarı atılır. O topu tutarkən hansı səmtə yıxılacağını və əziləcəyini düşünmür. Onun əsas məqsədi topu tutmaqdır. Topu tutandan sonra ürəyi sakitləşir. Lakin oyunun şirinliyindən yıxılıb əzildiyi yaraların ağrısını hiss etmir. Oyun qurtardıqdan sonra baxıb görür ki, əlində aə ya ayağından qan axır. Başa düşür ki, oyun əsnasında harasa dəyib yaralanıb. Lakin o anda oyunun şirinliyi əlinin və ya ayağının hara dəyməsini və yaranın acılığını tamamilə aradan aparmışdır.
İnsan vardır ki, onun mərifət və düşüncəsi bir top qədərdir ki, oyunun şirinliyindən bədənində olan ağrıları hiss etmir. Lakin elə insan da vardır ki, Allaha ibadət etməyin şirinliyindən bədənində olan qılınc və ox yaralarının ağrısını hiss etmir.
İmam Hüseyn(ə) Aşura günü Kərbəlada ömrünün axır anlarında gözləri qanla dolmuş və bədənində ox və qılınc yarası olduğu halda üzünü torpağın üzərinə qoyub Allahla münacat edərək belə deyirdi:
الهى رضا بقضائك و تسلما لأمرك لا مَعْبُودَ سِواكَ يا غِِياثَ الْمُسْتَغِثِينَ
İlahi, Sənin qəza və qədərinə razı və əmrinə təsliməm. Səndən başqa Məbud yoxdur ey pənahsızların ən ulu pənahı.
İmam Hüseyn(ə) ömrünün son anlarında Allahla münacat etməyin şirinliyindən bədənindəki yaraların ağrısını, övladlarını tamamilə unutmuşdur.
Bəh-bəh nə gözəl səslənüri oxlar həvadə,
Heç nəğmeyi davud olammaz bu sədadə.
Bir zərrə əziyyət eləmir yarəli sinəm,
Heç bilmeyürem harda qalıb nazlı səkinəm.
O Həzrət ömrünün son anlarında belə Allaha ibadət edir, hətta ürəyindən axan qanı avucuna doldurub göyə səpərkən Allahla münacat edirdi.
Qoyun ürək yolun ənvari həqqə baz eləyim,
Çəkim ürəkdəki peykanı kəşfe raz eləyim,
Bu ox yerindən axan qana dəstəmaz eləyim,
Bu hal ilə iki rəkət qoyun namaz eləyim.
İmam Hüseyn(ə) Allahla o qədər şirin münacat etdi ki, axırda Allahdan cavab gəldi. Ey mənim həbibim adımı bir də zikr et ki, məhəbbətimiz təzələnsin.
Deyəndə səcdədə sübhanə rəbbi,
Diriltdi vacibatü müstəhəbbi
Dedi ləbbeyk, ona zati mürəbbi
Həbibi uzkurismi təzdud hubbi
Hüseyn canandan aldı bu cəvabi.
Allah-təala Kərbəlada İmam Hüseyn(ə)-ı bir insaniyyət, hzürriyyət, azadlıq və həqiqət sərgisi kimi bütün insanlara, Peyğəmbərlərə və mələklərə nümayiş etdirirdi.
Allah-təala insanı xəlq edərkən mələklər dedilər: İlahi, insanı yaratma. O gəlib yer üzündə qan tökəcək. Aşura günü Allah göyün hicabını kənara çəkib mələklərə əmr etdi ki, Mənim bəndəmə baxın! Siz deyirdiz insanı yaratma. Mən bütün aləmi Hüseynə görə yaratmışam.
İmam Hüseyn(ə) Allahla münacat etməyin şirinliyndən Allahdan başqa heç kəsi düşünmür və övladlarının harada və necə olmasını da fikirləşmirdi.
Qoymurlar gər ziyarətüvə əhli-beytüvi,
Ərvahi ənbiya ilə zəvvarunam sənün.
Eşqün bir olsun at nəzəründən Rüqəyyəni,
Mən saxlaram o tifli nigəhdarunam sənün.
İmam Hüseyn(ə) qəlbində olan kiçik məhəbbətlərin hamısını Allah məhəbbətinə qurban verdi. O Həzrət Allaha mərifətlə ibadət etməsi nəticəsində bədənində olan bütün ağrıları unutmuşdu. O Həzrəti heç bir şey Allaha ibadət etməkdən və Onunla münacat etməkdən ayıra bilmədi. Çünki o, qəlbində Allah sevgisini hər şeydən üstün bilirdi.
Bu bəhsdən də belə nəticə alırıq ki, insan Allaha ibadət edərkən qəlbində yalnız Allahın məhəbbəti olmalıdır. İnsan yalnız bu yolla Allahla əlaqə yarada bilər. İnsanın yaradılmasından da əsas məqsəd Allahla əlaqə yaratmaqdır.
Buna görə də insan Allahla əlaqə yaratmaq üçün gərək mərifət, düşüncə ilə namaz qılmalıdır. Və namaz əsnasında fikiri başqa yerdə olmamalıdır. İnsan namaz qılarkən hər şeydən öncə bilməlidir ki, kimin hüzurunda dayanıb və kiminlə söhbət edir. Bunun üçün də özünü hazırlamalı ədəb, ərkan və düşüncə ilə namaz qılmalıdır.
Mərhum şəhid Mürtəza Mütəhhərinin həyatı barəsində yazırlar ki, o sübh namazını qılmaq üçün dəstəmaz aldıqdan sonra paltarlarını qəba və əbasını geyinib əmmaməsini başına qoyar, ətir vurduqdan sonra namazını qılardı. Onun həyat yoldaşı deyir ki, şəhid mütəhhəri özünü namaz qılmaq üçün elə hazırlayardı ki, kənardan baxan şəxs elə bilirdi ki, o, harasa getmək istəyir.
Rəhmətlik İmam Xomeyninin barəsində yazılır ki, o həmişə namazdan öncə özünü namaz qılmaq üçün hazırlayardı. O həmişə namazdan öncə özünə ətir vurardı. Onun ömrünün axırlarında həkimlərdən biri deyir ki, namazdan öncə ətir vurarda, bir gün ona iynə vurduq ki, rahat yata bilsin. O başa düşdü ki, bu iynəni ona yatmaq üçün vururam. Mənə buyurdu: iynəni vurun, lakin xahiş edirəm ki, namaz vaxtı məni oyaadasınız. O yuxuya getdi, lakin mən onu oyatmadım. Azandan bir neçə dəqiqə keçmişdi ki, imam özü yuxudan ayıldı. Onun üçün yemək gətirdilər. O buyurdu: yeməyin vaxtıdırmı? Dedilər bəli. Soruşdu bəs namazın vaxtı necə, azan deyilibmi? Dedilər bəli, bir az bundan əvvəl azan verilib. İmam çox narahat oldu və buyurdu: axı mən sizə demişdi ki, məni namaza oyadasınız. İmam əvvəl namazı qıldı, sonra onun üçün gətirən yeməyi yedi. Onun yanında olanlardan biri deyir ki, imam həmişə namazdan öncə özünə ətir vurduğu kimi, ömrünün son anlarında da belə özünü namaza hazırlayıb ətir vurardı.
Odur ki, insan namaz qılarkən özünü namaza hazırlamalı və namaz halında da fikri yalnız namazda olmalıdır.
İmam Hüseyn(ə) Aşura günü öz hərəkatı ilə bütün dünya müsəlmanlarına öyrətdiyi dərslərdən biri budur ki, insan özünü namaza necə hazırlamalı və namaz qılarkən fikri də namazda Allahla olmalı və çətin vəziyyətlərdə də olsa belə namaz qılmağı öyrətmişdir.
İmam Hüseyn(ə) o gecəni ibadətdlə sona yetirdi və nəhayət aşura günü gəlib çatdı. Döyüş başlandı və İmamın qoşunu ilə düşmən qoşunu qızğın müharibə edirdi. İmam özü də döyüşürdü. Səhabələrdən biri olan Sümamə gəlib İmama dedi: Ağa namazın vaxtıdır. İmam Hüseyn(ə) ona buyurdu:
جَعَلَكَ الله مِنَ الْمُصَلِّينَ ذَكَرْتَ الصَّلاة
Sümamə, Allah səni namaz qılanlardan qərar versin ki, namazı yad etdin.
İmam əmr etdi ki, döyüşü saxlasınlar. Döyüş dayandı, imam günorta namazına qılmağa başladı. Düşmənlərdən biri dedi: O qılan namaz qəbul deyil. Həbib ibn Məzahir onun bu sözlərindən qəzəbləndi və gəlib ona dedi: Ey ulaq, sən qılan namaz qəbul olur, lakin Allahın höccəti qılan namaz qəbul deyil? Həbib ibn Məzahiri elə oradaca şəhid etdilər. İmam namaz qılarkən səhabələrdən bir neçəsi İmamın kənarında qalxan kimi dayanmışdılar. Düşmənin atdığı oxlar onların sinələrinə sancılırdı. Lakin onlar öz imamlarını qoruyurdu.
Tarixin bu hadisəsindənməlum olur ki, Kərbəlada şəhid olanlar namaz qurbanlarıdır. Onlar namazın diri qalması üçün öz canlarını Allah yolunda qurban verdilər.
Bar-ilaha şahid ol axır namazımdır mənim,
Boğazımdan axan qan dəstəmazımdır mənim
Siffeyn müharibəsində İmam Əli(ə) döyüşərkən tez-tez göyə baxırdı. İbn Abbas soruşdu: Ya Əmirəl-möminin nə üçün tez-tez göyə baxırsan? İmam buyurdu: baxıram ki, namazın vaxtı daxil olan kimi namaz qılım. İbn Abbas dedi: Ya Əmirəl-möminin müharibənin bu vəziyyətində sən namaz qılmaq istəyirsan?
İmam buyurdu: İbn Abbas, mən məhz namazın diri qalması üçün vuruşuram.
Həzrət Əli(ə)-ın bu müharibədə belə bir hərəkəti və İmam Hüseynin(ə) Aşura qıldığı namaz bütün insanlara namaz qılmağı və onun insan üçün böyük əhəmiyyət kəsb etdiyini öyrədir.
Ardı var. 9 dərsdən ibarətdir.
SEYYİD ƏLİ ƏKBƏR OCAQNEJAD
BAKI-2003
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
اَلْحَمْدُ ِللهِ رَبِّ الْعالَمِينَ وَالعاقِبَةُ لِلتَّقوى وَ الْيَقِينِ وَالصَّلاةُ وَالسَّلامُ عَلى اَشرَف ِ الأَ نْبِياءِ وَالْمُرْسَلِيَنَ حَبِيبِينا وَحَبِيب ِ اِلهِ الْعالَمِينَ اَبِى الْقاسِمِ مُحَمَّدٍ وَعَلى آلِهِ الطَّيِّبِينَ الطّاهِرِينَ َولَعْنَةُ اللهِ عَلى أَعْدا ئِهِمْ أَجْمَعِينَ ِ
Kitabın adı: İmam Hüseyn (ə) məktəbi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |