Mən qalmışam səhrada əmmə getmə
Mən qalmışam səhrada əmmə getmə
Yox bir gələn imdadə əmmə getmə
Qaldım mələr çöllərdə misli ahu
Bir qorxulu səhrada por həyahu
Qaçdım bir az hər səmtə dildə ya Hu
Dilxəstəyəm oftadə əmmə getmə
Hətmən çox incitdim səni nəvadən
Qəhr eylədin, doydun bu binəvadən
Nazım çəkibsən əmmə Neynəvadən
Biçarəyəm sal yadə əmmə getmə
Ğəmlər mənə üz verdi hər tərəfdən
Xaliydi səhra abiylə ələfdən
Müşgil qoşani səslərəm Nəcəfdən
Gəlməz babam fəryadə əmmə getmə
Əmmə amandır saxlayın qətari
Aclıq susuzluq aldı ixtiyari
Az qaldı solsun ömrümün bəhari
Lütf eylə bu naşadə əmmə getmə
Çəkmək yətimin nazini çətindi
Amma yətim dürdanə Hüseyindi
Allah səni məcur edər yəqindi
Çox əcri var, iqabda əmmə getmə
Getdi əlimdən izzətim, cəlalim
Az sinnidə çoxdur, ğəmim, məlalim
Sili yerindən nilidir cəmalim
Yandım ğəmi bidadə əmmə getmə.