Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Kərbəladan çıxan dərslərlə mənəvi mərəzlərin müalicəsi (3-cü hissə)
Bu mərasimlərin, bu məclislərin çoxlu faydaları var. Bunlardan ən mühümü budur ki, biz ibrət götürürük. Bu məktəbdən, bu nuraniyyətdən ibrətlər götürürük. Çünki bu məktəbdə çoxlu ibrət götürməli, öyrənilməli nüanslar var. Çoxlu bəhrə aparılmalı məsələlər var. Aşura məktəbi ibrətlərlə doludur. Ən böyük ibrətləridən biri də budur ki, Aşura məktəbi bizə içimizdəki mərəzlərə, xəstəliklərə, naqisliklərə, eybəcərliklərə qarşı ayıq-sayıq olmağı öyrədir. İçimizdəki viruslara qarşı diqqətli olmağı öyrədir. İnsanın cisminin müəyyən xəstəlikləri, mərəzləri var və bu mərəzlər, mikroblar münasib bir məqam gözləyərlər ki, üzə çıxsınlar. Həmin mərəzlər fürsət axtarırlar, bəzən adam gözləmədən onlar üzə çıxır. Bədəndə olan bu mərəzlər üzə çıxanda bizdən icazə almadığı kimi, istədikləri vaxt hərəkətə keçdikləri kimi, bizim mövcudiyyətimizin əsas hissəsi olan ruhumuzda da bu cür mərəzlər, mikroblar mövcuddur. Həmin mikroblar da münasib vaxt gözləyirlər. Bu mikrobların tarix boyu ümmətə vurduqları zərbələr göz önündədir.
Necə olur ki, Həzrət Peyğəmbərin (s) dövründəki bir toplum müsəlmandır, iman gətirib, mömindir, amma Kərbəlada belə bir müsibət törədir?! Peyğəmbər (s) zamanından cəmi 50 il keçməsinə rəğmən, həmin toplumun üzvlərinin öz daxilindəki xəstəlikləri, mikrobları müalicə etmədiyinə görə, bir gün şəxsiyyətlərinin bu səviyyəyə qədər deqradasiyası, tənəzzülü baş verə bilir.
Zahirdə iman gətirənlər
Aşura günü bu müsibətləri törədənlər haradansa gəlməmişdilər, onlar zahirdə müsəlmanlar idi, zahirdə namaz qılanlar, oruc tutanlar idi. Onlar zahirdə imanlı qiyafə ilə bu cinayətlərə qol qoyurdular. Deməli, zahirən müsəlman olmalarına, imanlı qiyafəsində olmalarına rəğmən, içlərində mərəzlər var imiş. O mərəzlər Aşura dönəmində hərədə bir cür üzə çıxdı. Birində məqam, vəzifə mərəzi olur və bu mərəz Aşurada hər şeyi üstələyir. Birinin dünyaya məhəbbəti, pula, mala düşkünlük mərəzi var idi. Bunu özü üçün vasitə deyil, hədəf seçmişdi. Bu mərəz Aşura günü baş qaldırır və öz daşıyıcısını büdrədir. Onu İmamı (ə) qətlə yetirməyə qədər bir bəşəri cinayətə getməyə sürükləyir. Bir başqasının qorxaqlıq mərəzi var, onu da orada yaxalayır. Hərəni bir cür yaxalayır. Birinin əqli mərəzi var, dar düşüncəyə malikdir, hər şeyə ağ və qara baxır və bunu müalicə də etməyib. Şübhələri var, dünyanın dərkinə gəlib çatmayıb. Bu mərəz də Aşura günü baş qaldırır və o da gəlib bu cinayətlərə əl qoyur. Kiminsə “mənəm-mənəm”lik xəstəliyi var. Şeytan lənətlik o mərəzi də yaxşıca himayə edir, onu yerbəyer edir. Və bir gün seçim vaxtı “mənəm-mənəm”lik ab-havası onu bədbəxt edir.
Müəllif: Hacı İlqar İbrahimoğlu - ilahiyyatçı-filosof
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |