Quranda borc verməyə baxış
Təğabun surəsində, mal-dövlətdən söhbət açıb onu fitnə kimi ünvanlaşdırdıqdan sonra buyurur:
"Əgər Allaha (Allah yolunda) gözəl (könül xoşluğu ilə) borc versəniz, Allah sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbilən və həlimdir! "(Hədid surəsi-11 )
"Qərz" (borc) sözü ərəbcədən, bir şeyin qət olunmasına deyilir. Əgər "həsənə" (gözəl), sözü ilə birlikdə işləsə, maldan ayırıb xeyir işə sərf etmək mənasındadır. Ayədən məlum olur ki, borc vermək günahların bağışlanmasına səbəb olur. Həmçinin, məlum olur ki, Allah-taala da Öz bəndələrinə bu əməlin müqabilində böyük mükafatlar verməklə, onlardan təşəkkür edir. Hədid surəsində oxuyuruq:
"Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, Allah da onun əvəzini qat-qat artırsın?! Onu həm də çox qiymətli bir mükafat gözləyir! "(Hədid surəsi-18 )
Yenədə həmin surədə buyurur:
"Şübhəsiz ki, infaq (Allah yolunda xərc) edən kişi və qadınların, Allah yolunda gözəl (könül xoşluğu ilə) borc verənlərin mükafatları qat-qat artırılacaqdır. Onları həmdə çox qiymətli bir mükafat gözləyir! "(Təfsir nümunə .c.23.səh.344 )
Bəziləri ehtimal verirlər ki ayədəki, "gözəl borc" sözündən məqsəd, bəndələrə borc verib sonra onu almaqdır. Çünki, Allahın Özünün borca ehtiyacı yoxdur. Mömin bəndələrin borca ehtiyacları vardır. Lakin, ayələrin ləhnindən məlum olur ki, "gözəl borc" sözündən məqsəd, "Allah yolunda xərc etmək" nəzərdə tutulur. Bununla belə bəndələrə borc vermək də böyük fəzilət sayılır.(Bəqərə surəsi-245 )
Quranın Bəqərə surəsində buyurur: "Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, Allah da onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada) gördüyünüz işlərin əvəzini almaq üçün Onun hüzuruna qaytarılacaqsınınız.”(Bəqərə surəsi-278 )
Quranda riba (sələmçilik) haqqında
Qeyd etdiyimiz kimi İslam dinində ən mühüm məsələlərdən biri də, borc vermək və ümumiyyətlə, sədəqə və Allah yolunda xərc etməklə yoxsullara kömək etməkdir. Borc verənin niyyəti yalnız, Allaha görə olmalıdır. Bu barədə, Quran ayələrini də zikr etdik. Bunun müqabilində Quran elə bir məsələni də açmışdır ki, bu gün əksər cəmiyyətlər ona mübtəla olmuşdur. Bəqərə surəsində oxuyuruq:
"Ey möminlər! Əgər doğurdanda iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! Əgər belə etməsəniz, o zaman Allaha və Onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, səmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar." (Bəqərə surəsi -275-276 )
Birinci ayədə deyilir: Sələm yemək, iman ruhu ilə yol getməz. İkinci ayədə sələm yemək, Allah və Peyğəmbəri ilə müharibə kimi ünvanlandırılıb. Əgər sələmçi bu işdən tövbə edərsə, onun barəsində ədalətlə hökm olunar. Yəni, əsl sərmayələri gəlirsiz olaraq onlara qaytarılar. Bu zaman nə səlmçi zalim olar, nə də borcluya zülm olunmuş olar. Həmin surədə başqa ayədə buyurur:
"Sələm (faizli borc verməklə) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan vurmuş (dəli) kimi qalxarlar. Bunların belə olmaları: "Alış-verişdə sələm kimi bir şeydir! ”- dedikləri ucundandır. Halbuki, Allah alış-verişi halal, sələm almağı isə haram etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur. Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafir və günahkarı sevməz. "(Təfsir Nümunə. c.2. səh.272 )
Ərəbcə "xətb" sözü, insanın öz müvazinətini saxlaya bilmədən yol getməsi və ya durmasına deyilir. Bu ayədə sələm yeyən divanə və yol gedə bilməyənə oxşadılıb. Görəsən bu sözdən məqsəd, sələm yeyənlərin cəmiyyətdəki yollarına işarədir ki, onların bu əməli dəlilikdir?Yəni, onlarda, həmdərdlik, köməklik, insani hisslər və dostluğun mənası yoxdur.
Yoxsa, ayədən məqsəd, qiyamətdə əməllərinin təsirindən dəlilər kimi qalxıb məşhur olmalarıdır? Əksər müfəssirlər ikinci ehtimalı qəbul edirlər. Çünki, insanın o dünyadakı vəziyəti, bu dünyadakı əməllrinin təcəssümüdür. Ehtimal da var ki, hər iki məna nəzərdə tutulsun.İmam Sadiq (əleyhissalam) hədislərin birindəbuyurur:
"Sələm yeyən dünyada bir növ dəlilik xəstəliyinə mübtəla olmayınca dünyadan getməz! "(Bəqərə surəsi-280 )
Bu məqamda belə bir sual qarşıya çıxır ki, dəlilik və divanəliyin qaynağı Şeytandandırmı? Yaxud, dəlilik bir çox tanınmış amillərin səbəbindən əmələ gəlmiş bir növ ruhi xəstəlikdir? Cavabında demək lazımdır: Bəziləri mötəqiddirlər ki, ayədəki "Şeytan vurmuş" sözündən məqsəd, bir sıra ruhi xəstəliklərdən kinayədir. Bu cür ifadə, o vaxt ərəblər arasında çox işlədilirmiş. Lakin, çoxda uzaq nəzərə gələn deyil ki, Şeytan insana toxunmaqla, insanbir sıra hiss üzvlərini əldən versin və bunun da nəticəsində düzgün təfəkkür və məntiqi fikirləşmək qüdrəti insanda yox olsun!Hər halda bu ayədə, dünya və Axirətdəsələm yeyənlərin vəziyyəti bəyan olunur.
Sələm yeyənlər deyirdilər: Alış-veriş də sələm kimi bir şeydir. Onların nə fərqi var? Hər ikisi müamilədir. Quran onların cavabında buyurur: Allah-taala alış-verişi halal, sələm yeməyi isə haram buyurmuşdur. Fərq çox aydındır. Çünki, adi alış-verişdə hər iki tərəf bərabər olub, alverin xeyir və zərərində şərikdirlər. Halbuki, sələm alverində sələmçi heç vaxt zərər görmür. Bundan əlavə, adi alver və ticarətdə hər iki tərəf istehsal və məsrəfdə qədəm atırlar. Halbuki, sələmçinin bu əməlində heç bir müsbət cəhət yoxdur. Bütün bunlardan əlavə, sələmçiliyin yayılması ilə sərmayələr napak şəxslərin əlinə düşür və iqtisadiyyatın kökləri təzəlzül tapır. Halbuki, düzgün ticarət, sağlam sərvətin artmasına səbəb olur. Sələmçilikdə təsəvvür olunan başqa zərərlərdən biri də, sələmçilik cəmiyyətintəbəqələri arasında düşmənçilik və müharibələrin sərçeşmələri sayılır. Amma, düzgün ticarət belə deyildir.
Ali-İmran surəsinin 130-cu və Nisa surəsinin 159-cu ayələrində də sələm barəsində bəhs olunmuşdur. Lakin, ixtisar üzündən biz onlara işarə etmirik. Nəticə budur ki, İslam, infaq, sədəqə və borclar verməyə təşviq edir. Ancaq, sələmçilik və təbəqələşmənin vücuda gəlməsinin qarşısını alır.
Borcluya möhlət verilməsi
İmam Səccad (əleyhissalam) buyurur: "Borclunun imkanı varsa, öz borcunu saxlamadan ödəməlidir. Əgər imkanı yoxdursa ona möhlət verilməlidir ki, borcunu verməyə qüdrəti olsun.”Qurni-Kərim bu barədə buyurur:
"Əgər sizə borclu olan şəxs çətin vəziyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək itəyirsinizsə, (borcu) ona bağışlamağınız daha yaxşıdır! "(Şafi .c.2.səh.110 )
Keçən bəhslərdə, borc və sələmçilik barəsində olan ayələri araşdırdıq. Bu ayədə, tələbkarın heç bir faiz olmadan öz haqqını almasının ardınca borclunun da hüquqlarından birinə toxunulur. O da budur ki, əgər borclular öz borclarını verməkdə qüdrətləri yoxdursa, cahiliyyət dövründəki kimi onun üstüna faiz gəlib sıxıntıda saxlamamalı, əsl borcunu qaytarmaqdan ötrü ona möhlət verilməlidir. Bununlada, borclunun nə vaxt imkanı olsa,öz borcunu qaytarsın. Əslində, həmin ayənin izahı olan İslam qanunlarında aşkarcasına gəlib ki, heç kimin icazəsi yoxdur ki, borclunun öz borcunu qaytara bilməməsindən ötrü onun həyatında zəruri olan şeylərini ondan alsınlar. O cümlədən, evini və başqa yaşayış vəsilələrini ondan tələb etsinlər. Bəlkədə, tələbkar yalnız, zəruri şeylərdən artıq olan şeyləri tələb etməyə haqqı vardır. Bu da İslamda zəif təbəqələrin hüquqlərını müdafiə edən bir növ insani haqqdır.
Ayənin ardınca bundanda yuxarı mərhələyə işarə olunur. O da budur ki, həqiqətən, əgər borclu öz borcunu ödəyə bilmirsə və tamamilə acizdirsə, yaxşı olar ki, tələbkar bir addım da böyük bir insani addım atsın və öz pulundan Allaha xatir keçsin. Bu əməl, hər cəhətdən tələbkarın insaniyyətinə xeyir gətirər. Hər kim bu işin mənafesini anlasa onu təsdiqləyər.
Əgər bu ayəni, İmam Səccad (əleyhissalam)-ın buyurduğu:"Malını ondan alıb onunla(tələbkarla) pis rəftar eləmə. Çünki, bu alçaqlıqdır"– sözləri ilə müqayisə etsək onda görərik ki, Quran və onun ardınca İmamət, (İmamlar) şəri məsələri müsəlmanlara necə də gözəl ifadə ilə çatdırıblar. Tələbkar və borclunun hüquqlarını ən yaxşı üslubla izah etmişlər.
Bu hüquq bəhsinin sonunda mərhum Feyz Kaşaninin "Şafi" kitabının ikinci cildində, borcunu qatarmaqdan aciz olana,onu bağışlamağın savabı haqqında gətirdiyi rəvayətlərin bəzisinə işarə edirik:
İmam Sadiq (əleyhissalam) hədislərin birindəbuyurur:
"Kim istəyir, o gün ki, Allahın kölgəsindən (rəhmətindən) başqa heç bir kölgə yoxdur,Haqqın kölgəsində qərar tutsun? (Bu cümləni üç dəfə təkrar edir. Camaat yığışıb bu məslənin cavabını gözləyir) Həzrət buyurur: Hər kim borcludursa və borcunu qaytara bilmirsə, ona möhlət verin! Yaxud, öz haqqınızı ona bağışlayın. Bu əməlin nəticəsi, Qiyamət günü həzrəti Haqqın rəhmətində qərar tutmaqdır! "(Şafi .c.2.səh.110 )
Yenə də İmam Sadiq (əleyhissalam) hədislərin birindəbuyurur: "Günlərin birində, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) mənbərə çıxıb buyurur: Həmd və tərif Allaha məxsusdur. Peyğəmbərlərə salam olsun! Sonra buyurur: Ay camaat! Hər kim şahiddir və mənim sözlərimi eşidirlər olmaynlara da xəbər versinlar. Agah olun! Hər kim borcunu qaytara bilməyənə qüdrəti olana qədər möhlət versə, Allah-taala tələbkarın borcu qayıdna qədər, hər günü üçün bütün malının sədəqə verməsinin ölçüsndə ondan ötrü savab yazar.”(Şafi .c.2.səh.110 )
Sonra İmam Sadiq (əleyhissalam) Quran ayəsinə işarə edir: "Əgər sizə borclu olan şəxs çətin vəziyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək itəyirsinizsə, (borcu) ona bağışlamağınız daha yaxşıdır!”. Buyurur: Borclu çətin vəziyyətdədirsə, öz malnızı ona sədəqə verin! Bu sizin öz xeyirinizədir.
İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:
"İnsana qüdrəti olan halda borcunu saxlayıb təxirə salması halal olmadığı kimi tələbkara da halal deyil ki, borclunun imkanı olmayan halda ondan borcunu tələb etsin!"(Şafi .c.2.səh.110 )
İmam Sadiq (əleyhissalam)-a buyurdular: "Abdurrəhman ibni Siyabənin boynunda ölmüş bir kişinin borcu vardı. Biz onunla söhbət etdik ki, onun borcundan keçib ona bağışlasın, o isə qəbul etmədi. İmam buyurdu: Vay olsun ona! Məgər bilmir ki, əgər bağışlasa, hər dirhəmin müqabilində on dəfə artıq mükafatı var? Əgər bağışlamasa, bir dirhəmin müqabilində bir dirhəm savab aparır!"(Biharul-Ənvar. C.74. səh.185)
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi