» » İmamət bəhsləri nə vaxtdan başladı?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmamət bəhsləri nə vaxtdan başladı?
    0
    Müəllif: Huseynci Medine | 27-09-2016, 18:00 | Baxılıb: 1 043

    İmamət bəhsləri nə vaxtdan başladı?

    İslam peyğəmbərindən sonra canişinlik məsələsi ilə bağlı mübahisə yarananda bir qrup Peyğəmbərin (s) özünə canişin tə’yin etmədiyini və bu işi ümmətin öz öhdəsinə qoyduğunu iddia etdi. Dedilər ki, ümmət bir yerə toplaşıb, öz aralarından bir nəfəri rəhbər seçməlidir. Həmin şəxs hökuməti idarə etməli, xalqın nümayəndəsi olaraq rəhbərlik vəzifəsini yerinə yetirməlidir. Hərçənd, İslam tarixində belə bir seçki əsla baş vermədi. Xəlifəliklə bağlı ilk mərhələ yalnız səhabədən təşkil olunan kiçik bir dəstənin tə’yini, ikinci mərhələ səsvermə, üçüncü mərhələ isə altı nəfərdən ibarət bir şura vasitəsilə başa çatdı. Bu növ təfəkkür tərzinin tərəfdarları “əhli-sünnə” adlanırlar.

    Bu fikrə müxalif qrupun əqidəsincə, Peyğəmbərin (s) canişini Allah tərəfindən tə’yin olunmalıdır. Çünki o, ümmətin maddi və mə’nəvi rəhbərliyini öhdəsinə götürmək, İslamın əsaslarını qorumaq, dini yaşatmaq, şər’i hökm və Qur’anın incəliklərini şərh etmək üçün Peyğəmbər (s) kimi yüksək elmə malik olmalı, günah və xətaya yol verməməlidir. Bu qrup “imamiyyə”, yaxud “şiə” adlanır. Bu ad Peyğəmbərdən (s) nəql olunan hədislərdən götürülmüşdür. Belə ki, əhli-sünnənin məşhur mənbələrindən sayılan “Əd-durrul-mənsur” kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur: “Biz Peyğəmbərin (s) yanında idik. Bu zaman Əlinin (ə) bizə tərəf gəldiyini gördük. Peyğəmbər (s) buyurdu:

    ...اِنَّ هذا وَ شِيعَتَهُ لَهُم الْفائِزُونَ يَوْمَ الْقِيامَةِ

    “O və onun şiələri qiyamət günü nicat tapacaqlar.” Bu məqamda “İnnəl-ləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-bəriyyəh” («Həqiqətən, iman gətirib saleh iş görənlər yaradılmışların ən yaxşılarıdır») ayəsi nazil oldu.” 

    Hicri-qəməri 5-ci əsrin məşhur əhli-sünnə alimi Hakim Nişapuri “Şəvahidut-tənzil” kitabında Peyğəmbəri-əkrəmdən (s) müxtəlif sənədlərlə bu məzmunu ifadə edən iyirmidən artıq rəvayət nəql etmişdir. O cümlədən, İbn Abbasdan belə nəql olunur: “Həqiqətən, iman gətirib saleh iş görənlər yaradılmışların ən yaxşılarıdır!” ayəsi nazil olanda, Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu:

    هُوَ اَنْتَ وَ شيعَتَكَ...

    “Bu ayədə məqsəd sən və sənin şiələrindir!”

    Başqa bir hədisdə Əbu Bərzədən nəql olunur ki, Peyğəmbəri-əkrəm (s) bu ayəni tilavət etdikdən sonra buyurdu:

    هُمْ اَنْتَ وَ شيعَتَكَ يا عَلِىّ

    “Ya Əli! Onlar sən və şiələrindir!”

    Bu hədis əhli-sünnə İbn Həcərin “Əs-səvaiq” və Məhəmməd Şəbləncinin “Nurul-əbsar” kimi mö’təbər kitablarında da qeyd olunmuşdur.

    Bu rəvayətlərə əsasən, imam Əlinin (ə) tərəfdarları və ardıcıllarının adını Peyğəmbəri-əkrəmin (s) özü tə’yin etmişdir. Bə’zilərinin bu ad və ünvandan narahat olub onu pis yad etməsi, “ş” hərfi ilə “şər”, eləcə də, “ş” hərfi ilə başlanan digər pis sözlər kimi nəzərdə tutması təəccüblü deyilmi?!

    Doğrusu, həmişə məntiqi dəlillər üzərində hərəkət etməyə cəhd göstərən bir tədqiqatçının belə sözlər deməsi maraqlıdır! Halbuki hər bir sözün hərflərini asanlıqla pis və ya yaxşı mə’nalarda yozmaq olar.

    Ümumiyyətlə, şiəliyin yaranışı İslam peyğəmbərinin vəfatından sonraya yox, elə o həzrətin öz zamanına təsadüf edir. Peyğəmbər (s) bu adı imam Əlinin (ə) dostları və ardıcıllarına aid etmişdir. İslam peyğəmbərini Allahın rəsulu kimi tanıyanlar yaxşı bilirlər ki, (Qur’an ayəsinə əsasən,) o həzrət nəfsani hisslər əsasında danışmır, bütün dedikləri vəhydən qaynaqlanır. Əgər o həzrət “Ya Əli, sən və ardıcılların qiyamət günü nicat tapanlardansınız”, – deyə buyurmuşsa, demək, bu əsl həqiqətdir.

     

    Kitabın adı: İmamət haqqın dili ilə

    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.