Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Məişət işlərinə aid vəsiyyətlər
Məskən, paltar, dostla oturub-durmaq, ailə həyatı qurmaq, həyat yoldaşı ilə rəftar və övlad tərbiyə etmək haqqında vəsiyyətlər
Oğul, səy et imkan daxilində kiçik də olsa, yaşamaq üçün bir mülk və ya şəri cəhətdən yaşamağı caiz olan bir ev əldə edəsən. Çünki maliki olduğun və ya mülk misalında olan bir ev (kiçik də olsa) dünya və din cəhə-tindən geniş, icarə olan evdən yaxşıdır. Çünki icarə olunan evdə sakin olmaq zillət düçar olmağa bais olar.
Ey oğul, hər vaxt ev almaq və ya icarə etmək istəsən qonşular haqqında təkidlə axtarış et. Əvvəl qonşu sonra ev. Həqiqətən mən bundan qafil oldum, nəticədə uzun müddət qonşularımdan mənə elə narahatçılıqlar yetişdi ki, onların bəzilərinə dözmək az qala mənim taqətimdən xaric oldu. Əgər Allah taalanın lütfü və hifzi olmasaydı onda mən xoşa gəlməz vəziyyətdə qalardım.
Ey oğul, əgər sənin məskəninin təmirə ehtiyacı olsa onda onun hamısını bir ildə təmir etmə. Hər il onun bir tərəfini təmir et. Əvvəllər təmir etdiyin yerin hamısını sökmə. Onun möhkəm olan yerini saxla. Çünki təcrübə olunub ki, hər kim evini bir ilin içində əsaslı surətdə təmir etsə o evdə sakin olmaq ona nəsib olmaz və ondan doymaz. Bundan əlavə möhkəm olan yeri sökmək malı tələf və israf etməkdir.
Ey oğul, evini hər cəhətdən əsaslı təmir etməkdən pəhriz et. Mal-dövlət sahibi olanda lazım olan miqdarı təmir etməklə qane ol. Çünki dünya əbədi qalmaq və şadlıq yeri deyil. Ondan o qədər istifadə et ki, sənə bəs etsin. Ehtiyacını yox etmək üçün lazım olan qədər dünya malı ilə qane ol. Qalan malları isə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in pak zürriyə-lərinə, şiələrin yaxşılarına, əta etməkdə onların subaylarını evləndirməkdə, onların kasıblarına kömək göstərməkdə və s. yerlərdə xərclə. Oğul, əgər imkanın olsa geniş bir ev al. Çünki insanın səadə-tindən biri hər iki dünyada evinin geniş olmasıdır.
Oğul, Allah taala mənə və sənə o səadəti nəsib etsin. Ey oğul, sənə tövsiyə edirəm (Allah taala səni təqva paltarı ilə geyindirsin) orta səviyyəli paltarlardan gey ki, o cür paltarı varlı və yoxsul geyir. Çünki sən əgər yoxsul olsan o cür paltar geyməklə həddini aşmış sayılmazsan. Onunla camaatın mallarını və haqqını lazım olan miqdardan artıq xərcləməklə pis vəziyyətdə qalmazsan. Əgər varlı olsan orta səviyyəli paltar geyməklə xərcində dünyada zahid olarsan və fəqirlər sənə müsəllət olacaq. Çünki bu yaramaz dünya daim dəyişməkdədir. Əgər sənin nəfsin orta səviyyəli paltarları geyməyə adət etsə onda dünya malı səndən üz döndərəndə sənin yoxsul olmağın bilinməz. Əgər sənin nəfsin varlıların geydiyi paltarlara adət etsə, dünya səndən üz döndərəndə əgər adət etdiyin paltarları geyinməyə davam etsən onda öz nəfsini qüdrətin çatmadığı şeyə vadar etmiş olarsan. Bəzi vaxtlar ona görə harama giriftar olarsan. Əgər əvvəllər geydiyin paltarlardan aşağı dərəcəli paltar geysən onda həyatındakı boşluq, paltarındakı və üzündəki zillət zahir olar.
Ey oğul, nadir fəxri paltar geyməkdə, zahidlikdə və dəbdəbədə ifrata uğrama. Çünki bu iş qadağan olunub. Ən yaxşısı ortabab olmaqdır. Oğul, paltar geyəndə şəri cəhətdən məqsədə uyğun paltarlardan gey. Pak və təmiz olsun. Ağlın və şəriətin hökmünə əsasən təmiz kətan paltar çirkin xəz paltardan üstündür.
Ey oğul, (Allah taala sənə yaxşı dostlarla oturub-durmağı nəsib etsin) hər vaxt bir nəfərlə oturub-durmaq istəsən bax gör kiminlə oturursan. Çünki insan müsahibi ilə tanınır. Oğul, əqidəsi xarab, günahkar, şəxsiyyətsiz, rəzil, yaramaz, pis adət və əxlaq sahibi olan adamlarla oturub-durma. Çünki insan hər bir müsahibindən onun xislətlərini götürür. Oturub durmaq özü insana təsir edən bir işdir. Həzrət Əmirəl-möminin əleyhissalama mənsub olan külliyyat bu dediyimi əhatə edib: “Cahil qardaşınla oturub-durma, ondan uzaq gəz.”. Nə qədər dünyada cahil adamlar var ki, onunla qardaşlıq edən aqil adamı həlak edib. Kişini onunla yol gedən adamla müqayisə edərlər. Hər bir şeyin başqa şeylər arasında bənzəri var. Rəvayət olunub ki, Loğman oğluna dedi: “Ey oğul! Öz elmin üçün bir dost seç”. Əgər müsahiblərini Allah taalanı zikr edənlərdən görsən onda onlarla otur-dur. Əgər özün alim olsan elmin sənə fayda verəcək və əgər cahil olsan onda onlar sənə öyrədəcəklər. Çünki bununla ümid edirəm ki, Allah taala onlara öz rəhmətini şamil edər və o rəhmət səni də onlarla bir yerdə əhatə edər.
Həzrət Əbul-Həsən İmam Museyi Kazim əleyhis-salamdan rəvayət olunub: “Həqiqətən alimlə zibilliyin üstündə oturub söhbət etmək cahil adamla məxmər xalça üstündə söhbət etməkdən yaxşıdır”. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunub: “Həvarilər (Həzrət İsa əleyhissalamın şagirdləri) İsa əleyhissalama dedilər: -Ey Ruhullah, biz kiminlə oturub-duraq? Həzrət İsa əleyhissalam buyurdu: -Hər kimin görüşü Allah taalanı sizin yadınıza salır, məntiqi sizin elminizin artmasına kömək edir və elmi sizi axirətə qarşı rəğbətləndirir onunla oturub-durun”.
Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: “Din əhli ilə oturub-durmaq dünya və axirət üçün şərəfdir”.
Kitabın adı: Miratur-Rəşad (Hidayət güzgüsü)
Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |