» » Təhsildə qəsdi-qürbət (hissə 2)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6721

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6705

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Təhsildə qəsdi-qürbət (hissə 2)
    0
    Müəllif: Fatimə Nuri Xuda | 15-09-2016, 19:00 | Baxılıb: 518

     

     Təhsildə qəsdi-qürbət

     

    Heç ağla sığmır ki, bu cür şərafətli məxluqu (insanı) icad etməkdə qərəz, dünyəvi nemətlər olsun. Məxsusən bu nemətlər müvəqqətidir və eyni zamanda çətinlik və bəlalarla qarışıqdır. Belə olan halda məqsəd başqa bir şey olmalıdır ki, o da axirətdə veriləcək mənfəətlərdir. Həqiqətdə bunlar nemətlərin ən böyüyü və bəxşişlərin ən qiymətlisidir. Belə olan halda heç vaxt bir kəsə əvəzsiz verilməyəcək və bəndənin ona ləyaqəti nəticəsində hasil olacaqdır. Ləyaqət isə bu dünyada əməlin vasitəsi ilə ələ gəlir və əməl də qabaqcadan onun keyfiyyətinə (xüsusiyyətlərinə) vaqif olmaqla (bu isə fiqh elminin vəzifəsidir) hasil olur. Bu böyük mənfəəti ələ gətirmək üçün fiqh elminə doğrudan da ehtiyac duyulur”. O, Əban ibn Təğlibin İmam Sadiq əleyhissalamdan nəql etdiyi rəvayəti gətirmişdir: “Çox istərdim əshabımın başları üzərin-də qamçı ilə dayanıb onları fiqh elmində çalışmaq üçün məcbur etsinlər”.
    Əli ibn Həmzənin İmam Sadiq əleyhissalamdan nəql etdiyi rəvayətdə deyilir: “Çalışın dinin hökmlərində fəqih olasınız. Həqiqətən sizlərdən dinində fəqih olmayan hər kəs bədəvi ərəb kimidir”. Allah taala Qurani Kərimdə buyurur: “Gərək onlar dində fəqih və müctəhid olsunlar. Onlar təhsil alıb el-obalarına qayıdanda öz tayfalarını Allah taalanın hökmlərini bəyan etməklə onları Allah taalanın qəzəbindən qorxutsunlar. Bununla da onlar qorxub Allah taalaya itaət edəcəklər”.
    Müfəzzəl ibn Ömərin İmam Sadiq əleyhissalamdan nəql etdiyi rəvayətdə deyilir: “Həqiqətən hər kim Allah taalanın dinində fəqih olmasa Allah taala qiyamət günü ona etina etməyəcək və onun heç bir əməlini islah etməyəcəkdir”.
    Müfəzzəl ibn Ömər Həzrət İmam Cəfər Sadiq əleyhissalamdan belə nəql edir: “Allah taalanın dinində ictihad edib fəqih olun və bədəvi ərəblər kimi olmayın. Həqiqətən hər kim Allah taalanın dinində fəqih olmazsa Allah taala qiyamət günü ona nəzər salmaz və onun heç bir əməlini islah etməz”.
    İbrahim ibn Əbdulhəmidin İmam Kazim əleyhis-salamdan nəql etdiyi rəvayətdə deyilir: “Bir dəfə Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) məscidə daxil olanda gördü ki, camaat bir nəfəri dövrəyə alıblar. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: -Nə olub belə? Dedilər:-Bu əllamədir (bilicidir). Həzrət buyurdu: -Əllamə nədir? Ərz etdilər:-Bu adam ərəblərin nəsəbləri, onların əhvalatları, cahiliyyət dövrü və ərəb şerlərinə hamıdan çox agahdır. Həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: -Bu bir elmdir ki, onu bilməyənə heç bir zərər yetirməz və onu bilənə də heç bir fayda verməz. Sonra Həzrət (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Həqiqi elm üç şeydən ibarətdir: Düzgün əqidə, əxlaq və sabit sünnətdən. Bu üç şeydən sonra bilməli nə varsa yalnız fəzilətdir”.
    İmam Baqir əleyhissalamdan nəql olunub ki, o Həzrət belə buyurub: “Kamal-dində fəqih olmaq, müsibət-lərə səbr etmək və həyatda iqtisad və qənaətlə dolanmaqdan ibarətdir”.
    Həmmadın İmam Sadiq əleyhissalamdan nəql etdiyi rəvayətdə deyilir: “Hər vaxt Allah taala öz bəndəsinə bir xeyir vermək istəsə onu dinində fəqih edər”.
    Həzrət İmam Sadiq əleyhissalamdan belə rəvayət olunub: “Alimlər ümmətin əmin adamları, təqvalı adam-lar fəth olunmaz qalaları və vəsilər isə rəhbərləridir-lər”.
    Ey oğul, bil və agah ol! həqiqətən elmi müzakirə etmək ibadətdir və sən də elmi müzakirələrdən uzaq olma. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: “Elmi müzakirə edib bir-biriniz ilə bəhs edin və bir-birinizə hədis nəql edin. Həqiqətən hədislər qəlblərin cilalayıcısıdır. Qılınc paslandığı kimi qəlblər də paslanır və qəlblərin pasını təmizləyən hədislərdir”.
    İmam Baqir əleyhissalam buyurub: “Allah taala rəhmət etsin elmi dirçəldən bəndəyə. Elmin dirçəlişi isə din və təqva əhlinin onu müzakirə etməsidir”.
    Ey oğul, (Allah taala səni elm öyrənmək və saleh əməllərdə müvəffəq etsin) əgər zamanın tələbinə görə zillətə və yaxud qeyri-şəri yollara düçar olmaqdan qorxub pul qazanmağa məşğul olsan da belə təhsildən kənar düşməməlisən. Belə bir zamanda günün bir hissəsini təhsilə, digər hissəsini isə qazanca sərf etməlisən. Rəvayətlər əsasında təcrübə olunub ki, insanların ruzisi əvəlcədən bölüşdürülüb, nə səy göstərməklə artar və nə az səylə azalar.
    Ey oğul, belə bir vaxtda bütün ömrünü təkcə öz güzaranını yaxşılaşdırmağa sərf edib, təhsili birdəfəlik tərk etməkdən özünü gözlə ki, nəticədə heyvan səviyyəsinə yaxud ondan da aşağı bir səvviyyəyə düşərsən. Bundan sonra dini vəzifələrini anlama-yacaqsan, oxuduğun Quran və dualar dilində lağlağaya çevriləcək, amma mənasını başa düşməyəcəksən.
    Oğul, mən rövzə oxuyub dolanışığını təmin etməyi sair qazanc yollarından sənə üstün bilirəm. Çünki rövzə oxumaqla sən, dini mətnləri araşdıracaqsan. Bu da sənin təhsilini davam etdirməyinə kömək olacaqdır.
    Oğul, əgər rövzə oxumağı özünə peşə seçdinsə dilini Əhli-beyt (əleyhimussalam)-a yalan və böhtan deməkdən qorumalısan. Hər vaxt məclisdə hər hansı bir müsibəti oxuyarkən onun səhih mənbədən nəql etdiyini (əgər varsa) qeyd etməli və ya savadlı, alim adamlardan eşitdiyin hekayətləri söyləməlisən. Elə güman etmə ki, camaatın ağlamağına səbəb, onlara çoxlu rövzə və müsibət oxumaqladır. Xeyr, əksinə hüzn, qəm və ağlamaq şiənin qəlbinə müsibəti gözəl bəyanla yetirməklə hasil olur. Buna görə də Əhli-beyt (əleyhimussalam)-dan hər birinin müsibətini oxumaq istədikdə əvvəlcə onun kəramətlərindən birini, sonra isə onun müsibətini zikr et. Çünki bunun qəlblərdə müsibətin təsir qoymağına böyük əhəmiyyəti vardır. Necə ki, bu, təcrübə və müşahidə olunmuşdur.
    Oğul, heç vaxt təbib olmağa meyl göstərmə. Çünki tibbin xətəri böyükdür və ağır nəticələri çoxdur. Sonradan o nəticələrdən qurtulmaq çox çətindir, məxsusən öz əlinlə müalicəni aparmış olsan.
    Ey oğul, əgər təhsildə elmin yuxarı mərtəbəsinə yetişdinsə heç vaxt rəyasət arzusunda olma və nəfsini ona tərəf meyl etməyə qoyma. Çünki rəyasət insanı həlakətə çəkər, onun dinini məhv edər. Həzrət İmam Sadiq əleyhissalamdan rəvayət olunub: “Hər kim rəyasət arzusunda olsa həlak olar”.
    İmam Sadiq əleyhissalam buyurub: “Rəyasətdən özünü qoru və camaatın dalınca sürünməkdən çəkinin. Ravi deyir: İmam əleyhissalama ərz etdim:
    -Sizə qurban olum, mən dediyiniz rəyasəti başa düşdüm. Amma camaatın dalınca getmək məsələsinə gəldikdə isə, mənim malımın üçdən iki hissəsi bu yolla əlimə gəlir. Həzrət buyurdu: -Xeyr, məqsədim bu deyil. Heç vaxt bacarıqsız bir adama rəhbərlik verib onun hər sözünü təsdiq etmə”.
    Mən sənə agah, bu işdə təcrübə görmüş bir adam kimi xəbər verirəm ki, əgər bu işdə (rəyasət sahibi olsan) haqqın acılığını üzərinə götürüb onu müdafiə etsən, heç vaxt qəlbində rahatlığın olmayacaq və camaatın arasında da məzəmmət olunacaqsan. Amma əgər camaatın meyli ilə hərəkət etsən onda axirətini əlindən verəcəksən. Oğul, rəyasətdən yırtıcıdan qaçdığın kimi qaç. Çünki səni ibadətdən ayıran və camaat arasında məzəmmətə düçar edən bir şeyin heç bir xeyri yoxdur. Mən ömrümdə elə bir vəzifə sahibi görməmişəm ki, elminə, dininə vəfadar olsun və kənardan təzyiqlərə məruz qalmasın. Bəzən olub ki, adamın bütün malını və namusunu özlərinə halal, ona böhtan və söyməyi caiz və hətta onunla “Hərbi kafir” (yəni heç bir cəhətdən ehtiramı vacib olmayan kafir) kimi rəftar ediblər.
    Ey oğul, məbadə rəyasətə çatmaq üçün müqəddimə və hazırlıq görəsən! Çünki bu işinlə özünü həlakətə aparar, rahatlığını və dinini əldən verərsən. Əgər hər hansı bir vəzifə icbari surətdə sənə tapşırılarsa onda sənə vacibdir ki, nəfsini hər an onun fitnəsindən qoruyasan. Çünki onun xətəri böyük, inhirafı çox, mənfəəti az və zərəri böyükdür. Onun acı nəticələrindən salamat qurtaranlar çox azdır.
    Ey oğul, alim üçün ən qorxulu olan şeylərdən səni nəhayət dərəcədə çəkindirir və onlardan uzaq olmağı sənə tövsiyə edirəm: Onlardan biri qəzavət və hakimlikdir. Həqiqətən qəzavət xətərli zəhər və müalicəsi mümkün olmayan xəstəliyə bənzəyir. Oğul, ondan uzaq ol! Çünki qəzavət qədəmlərin haqq yolundan azdığı və sürüşdüyü yerdir. Məxsusən indiki zamanda dindarlar çox azdır və şeytanın bəndələri və hiyləgər adamlar çoxdur. Belə olan surətdə hansı ağıllı adam bir işin ki, sahibləri dörd qisimdir və o dörd qismin üçü cəhənnəmdə, yalnız bir qismi cənnətdə olacaq onu özünə peşə seçər?! Hansı tacir bir ticarətə əl atar ki, faydası zərəri ilə bərabər olmaya?! Dindar olan bir adam necə Peyğəmbər və Peyğəmbərin vəsisinə (İmama) məxsus olan bir mənsəbdə əyləşməyə cəsarət edər? Kimdir o kəs ki, özünə arxayın halda o məqama layiq olduğunu iddia edə, amma həlakətə düşəcəyini ehtimal verməyə?
    Ey oğul, (Allah taala səni xətalardan qorusun!) şeytanın sənin gözündə gözəl cilvələndirdiyi şeylərdən və onun xülyalarından çəkin. Elə güman etmə ki, hökm vermək daha sənə vacibdir. Belə etmə ki, sən də hökm verməklə bilməyərəkdən bədbəxtliyə düçar olasan. Oğul, əgər bir məntəqədə olasan ki, zehnini hər şeydən pak edib fikirləşəndən sonra sənə məlum ola ki, həqiqətdə fətva vermək vacibi eynidir (hər iki səciyyəni özündə cəm etdiyin üçün) və əgər sən fətva verməyi tərk etsən camaatın namusunda, nəfsində, malında hərc-mərclik yaranar. Haqq sahibini tanısan hər iki tərəfi ehtiyata əməl etməyə vadar et və sülh yarat. İkincisi: Xəyanət Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) övladlarından və sair nəsillərdən olan fəqirlərin, miskinlərin haqqlarına xəyanət etmək. Bəzən bu xəyanət heç bir şəri səbəb olmadan özünün və əyalının yaşayışını firavanlaşdırıb onları sair yoxsullardan üstün etməklə olunar. Bəzən də yoxsulun malını sərf etməkdə nəfsin əmrinə tabe olub onu sahibinə çatdırmaqda xəyanət olunar. Oğul, mənim ustadım və atamın (Allah taala onun dəlilini mənə işıqlan-dırsın) etdiyi vəsiyyəti sənə vəsiyyət edirəm: -Əgər mərcə (müctehid) oldun ilk mərtəbədə beytul-malı özün və əyalın üçün sərf etməkdən imkan daxilində imtina et. Hədiyyələrlə qane ol. Mən xatircəm deyiləm çünki sən əgər birinci dəfə lazimi qədər beytül-maldan götürsən sənin ürəyin bərkiyəcək və ondan sonra rifaha çatmaq dərəcəsi qədər götürməyə cürət tapacaqsan. Ondan sonra şadlıq edib kef çəkmək üçün ondan götürməyə cəsarət edəcəksən. Ondan sonra o malları özündən sonra övladların və əyalın üçün mülk yığmağa sərf etməyə cəsarət edəcəksən. Beləliklə öz nəfsinə həlakət gətirəcəksən. Ehtiyac (qiyamət) günündə əzaba layiq müstəhəqq olarsan. Həqiqətən hüquq (beytul-mal) şübhəli şeylər kimidir. Hər kim onun ətrafına dolansa ona giriftar olacaq. Bəli, əgər mərcəi təqlid və hüquq (beytul-mal) olmadın, onda beytul-maldan ehtiyacını dəf etmək üçün, lazımı miqdarda götürməyinin qorxusu yoxdur. Elə güman etmə ki, əgər sən beytul-malı özün və əyalın üçün sərf etməkdən imtina etsən acından öləcəksən. Həqiqətən ruzinin qəyyumu əmindir. Əgər səni beytul-maldan imtina etdiyini görsə onda sənə təyin etdiyi miqdarda hədiyyələrdən ruzi verəcək. Necə ki, qəti təcrübələr bunu sübuta yetirib. Oğul! Mən beytul-malı özümə və əyalıma sərfindən xərcləməkdən imtina etdiyimə görə çox təəccüblü nəticələr, çoxlu qəribə faydalar görmüşəm. O imtinadan qəlbimdə nur, ömrümdə bərəkət, itaət etməkdə tovfiq (müvəffəqiyyət) və zillətdən qurtuluş görmüşəm. Kərim və səxavətli olan Allahdan diləyirəm bütün bunları sənə əyani olaraq göstərsin, çünki bəyan əyan kimi ola bilməz. İkinci budur: oğul, beytul-malı sahibinə çatdıranda gərək qürbət qəsdi edəsən. Heç vaxt etdiyin bəxşişi puç olan dünyəvi niyyətlərlə əncam vermə. Beləliklə də məbada sənə xidmət edib təzim göstərənə əta edəsən və sənə yaxınlaşmayıb, sənə etina etməyənin haqqını kəsəsən. Heç bir şəri səbəb olmadan sənə yaxın olanın payını uzaq olanın payından çox edəsən. Bu işin sənə yaxın olduğuna görə və sənə sədaqət göstərdiyinə görə yox, əksinə bu işin verdiyin o adamın imanına və təqvasına görə olmalıdır. Gərək sənin əta etdiyin adamı şəri fəzilətinə görə başqalarından üstün edəsən. Çünki beytul-malı əta edib sahibinə çatdırmaq ibadətdir və ibadətdə qəsdi-qürbət etmək şərtdir. Bu qürbət qəsdi ilə boş və puç qərəzlər ziddiyyət təşkil edirlər. Əgər ibadətdə niyyət xalis olmasa onda haqqın sahibinin və fəqirlərin hamısının müqabilində borclu qalacaqsan. Qiyamət günündə sənin şəfaətçilərin sənə düşmən olacaqlar. Onda malı əlindən çıxardığın üçün dünyada ziyankar, qürbət qəsdi etmədiyin üçün də axirətdə ziyankar olacaqsan. Bununla da şairin dediyi bu şerin nümunəsinə çeviriləcəksən “Gördünmü nə iş gördü eşşək, özü zəhmət çəkdi, amma başqası xeyrini gördü.” Üçüncü: Fətva verməkdə tələsmək. Fətva verməkdə tələsmək böyük bir dərddir. Oğul, bu dərddən uzaq ol. Oğul, fiqhin bütün bölmələrini əhatə etməmişdən qabaq heç vaxt fətva vermə. Çünki fiqhin bəzi bölmələri biri-digəri ilə əlaqədardır. Mən dəfələrlə müasir alimlərin fətvalarında elə bir məsələyə rast gəlmişəm ki, müəyyən bir qaydaya əsasən icma (rəy birliyi) edilib yaxud da həmin məsələ barəsində icmanın əksinə və o bölməyə münasib olan əsasların zahirinə etimad edilib. Çünki onlar bu ünvanla əlaqədar olan ayrı bölmədəki azacıq bir əlaqəyə agah olmayıblar.
    Əgər sən “Vəsailüş-şiə” kitabının icarə bölməsində (27-ci bölmə) qatırın icarəsi haqqında Əbu Vəlladdan nəql olunmuş rəvayətə nəzər etsən onda fətva verməyin xətasının nə dərəcədə böyük olmasını başa düşərsən. Əgər bir neçə dirhəmin haqqında düzgün olmayan fətva göyün yağışı dayandırmasına və yerin bərəkətini yox etməsinə səbəb olarsa onda malların, namusların və möhtərəm nəfslərin haqqında Allah taalanın nazil etdiyi hökmlərin əksinə fətva verməyin işi necə olacaq? Nəql edirlər ki, Əllamə Hilli oğluna yuxuda xəbər verib ki, “Əgər yazdığım “Əlfeyn” kitabı olmasaydı və Həzrət İmam Hüseyn əleyhissalamı ziyarət etməsəydim onda o kitabda verdiyim fətvalar məni bədbəxt edəcəkdilər”. Halbuki, Əllamə Hilli Ayətullah idi. Fiqh elminə, rəvayətlərə, rəvayətlərin sənədlərinə və onları nəql edən ravilərin tərcümeyi-hallarına agah idi.
    Ey oğul! Fiqh elmini tam surətdə əhatəli mənimsəməmişdən qabaq fətva verməyi öhdənə götürmə. Hətta tam surətdə onu mənimsəməkdən sonra da bu məqamı öhdənə alma, yalnız naçar olan halda və fiqh elmini əhatə etmək, yalnız sənə sənin fətva verməyinə bağlı olan surətdə bunu edə bilərsən. Əgər imtina etməyin camaatın haqq yolundan azıb zəlalətə düşməsinə və cahillərin o məqamı ələ keçirməsinə səbəb olsa onda fətva ver. Dördüncü: Şöhrətpərəstlik. Şöhrətpərəstlik və cah-cəlal çox vaxt mərcəiyyətlə bir yerdə olur, əcri batil edib həlakətə səbəb olur. Oğul özünü ondan hifz et və hər an öz nəfsini ondan gözlə. Həqiqətən nəfs insanı pis işlərə tərəf sövq edir. Yalnız Allah taala rəhm edib onu saxlasa ondan qurtulmaq olar. Oğul Allah taala səni və məni nəfsi islah edib meyli ki, ondan uzaqlaşdırmağa müvəffəq etsin. Həqiqətən Allah taala öz bəndələrinə qarşı mehribandır və muradını əncam verməyə qadirdir. Beşinci: Təzvir. Təzvir özünü zahidliyə vurmaqla, zahiri gözəlləşdirməyə qənaət edib batinə əhəmiyyət verməmək və batinin zahirlə ziddiyyətli olmasından ibarətdir. Bu iş bizim zəmanəmizdə çox geniş yayılıb və o dərəcəyə yetişib ki, onunla məzəmmət olunuruq. Oğul, ondan pərhiz edib uzaq ol. Çünki o böyük olan Allaha qarşı gizli şirkdir. Bəlkə də aşkar şirkdir. O əmələ mürtəkib olan camaatı Allah taaladan uzaqlaşdırıb başqasına tərəf sövq edir. Batində olan şeylər heç vaxt məxfi qalmaz onların aşkara çıxması riyakarın camaatın nəzərindən düşməsinə və onun bəndələr arasında biabır olmasına səbəb olar.
    Oğul, tayfanın böyüyü ilə dost ol, bəlkə də hamısı ilə dost və rəfiq ol. Özünlə onun arasında olan anlaşılmazlığı islah etmək və hər bir cəhətdən zahirlə batin arasında bərabərliyi riayət etmək sənə vacibdir. Şair bu haqqda gözəl deyib:
    “Ey kaş, mənimlə sənin aranda bir abad edən olaydı. Mənimlə aləmlər arasında bir viranə var.”

     

    Kitabın adı: Miratur-Rəşad (Hidayət güzgüsü)

    Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.