![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||
Əlidi nuri-Kibriya, Əli çıraği-rahnüma
Əli vəsiyyi-Müstəfa, Əli İmami-müqtəda
![]()
Əli müinü-yavəri yüz irmi dörd min ənbiya
Əli ədüvv üçün bəla, Əli mühibb üçün şəfa
Əli rümuzi həl-əta , Əli xəzineyi əta
Əli vəsileyi dua, Əli qülub üçün şəfa
![]()
Əli fəna, Əli bəqa, Əli əmiri övliya
Əli süruri sineye cəmali Xətmül-ənbiya
Gedin çıxın fələklərə, gəlin gəzün məmaliki
Görün ki hansı millətin bu no`i rəhnuması var!
![]()
Cənabi Məryəm istədi doğa Məsihi beytidə
Nida yetişdi zadigəh deyil yerin bəhası var
Bir ayrı yerdə vəz`i həmli qıl o nuri pakuvi
Bu vadiye Müqəddəsin məqami-kibriyası var
![]()
Amma Əli anası istədi Əlini vəz`e həml edə
Yarıldı Kə`bənin evi, görüb Həqqün sədası var
Məhəbbət eylə qoy qədəm, gətir vücudə nurimi
O nuri pakilən bu Beyti ə`zəmin cəlası var
![]()
Qədəm qoyanda gördü dörd xanımdı mahi parətək
O banuye müqəddəsə salamü-mərhəbası var
Mələklər oldu qabələ , vücudə gəldi nuri Həqq
İşıqlı bir çıraği tək təcəlliye ziyası var
![]()
Ziyarət etdi hurilər dübarə ğaib oldular
Anası gördü oğlunun behiştidən libası var
Götürdü basdı bağrına, görüb yumuqdu gözləri
Dedi: İlahi olmuya gözündə ibtilası var?
![]()
Dübarə Kə`bənin evi yarıldı çıxdı Fatimə
Nə gördülər: qucaqda bir işıqlı ay parası var!
Atası aldı iylədi, yenə Əli göz açmadı
Öpüb ziyarət eylədi, nə qədri əqrəbası var
![]()
Peyambərin qucağinə gəlincə yumdu gözlərin
Peyambər aldı gördü bir cəmali məhliqası var
Be fövri açdı gözlərin baxıb cəmali həzrətə
O aşiqanə baxmağın nişan verir vəfası var
![]()
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









