“Bəzən”lər
Bәzәn hәyat cox şirin,
Bәzәn zәhәrdir mәnә.
Bәzәn sevincli anlar,
Bәzәn qәhәrdir mәnә.
Bәzәn güldürür sәni,
Bәzәn isә ağladır.
Bәzәn düşmәn kәsilib,
Bәzәn sinә dağladır.
Bәzәn aldadır sәni,
Bәzәn doğru söylәyir.
Bәzәn sәsin çıxarmır,
Bәzәn fәryad eylәyir.
Bәzәn ucaldır sәni,
Bәzәn alçaq eylәyir.
Bәzәn bir zülmәt gecә,
Bәzәn parlaq eylәyir.
Bәzәn zindana dönür,
Bәzәn olur firavan.
Bәzәn talehin sönür,
Bәzәn olur çıraqban.
Bәzәn axır göz yaşın,
Bәzәn gözlәrin gülür.
Bәzәn ağarır başın,
Bәzәn belin bükülür.
Bәzәn sәni unudur,
Bәzәn yad edir sәni.
Bәzәn verdiyin alır,
Bәzәn şad edir sәni.
Bu “bəzən”lər qurtarmaz,
Səməndər, bu həyatda.
Düz yaşayaq öləndə,
Olmayaq narahat da.
Müəllif: Səməndər Qarabağlı
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.