Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İslam dinində hər bir müsəlman başqaları ilə bərabərdir və bir müsəlmanla ailə quran müsəlman qadın öz şənində olan kişi ilə həyat əhd-peymanı bağlayır. Amma ruhi, mənəvi və fikri nöqteyi-nəzərdən araşdırdıqda, qadınların çoxunun bəzi kişilərin–və əksinə, tayı olmadığı aydın olur. Ali, insani və əxlaqi səciyyələrə, həmçinin dərin elmə və biliyə malik olan nəcib və şərafətli müsəlman kişilər ruhiyyə və əxlaqi səciyyələrdə onlara tay və oxşar olan qadınlarla ailə qurmalıdırlar. Bu qanun yüksək əxlaqi fəzilətlərə, dərin düşüncə və biliyə malik olan ismətli və təqvalı qadınlara da aiddir. Evlənib ailə qurmaqda olan ümdə məqsəd–yəni, həyat boyu ruhi aramlıq, arxayınlıq və rahatlıq bu məsələyə riayət etmədən təmin olunmaz və bu halda həyat mühitinə bir növ əxlaqi uyğunluq, ruhi bərabərlik və cazibə hakim olmayınca qurulan ailə lazımi davamlılıqdan bəhrələnməyəcək. Bu deyilənləri nəzərə almaqla Peyğəmbərə (s) xitab olunan ilahi kəlamın mahiyyəti aydın olar: "Əgər Əlini yaratmasaydım, yer üzündə sənin qızın Fatiməyə layiq bir adam tapılmazdı."
Aydındır ki, onun şəninə layiq olmaq məqam və ruhi cəhətdəndir.
O zaman Əlinin (ə) varı-yoxu yalnız qılıncı və zirehli paltarı idi. Bunların vasitəsi ilə Allah yolunda cihad edirdi. Bir dəvəsi də var idi ki, onunla Mədinə bağlarında işləyir, nəticədə daha ənsara qonaq olmağa ehtiyac qalmırdı. Elçilik və əqd oxunma mərasimindən sonra əziz həyat yoldaşı üçün zəruri olan mənzil avadanlığı təşkil etməyin və Peyğəmbərin qızı ilə olan müştərək həyata başlamağın yollarını araşdırdı. Peyğəmbər (s) razılaşdı ki, Əli (ə) öz zirehli paltarını satıb onun bir hissəsini Fatimənin (s.ə) kəbin haqqı kimi Peyğəmbərin ixtiyarında qoysun.
Zireh dörd yüz dirhəmə satıldı. Peyğəmbər (s) onun bir qədərini Bilala verdi ki, Zəhra (s.ə) üçün ətir alsın. Qalanını isə Əmmar Yasir və öz dostlarından bir neçəsinə verdi ki, Əli və Zəhra üçün ev əşyaları alsınlar.
Zəhranın (ə) cehizlərindən islamın böyük qadınının həyat şəraitini yaxşıca dərk etmək olar. Peyğəmbərin (s) göndərdiyi adamlar bazardan qayıtdılar. Onların Zəhra (s.ə) üçün aldıqları şeylər aşağıdakılar idi:
1) Bir köynək (7 dirhəm),
2) Bir örpək (1 dirhəm),
3) Bütün bədəni örtməyən bir qara dəsmal,
4) Taxta və xurma lifindən hazırlanmış təxt,
5) Biri xurma lifindən, biri isə yundan olan iki döşək,
6) Dörd ədəd balış: ikisi yundan, ikisi isə xurma lifindən,
7) Pərdə,
8) Hicri həsir,
9) Əl daşı (taxılı üyütmək üçün),
10) Böyük teşt,
11) Su məşgi (dəridən),
12) Süd üçün taxta kasa,
13) Su üçün taxta qab,
14) Aftafa,
15) Böyük mis qab,
16) Bir neçə kuzə,
17) Gümüş qolbağı.
Peyğəmbərin dostları aldıqları şeyləri gətirib təqdim etdikdə, o həzrət qızının ev vəsaitlərinə baxa-baxa buyurdu: "İlahi, qab-qacaqlarının çoxunu saxsı təşkil edənlərin həyatını mübarək et!"
Peyğəmbərin (s) qızının mehriyyəsi beş yüz dirhəm idi ki, hər dirhəm bir misqal gümüşə barəbər idi. Peyğəmbəri-Əkrəmin (s) əziz qızının toy mərasimi çox sadə keçirildi. Nikahdan bir ay keçəndən sonra Peyğəmbərin zövcələri Əliyə (ə) dedilər:–Niyə həyat yoldaşını öz evinə aparmırsan?!
Əli (ə) bu iş üçün hazırlaşdığını bildirdi. Ümmü Əymən Peyğəmbərin (s) hüzuruna gedib dedi:–Əgər Xədicə sağ olsaydı, qızı Fatimənin toy mərasimində çox sevinər, şad olardı.
Peyğəmbər (s) Xədicənin adını eşitdikdə kövrəldi, gözləri yaşla doldu və buyurdu:–Hamı məni təkzib edən bir vaxtda o məni təsdiq etdi və Allahın dinini yaymaqda mənə kömək etdi, öz mal-dövləti ilə islamın genişlənməsinə yardımçı oldu.
Ümmü Əymən dedi:–Fatiməni bəxt evinə yola salmaqla hamını sevindirin!
Rəsuli-Əkrəm (s) göstəriş verdi, otaqlardan birini Zəhranın toy gecəsi üçün hazırlayıb bəzədilər. Gəlini bəy evinə aparmağın vaxtı gəlib çatdı. Peyğəmbəri-Əkrəm (s) Zəhranı yanına çağırdı. Həzrət Zəhra (ə) üzündən xəcalət təri axan bir halda atasının hüzuruna gəldi. Xəcalətin şiddətindən ayaqları əsirdi, az qalırdı ki, yerə yıxılsın. Bu vaxt Peyğəmbər (s) onun üçün dua edib buyurdu: "Allah dünya və axirətdə səni xətalardan hifz etsin!"
Sonra Zəhranın üzünü açaraq onun əlini Əlinin əlinə verib onu (Əlini) təbrik etdi və buyurdu: "Ya Əli, Allah sənin Rəsulullahın qızı ilə olan izdivacını mübarək etsin. Fatimə necə yaxşı həyat yoldaşıdır!"
Sonra isə üzünü Fatiməyə tutub dedi: "Əli çox gözəl həyat yoldaşıdır!"
Bunu deyib hər ikisinə göstəriş verdi ki, Allah evinə tərəf yollansınlar. Sonra Səlman kimi görkəmli bir şəxsiyyətə göstəriş verdi ki, Zəhra (s.ə) minən dəvənin yüyənini tutsun. O həzrət bununla əziz qızının yüksək məqamını bildirmək istəyir. Bəylə-gəlin bəy otağına gedəndə hər ikisi xəcalətdən gözlərini yerə dikmişdilər. Peyğəmbər (s) otağa daxil oldu və əlində olan qabdakı sudan təbərrük olaraq qızının başına və bədəninə səpib hər ikisinə belə dua etdi: "Pərvərdigara, bu mənim qızımdır və camaatın içində mənə ən sevimli olan bir kəsdir. Pərvərdigara, bu da mənim qardaşım və camaatın içində mənə ən əziz olan bir şəxsdir. Ilahi, bunların məhəbbət tellərini daha da möhkəmləndir!"
Müəllif: Ustad Cəfər Sübhani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |