Camaatın ən pisi
Tənhalıq və tənha yaşamaq, adama yovuşmazlıq və küncə qapılmaq bir çox problemlərə, ruhi, əxlaqi və əsəbi xəstəliklərə gətirib çıxarır. Tənhalıq və özünə qapılmaq insanı xəyallar, qeyri-məntiqi fikirlər və bir çox problemlər dəryasına qərq edir.
Rəsulullah(s.) ailə qurmağın fəziləti və izdivacdan qaçmağın zəlaləti haqqında belə buyurur:"Qiyamətdə cəhənnəm əhlinin əksəriyyəti izdivac və ailə qurmaqdan imtina edənlər olacaq"(izdivac dər İslam,26) "Sizin ölülərinizin ən alçaq səviyyəlisi subay qalanlardır"(Bihar,c.103,s.220-221,) "Sizin ən şər adamınız subay qalanlardır və onlar şeytanın qardaşıdırlar"(Bihar,c.103,s.220-221,) "Allah ailə qurmaqdan boyun qaçıran adama lənət etmişdir."(izdivac dər İslam,27.)
Peyğəmbərin(s.) izdivacdan yayınanları "atəş əhli","şeytanın qardaşları","şər insanlar" və "lənət olunmuşlar" xüsusiyyətləri ilə vurğulamasının səbəbi budur ki, izdivacdan boyun qaçıranlar çarəsizlikdən günah və haram girdabına yuvarlanacaqlar.Cəmiyyət və ailə üçün problemə çevriləcək və həyatın bütün sahələrində bir çox problemlərə yol açacaqlar.
Kitabın adı: İslamda ailə quruluşu
Müəllifin adı: Hüseyn Ənsarian
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.