Ey əmoğlu! Öz əlinlə mənə ver qüsl dedi,
Aləmin dərdi, qəmi, möhnəti Zəhradə imiş.
Etdi öz canını bir gün Şəhi - mərdanə fəda,
Neçə mərdanələrin qeyrəti Zəhradə imiş.
Tanrının şirinə tapşırdı Hüsenlə, Həsəni,
Analar mərhəməti, şəfqəti Zəhradə imiş.
İncə qəlbi ata hicranına tab eyləmədi,
Saleh övladlərin xiffəti Zəhradə imiş.
Ona gəl - gəl dedi Peyğəmbərmiz, vəqti yetib,
Ali dərgəhdə belə həsrəti - Zəhradə imiş.
Nabinalər dəxi naməhrəm idi ol pakə,
Yeddi yer, yeddi göyün isməti Zəhradə imiş.
Üzünün nurunu gördükdə mələklər çəkinər,
Xilqəti - həşti - Behişt hikməti Zəhradə imiş.
Ey könül tutisi, hər şəkkərə meyl eyləmə ki,
Mə`rifət məclisinin şərbəti Zəhradə imiş.
Xabi - qəflətdən oyan, Dahi, oyansın qələmin,
Şe`r dürdanəsinin qiyməti Zəhradə imiş.
Müəllif: Mirzə Dahi