Sənə tə'lim ki, Simurği-Risalət vermiş,
Hərəmin Qafı çəkir-ğeyrəti-Qur'ani-Kərim!
Xaliqin cilvəsini xəlqə nümayiş eləyir,
Həmin eyvanda o "İnnək lə əla xulqin əzim".
Küçədən gəldi: "Və la təqhər"- evdən dedilər:
"Bəlkə biçarə gəlibdir qapıya, ya ki yətim".
Cəbrəildir bu, onu Tanrı özü göndərmiş,
Bu, kəramətdir edir rəhm ilə Rəhmanir-Rəhim.
Və'də-ne'mətli Behişt dövlətidir Həşr günü,
Bu mükafatə yetir kim olur aləmdə kərim.
Huri eyvanı, hovuz yanı olur, daimi ömr,
Ki, həramdır bu cahan cəmdəyin istər hər kim
Bu, Əli idi dedi: -Gör hünəri Zəhradə,
"Hamim" övladinə əhsən! Budur əzmi daim.
Əli tovhid qılıncıyla ələm sahibidir,
İki aləm edib islamına iyman təslim.
O yətim bu qapıdan bircə qədəm atmadı, ta
O əzizlər ona öz şamını etdi təqdim.
Qaldı şamsız bəs Əlinin iki aslan balası,
Ki, yətim qalmaya şamsız gecə altında cecim
.
Kimsə öz şamını zənn etmə ki versin fəqirə,
Əhsən o məktəbi-İslamə ki, vermiş tə'lim!
"Həl Əta" nazil olub Fatimənin şə'nində,
Nə əcəb mənzilə endirdi Xudavəndi-həkim!
İzahlar:
1.bŞə'ni - Nüzul - Nazil olma səbəbi.
2."İnnək la əla xulqin əzim." (Qələm surəsi 4-cü ayə)
3."Və la təqhər." (Zuha surəsi 9-cu ayə)
4. "Ha Mim" Əhli-Beytə (ə)-a işarədir.
5. "Həl-Əta" yə'ni "İnsan" surəsi
Müəllif: Seyid Muhəmməd Hüseyn Behcət Təbrizi Şəhriyar
Fars dilindən tərcümə edən: Seyid Mircəlal Zəki